Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
İqtisadiyyat25 may 2019 16:03
Azərbaycanda əksər tanınmış və iri şirkətlərin adının hansısa məmur-oliqarxla, yaxud nazirlə əlaqələndirilməsinə artıq çoxdan adət etmişik. Ona da adət etmişik ki, ölkədə keçirilən tenderlərin böyük hissəsinin qalibi də məhz belə şirkətlər olur.
"Marja”nın yaydığı xəbərdə deyilir ki, "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.
Agentlikdən verilən son məlumatda bildirilir ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi "AS Tikinti” MMC (www.asgroup.az) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 6 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaqdır. Bu binaların tikintisi üçün investisiyanın ümumi həcminin 20 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.
Müsabiqənin qalibi olan investor "MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.
Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada (2-si 12 mərtəbəli, 4-ü 9 mərtəbəli) yerləşən mənzillərdən 100-ü (6-sı 1 otaqlı, 36-sı 2 otaqlı, 58-i isə 3 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və "Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.
"AS Tikinti” MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üçün investisiya qoyuluşunu həyata keçirəcək ikinci investordur.
Bundan öncə "Kristal Abşeron MTK” 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi olub.
"AS Tikinti” MMC haqqlnda apardığımız kiçik araşdırma göstərdi ki, mətbuatda "AS Group”a daxil olan bu şirkətin Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhomova aid olduğuna dair məlumatlar dərc edilib. Nazirin Londonda yaşayan oğlu "AS Group” şirkətlər qrupunu 2003-cü ildə qurub. Şirkətlər qrupu dövlət və özəl sektorda kompleks layihələr həyata keçirir.
Buna infrastruktur layihələrinin həyata keçirilməsi, mülki, inzibatı və sənaye obyektlərinin tikintisi daxildir. Şirkət eyni zamanda çınqıl, qum, armokarkas, beton və beton məhsullarının, dəmir-beton məmulatlarının iri istehsalçısıdır. "AS Group”-a "AS İnşaat”, "AS Tikinti”, "AS Georgia”, "AZBesix”, "Alkoholl”, "AS AGRO KO” törəmə şirkətlər daxildir.
"AS İnşaat”a gəldikdə isə, Şahin Mövsumov adlı şəxsin rəhbərlik etdiyi şirkət Bakıda 4 böyük yaşayış kompleksi tikib. Onlar "Renessans Palace”, "Dirsi”, "Park Residence”, "Villa Siena”-dır.
Daha bir maraqlı məlumat isə A.Rəhimovun şirkətinin Kiyev şəhərinin meri, boksçu Vitali Klçikoya 5 otaqlı mənzil hədiyyə etməsilə bağlıdır. Mətbuatda dərc edilən məlumatlara görə, Bakıya son səfərində V.Kliçkoya Arif Rəhimov tərəfindən "Renessans Palace”da 5 otaqlı mənzil hədiyyə edilib. Deyilənə görə, Kiyev merindən Ukraynanın tikinti bazarına girmək üçün yardım istənilib.
Onu da qeyd edək ki, MİDA-nın investisiya müsabiqəsinin digər qalibi "Kristal Abşeron MTK”-nın deputat Ağalar Vəliyevə aid olduğu iddia edilir.
Mənbə: Azpolitika.info
Oxşar xəbərlər
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
