"Nigeriyaya bizdən çox neft hasil edir, amma əhalinin 30-40 faizi yoxsuldur"
İqtisadiyyat24 may 2019 11:29
Mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Toplum.TV xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin müzakirəsi aparılıb. Deputat Əli Məsimli 2018-ci ilin büdcəsində gəlirlərin və xərclərin bütün bəndlər üzrə təxminən 30 faiz artdığını deyib.
O bildirib ki, neft amilinin üstünlüyü insan amilinin inkişafına yönəldilməlidir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyilən fikirlə razılaşmayıb.
Z.Səmədzadə qeyd edib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayırır: "Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur".
İqtisadçı ekspert Toğrul Maşallı Z.Səmədzadənin Azərbaycanı Nigeriya ilə müqayisə etməsinə münasibət bildirib: "Əslinə qalsa, ümumiyyətlə, neft ölkələrinin müqayisəsi düzgün deyil. Burada iki vacib məqam var: Birincisi, Nigeriyanın iqtisadi durumu tamam başqadır. Orada vaxtilə sənaye də, kənd təsərrüfatı da vardı. Bunlar Nigeriyada əvvəldən yox idi, nigeriyalılar bu sahələri yarada-yarada gəldilər. İkincisi isə orada dövlət dəstəyi və dövlətin iqtisadiyyatda rolu çox aşağıdır. Azərbaycanda isə vəziyyət başqadır”.
Ekspert Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı olmasına toxunaraq rəsmi məlumatların həqiqətəuyğun olmadığını deyib: "Fikrimcə, bizdə yoxsulluq Nigeriyadan aşağıdır. Hətta qat-qat aşağıdır. Amma yenə də rəsmi məlumatda bu barədə heç bir şey yoxdur. Çünki rəsmi məlumat ehtiyac meyarına əsaslanır. Ehtiyac meyarı isə reallıqdan çox uzaq bir rəqəmdir. Azərbaycanda yaşayış minimumu adam başına 180 manatdır. Amma əhalinin ehtiyacları heç 180 manata da çata bilmir. Ona görə yoxsulluq bizdə də yüksəkdir. Yoxsulluğun uçotu barəsində də normal iş aparılmır. Rəqəmlər çox şübhəlidir. Ona görə ki neçə illərdir, eyni rəqəm qalır, dəyişmir. İqtisadiyyatda isə proseslər baş verir, daimi və eyni rəqəm heç vaxt qala bilmir”.
Politoloq Azər Rəşidoğlu isə hər hansı müqayisə aparmaqla yox, ölkədə bir sıra azadlıqları bərpa etməklə inkişafa nail olmağın mümkünlüyünü qeyd edib: "Bu müqayisələrin aparılması, ölkəni hansısa başqa ölkə ilə müqayisə etmək düzgün deyil. Azərbaycanda çox şey lazım deyil. Azad məhkəmə sistemi qurmaqvə monopoliyaları, inhisarları dağıtmaq lazımdır. İnsanlara müxtəlif sferalarda fəaliyyət azadlığı verilməlidir. Məncə, Azərbaycan öz inkişaf yolunu tapacaq. Ölkənin Nigeriya, Somali və Anqola ilə müqayisəsində qüsur və təsbit olunacaq bir hal yoxdur. Bir daha deyirəm: Azərbaycana azad məhkəmə sistemi, monopoliyaları dağıtmaq və insanlara rahat fəaliyyət göstərə bilmələri üçün şərait yaratmaq lazımdır. Qalan məsələlər düşünürəm ki, düzələcək”.
2018-ci ildə büdcənin gəlirləri 20 milyard 127 milyon, xərcləri 21 milyard 47 milyon manat olub.
Bu il isə büdcənin gəlirləri 23 milyard 168 milyon manatdır. Xərcləri də 25 milyard manatdan çoxdur.
Rəsmilərin deməsinə görə, Azərbaycanda yoxsulluq cəmi 5 faizdir.
Müxalifət və müstəqil ekspertlər isə hesab edirlər ki, statistika düzgün aparılmayıb, reallıqda yoxsullar göstərilən rəqəmdən dəfələrlə yüksəkdir.
Oxşar xəbərlər
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 2026 20:03
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 2026 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 2026 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 2026 00:18
- Tramp: İranı bir gündə silərəm
12 aprel 2026 23:05
- Xərçəng riskini azaldır
12 aprel 2026 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 2026 19:53
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 2026 14:21
Xəbər lenti
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
