İcra Hakimiyyətinin yanında inəklər otlayır: “İstiqlal” parkında biabırçı mənzərə (FOTOLAR)
Region20 may 2019 11:25
Şəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda "Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır” sərlövhəli reportaj təqdim etmişdik.
Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Şəmkirdə hələ də vəziyyət dəyişməyib, üstəlik bir qədər də qəlizləşib. Artıq inəklər şəhərin mərkəzində, düz rayon icra hakimiyyətinin 1 addımlığındakı "İstiqlal” parkında otlayırlar. Dahi Üzeyir Hacıbəyovun, cümhuriyyəti şeirlərində quran şair Əhməd Cavadın heykəlləri önündə indi heyvanlar gəzir. Bu o vaxt baş verir ki, rayona "DOST” mərkəzi xətti ilə 550 işçi ştatı verilib. Hər ay həmin şəxslərə minimum əmək haqqı ödənişi gerçəkləşdirilir. Haradadır 550 işçidən 3-ü, 5-i? Yəni həmin 550 nəfərdən "İstiqlal” parkına ayrılan işçisi qüvvəsi olmayıb?
Şəmkirdə inəklərin mərkəzi parkda "parad”ı rayonda pul yığımı xəbərlərinin dolaşdığı bir vaxta təsadüf edib. Belə xəbərlər var ki, Alimpaşa Məmmədov kənd icra nümayəndələrindən, bələdiyyə sədrlərindən pul yığdırır. İddia olunur ki, şəhərin abadlığı adı ilə toplanan pullar əslində "JEK” rəisi Teymur Hacıyevi "təmizə” çıxarmaq üçün toplanır. Ümumilidə toplanan məbləğin 200 min manat civarında olduğu bildirilir. Yada salaq ki, Teymur Hacıyev bu il aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən "iş başında” yaxalanıb. Yayılan məlumatlardan belə aydın olurdu ki, "JEK” rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 "ölü can”ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, "veşdok”la tutulub. Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də vardı...
Belə görünür ki, Teymur Hacıyev istəyinə nail olmaq üzrədir. Maraqlıdır ki, Alimpaşa Məmmədov 200 min manata Teymur Hacıyevi "zibil”dən təmizləyə biləcəkmi?
Yada salaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna "DOST” mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirir. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə "DOST”dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmayıb. "İstiqlal” parkında inəklərin rahat şəkildə gəzib-dolaşması deyilənləri bir daha təsdiqləmiş olur.
Mənbə: "Yeni Müsavat”
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya