Polis müstəntiqi Şahin Osmanov dəlilləri niyə yox etdi?
Kriminal16 may 2019 14:11
Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə müvafiq olaraq Daxili İşlər Naziri Ramil Usubov rəhbərlik etdiyi qurumda korrupsiya ilə ciddi mübarizə aparır, bu və ya digər formada qanunsuzluğa, rüşvətxorluğa, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verənləri dərhal məsuliyyətə cəlb edir. Görünən odur ki, DİN-dəki bəzi vəzifə sahibləri prosesin ciddiliyini nəzərə almırlar və yaxud kimlərəsə güvənərək nazirin prinsiplərini kobud şəkildə pozurlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi YNH Dair İşlər Üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Şahin Osmanov da ölkə rəhbərliyinin və nazirin bu tələblərini pozaraq 7 ay öncə qəzada əslində zərərçəkən tərəf olan 3 azyaşlı uşaq atası Abbasov Sübhi Mübariz oğlunu həbs etdirmək istəyir. Bu barədə zərəçəkən 7news.az saytına məlumat verib.
Məsələ burasındadır ki, 7 ay öncə 17 oktyabr 2018-ci il tarixdə Tərtər-Bərdə istiqamətində hərəkət edən 90 JZ 505 qeydiyyat nişanlı Hyundai H100 markalı yük avtomobili ilə 90 MT 295 qeydiyyat nişanlı VAZ 21015 markalı avtomobillə toqquşur. Daha dəqiq desək, saatda 170 surətlə hərəkət edən VAZ 21015 markalı avtomobil (şahidlərin dediyinə görə qarşıdakı VAZ 21 07 markalı avtomobillə yarışırmış) Hyundai H100 markalı yük avtomobilinə çathaçatda hərəkəti itirir və qarşı yola çıxaraq saatda 61 km surətlə hərəkət edən yük avtomobilinə çırpılır: "Mən və iş yoldaşım hər zaman olduğu kimi iş başında idik. Saatda 61 km surətlə hərəkət edirdik. Heç bir qayda, qanun pozuntusu olmadan Hyundai H100 markalı yük avtomobili ilə mal aparırdıq. Xöşbəxtlikdən həmin vaxt arxamda polis avtomobili də gəlirdi, səhv etmirəmsə nömrəsi 989 idi, adı da Elnur. Təxminən saat 13:00 idi, qarşıdan VAZ 21 07 avtomobil, arxasında isə VAZ 21015 markalı avtomobil gəlirdi. VAZ 21015 markalı avtomobil mənə çatmağa 1-2 metr qalmış idarəetməni itirdi və saatda 170 surətlə hərəkət edərək idarə etdiyim maşına çırpıldı. Arxamca gələn polis avtomobili video qeydiyyat apardı, elə yerindəcə mənə dedi ki, sənlik bir şey yoxdur.
VAZ 21015 markalı avtomobilin sürücüsü xəstəxanada vəfat etdi. Həmin an təbii olaraq şok effekti yaşayırdım. Amma yanımdakılar deyirdilər ki, VAZ 21015-nin spidometri elə 160-ın üzərində qalıb, ayağı isə qazda. Allah rəhmət eləsin, amma adam son anadək əyləci basmayıb. Sonradan təxminən bildim ki, avtomobili yeni alıb, tam peşəkar deyilmiş.
