Nizami DYP-dəki biabırçılığa kim son qoyacaq? Firdovsi Yusubov 40 manatla milyonçu olacaqmı?
Bu günə kimi Daxili İşlər naziri, cənab Ramil Usubovun əmri ilə işində yol veridiyi nöqsanlara görə, DYP-nin bir neçə rəisi vəzifədən qovulub, onlarla polis əməkdaşına töhmət verilib. Ki, polis vətəndaşlarla normal rəftar etsin, vətəndaş polisinə inansın və ən əsası qanunun aliliyinin keşiyində dursun.
Amma, məhz bəzi polis əməkdaşları öz əməlləri ilə cənab nazirin fəaliyyətini kölgə altında salır, polisə olan etibarı, inamnı itirir.
Bütün bunların fonunda görünür DYP-nin bəzi rəis və inspektorları və onların mülki geyimli “şillə vuran”ları qorxmur, köhnə əməllərini davam etdirirlər. Bu barədə cənab Ramil Usubova daha geniş formalı məktub göndəriləcək.
Yollarımızda gecə gündüz keşik çəkən, gecə gündüz insanların keşiyində duran polis əməkdaşlarının varlığını danmaq insafsızlıqdır. Onlar sözün həqiqi mənasında əsl polisdirlər və insanların keşiyindədirlər.
Amma onların bu qənaətbəxş edən fəaliyyətinə kölgə salan bəzi DYP rəisləri və əməkdaşlarının əməllərini də yazmaq lazımdır ki, həm yuxarı rəhbərlik, həm də insanlar bunları tanısın. Tam əminik ki, Daxili İşlər naziri Ramil Usubov belə polis rəsilərini və əməkdaşları cəzasız buraxmır.
Onlardan biri də Nizami rayon Dövlət Yol Polis İdarəsinin rəisi Firdovsi Yusubovdur. Əslində onun və nəzarətindəki bəzi polis əməkdaşlarının bu rayonda bezdirici fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər mətbuatda dəfələrlə işıqlandırılıb. Hətta bir müddət əvvəl Bizimxeber.az olaraq biz də Koroğlu metrostansiyanının qarşısındakı biabırçı vəziyyət barədə məlumat vermişdik.
Əsasən axşam saatlarında böyük tıxac və biabırçılıqla müşahidə olunan bu əraziyə nəzarət etmək mümük deyil. Ölkə başçısı İlham Əliyevin keçdiyi yolun üzərində yerləşən bu hissədə hər gün əsl biabırçılıq yaranır. Prezident keçdiyi saatlarda ərazidə 10-dan artıq DYP-nin nəzarət maşınları növbə çəkir. Bundan sonra isə biabırçılıq başlayır. Bu vəziyyət gecə saatlarına kimi davam edir. Ən qəribəsi odur ki, əraziyə nəzarət etməli olan Nizami DYP-nin əməkdaşları gözə dəymir, hərəkəti tənzimləmir. Körpülərin altında gizlənərək vəziyyətin daha da pisləşməsini gözləyirlər.
Bu dairədə çalışan taksi sürücüləri bildirirdi ki, Nizami rayon DYP- rəisi Firdovsi Yusubova Koroğlu metrosunun yaxınlığındakı məlum vəziyyət sərfedicidir. Həftədə iki dəfə DYP əməkdaşları reyd edərək dayanma-durma qaydasını pozduqları üçün 200-dən artıq sürücünü cərimələyir. Daha sonra isə çıxıb gedirlər. Cərimələr müxtəlif məbləğdə 40-60 manat arasında dəyişir.
Doğurdan da maraqlı vəziyyətdir, Nizami DYP-nin rəhbərliyi nədən konkret olaraq bu hissəyə nəzarət edə bilmir və ya burda bir qayda qanun yaratmır? Hansı səbəblərə görə, DYP-nin əməkdaşları əraziyə yalnız cərimə yazmaq üçün gəlir? Bu zaman nələr yaşanıır?
Bu suallara o zaman cavab verən olmasa da, ötən gün Nizami DYP-nin əməkdaşlarının Bizimxeber.az-ın baş redaktoruna qarşı etdiklərindən sonra vəziyyətin olduqca qəliz olduğu bəlli oldu. Təsəvvür edə bilirsinizmi baş redaktorla bu cür rəftar edən Nizami DYP-nin Vidadi adlı mülki işçisi (bu şəxsin fəaliyyətini araşdıracağıq) və Təbriz adlı əməkdaşı adi, qanunu bilməyən, kasıb, bir az da zəif vətəndaşla necə rəftar edir. Bunu anlamaq olduqca çətindir.
Ümumiyyətlə, Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Firdovsi Yusubov barədə mətbuatda kifayət qədər neqativ məlumatlar yayılır. Amma ona hələ də heç kim “dur” demir.
P.S
Ötən gün axşam saatlarında Nizami rayon DYP əməkdaşlarının “Bizimxeber” Media Mərkəzinin baş redaktoru Ədil Hüseynliyə qarşı etdiyi qanunsuzluq barədə Daxili İşlər naziri Ramil Usubova müraciət ediləcək.
Nizami DYP -nin rəisi, hörmətli Firdovsi Yusubovun, özünü idarənin rəis müavini kimi təqdim edən Vidadi (?) adlı mülki geyimli şəxsin, polis əməkdaşı, çavuş Təbrizin baş redaktora qarşı hörmətsizliyi, qanunsuz əməlləri çılpaqlığı ilə mətbuatda işıqlandırılacaq.
İnanırırq ki, Daxili İşlər naziri, cənab Ramil Usubov baş redaktora qarşı edilən haqsızlıq barədə qanuni ölçü götürəcək.
Ədil Huseynli
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