İş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi YNH Dair İşlər Üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Şahin Osmanovun nəzarətinə verildi. Şahin Osmanov elə ilk gün məndən 10000 manat pul istədi. Dedi ki, bilirəm, sənlik bir şey yoxdur. Amma belə hadisələrdə pul verilməsə, problem yaşanır, hətta səni günahkar da çıxarda bilərik. Daha sonra Şahin Osmanova mövcud ağır durumumu dedim. Dedim ki, 3 azyaşlı uşağım var, evim-eşiyim yox, ayda 320 manat maaşla ailəmi zorla dolandırıram. Ən əsası isə mənim heç bir günahım yoxdur. O maşın mənə dəyməsəydi, arxadakı polis maşınına çırpılacaqdı. Şahin Osmanov isə tək olmadığı, əslində rüşvətin bir qisminin Ədliyyə ekspertizasına çatacağını, bir qisminin isə Prokurorluğa veriləcəyini dedi. Mən isə öz növbəmdə dedim ki, gücüm 1000-1500 manata çatır. Onu da bir müddətə borc-xərc edib toplaya bilərəm. Şahin Osmanov sonra işlədiyim şirkətin əməkdaşı ilə danışdı, ondan da 5000 AZN istədi. Şirkət isə bu tələbdən imtina etdi. Hadisədən 7 ay keçib, müstəntiq son dəfə məni çağıraraq "get borc-xərc tap gətir, yoxsa bütün günahı sənin boynuna yükləyəcəm” deyərək hədə-qorxu gəldi. Nə rəhmətliklə yarışan tapılmır, nə qan analizi, dərin ekspertiza aparılmır, adam rəhmətə gedən kimi dərhal dəfn edilib. Məndən arxada gələn polis avtomobili isə VİDEOQEYDİYYAT edib, mən, dostum, vəkilim, qardaşım dəfələrlə Şahin Osmanovun mobil telefonunda videoya baxmışıq. Amma o videonu istəyəndə deyirdi istintaq başa çatsın, sonra verəcəm. İndi adam qərar çıxarıb, məhkəməyə vəsadət qaldırıb. Saatda 61 km sürətlə öz yolumla gedə-gedə mənə 2 metr qalmış saatda 170 km sürətlə hərəkət edən avotomobil qarşıma çıxıb və məni vurub. İş yoldaşıma xəsarət yetirib. Şahin Osmanov isə qərarda bütün günahı mənim üstümə yazıb. Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə məni ittiham edib. Maddədə deyilir ki, nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu azmış kimi, şirkətə dəyən ziyanı - avtomobilin təmirini və iş yoldaşımın xəsarətini də mənim belimə yazıb.

Mən Şahin Osmanovdan videonu istədim, dedim vəkilə, ekspertlərə, jurnalist qardaşıma göstərəcəm. 1 həftədir deyir verəcəm, indi də deyir ki, başqa telefonumda idi, kart yanıb. Sonra dedi flash karta atmışdım, o da açmır. Ayıb deyilmi? Mənim günahım nədir axı? Saatda 61 km surətlə hərəkət etməyim, yoxsa təhlükəsizlik kəmərimi taxmağım, yoxsa öz yolumla getməyim? Mən nə bilim ki, qarşıdan gələn avtomobil 170 km surətlə mənim yoluma çıxacaq və qəza edəcək? Ölən cavan oğlana Allahdan rəhmət diləyirəm. Bildiyim qədəri ilə proses başa çatmamış maddi sübutları məhv etməyin özü də cinayətdir. Bu hadisədə ən böyük zərər çəkən mənəm. Neçə aydır işləyə bilmirəm, uşaqların qidasını borc-xərclə qarşılayıram. Vallah, əgər mən 10000 manat tapmaq gücünə malik idimsə, elə ilk gündən verərdim, təki 3 balam, işləməyən həyat yoldaşım kiminsə ümidinə qalmasın. Mənim atam yox, anam yox, günahım olmaya-olmaya həbsə girsəm kim baxacaq mənim uşaqlarıma? Bu çox ciddi məsələdir, Şahin Osmanovun qərarını görən hər kəs şoka düşür, dəhşətə gəlir. Bu boyda da özbaşınalıq olarmı? Məsələ ilə bağlı Cənab Prezidentə, Daxili İşlər Nazirinə, Ədliyyə Nazirinə müraciət edəcəm. Mən ziyalı ailəsində doğulmuşam, dövlətimə, dövlətçiliyə qəlbən bağlı bir insanam. Bilirəm ki, o 10000 min manata bu insanların ehtiyacı yoxdur, onların adı sadəcə hədə-qorxu üçün hallandırılır. Bu sadəcə Şahin Osmanovun öz "təşəbbüsüdür”. Məsələni ictimailəşdirmək istəmirdim. Çünki qardaşım tanınmış jurnalist, Gənclər Təşkilatı rəhbəri, YAP-ın üzvüdür. Düşünürdüm onun işinə xələl gələ bilər. Ona görə 7 ay sadəcə susdum. Amma görürəm vəziyyət ciddidir. Prezident İlham Əliyev islahat deyəndə həm də belə rüşvətxor məmurların da vəzifədən alınmasını nəzərdə tuturdu. Mən sadəcə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan Məhkəməsinin, Tərtər Məhkəməsinin ədalətinə sığınıram”.
Məlumat üçün qeyd edək ki, Sübhi Abbasov tanınmış jurnalist, internet-media ekspert Səbuhi Abbasovun qardaşıdır.
Mövzunu diqqətdə saxlayacağıq!


Oxşar xəbərlər
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
