Fleytası ilə ABŞ-a səs salan azərbaycanlı xanım (FOTOLAR)
Hadisə28 may 2019 15:20
Ceyran Həsən ABŞ-da doğulub, burada boya-başa çatıb. Klivlent Musiqi İnistitutunu bitirib. Magistr və doktoranturanı Ayova Universitetində oxuyub. Sonradan öz ixtisası üzrə elmi iş müdafiə edərək musiqi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Azərbaycanca gözəl bilir. Anası amerikalı olsa da Azərbaycan adət-ənələrini sevir və riayət edir. Deyir ki,- "Bütün bunlara görə atama borcluyam"...
Atası Zikrət Həsən Nefçalada doğulub, ailənin beş uşağından üçüncüsü olub. Uşaqlığını Lənkəranda keçirib. Musiqiyə olan həvəsi onu Bakıya gətirib. İndiki Bakı Musiqi Akademiyasına qəbul olunub. Oranı nəfəs alətləri üzrə müvəffəqiyyətlə bitirib. Bir müddət Bakıda müxtəlif caz qruplarında ifa edib. Sonradan Moskvaya yollanaraq öz peşəsi üzrə çalışıb...
Anası Miçiqan ştatında dünyaya gəlib. Valideynləri Ukrayna və Macarstandan olub. Orta məktəbi bitirdikdən sonra Miçiqan Dövlət Universitetinə qəbul olunub və orada tibb fakultəsində təhsil alıb. Finlandiyada Nokia şirkətində işləyərkən yolu tez-tez Rusiyaya düşərmiş. Və bu səfərlərin birində Zikrət Həsənlə Moskvada görüşür, bir müddət sonra ailə qururlar. Bu ailə ABŞ-a köçərək burada məskunlaşır. Tezliklə Ceyran dünyaya gəlir…
İlk vaxtlar ABŞ-da yaşamaq Zikrət kişi üçün çox çətin olub. Öz peşəsindən uzaq düşüb. Dil kurslarına gedib, ingilis dilini mükəmməl öyrənib. Miçiqan Dövlət Universitetinə qəbul olunub, oranı bitirib…
Ceyran uşaq olarkən ona Azərbaycandan ABŞ-a gələn nənəsi Safura xanım baxıb. Ceyranın dediyinə görə, onu çox yaxşı xatırlayır. Deyir ki, ondan mənə Azərbaycandan gətirdiyi bir neçə ziynət əşyası yadigar qalıb. Mən onları sevə-sevə öz gələcək uşaqlarım üçün qoruyub saxlayıram. Nənəm mənə Azərbaycan dilində danışmağı öyrədib, buna görə ona həmişə minnətdaram. O vaxt atamın kiçik qardaşı dünyasını qəfil dəyişəndən sonra, nənəm Azərbaycana qayıtdı və mən onu bir daha görə bilmədim…
Safura xanım ABŞ-da olarkən oğlu Zikrətə, eləcə də onun həyat yoldaşına Azərbaycan mətbəxinin təamlarını hazırlamağı öyrədir. Evdə tez-tez dolma, ləvəngi, plov bişirərmişlər…
Ceyran fleytada mükəmməl ifa edir. Azərbaycan musiqisi haqqında bir sıra xarici jurnallarda məqalələri çap olunub. Deyir ki, Azərbaycanda bir neçə dəfə olmuşam, birinci dəfə üç, ikinci dəfə olanda on üç yaşım vardı. On üç yaşım olanda biz Azərbaycana ailəliklə getmişdik. Mən bu ölkənin gözəlliyinə, mədəniyyətinə vuruldum, xüsusən də Lənkəranın gözəlliyi məni məftun elədi. Amerikalılardan fərqli olaraq azərbaycanlıların adımı düzün tələffüs etməsi mənə çox xoş gəlirdi. Və məni bu ölkəyə daha da bağlayırdı. Atam mənə doqquz yaşımdan fleyta çalmağı öyrətmişdi. Musiqidən az-çox anlayışım var idi. Mən burada Fikrət Əmirov musiqisi ilə tanış oldum və o vaxt hələ bilmirdim ki, on üç il sonra, mən Azərbaycan musiqisi haqqında dissertasiya müdafiə eləyib, alimlik dərəcəsi alacam…
ABŞ hökuməti üçün bir neçə dilin öyrənilməsi vacib sayılır və bu dilləri öyrənmək üçün dünyanın müxtəlif ölkələrinə tələbələr göndərir. O cümlədən Azərbaycan dili də bu dillər sırasındadır. Ceyran 2010 və 2011-ci illərdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təhsil proqramlarından olan Tənqidi Dil Təqaüdünə layiq görülən qaliblərindən biri olur və Azərbaycana gedir. Azərbaycan Dillər Universitetində iki il dalbadal, yay aylarında dil kurslarında oxuyur. Burada Vəfa Yunusova, Səbinə Əliyeva, Fialə Abdullayeva ona Azərbaycan dilinin incəliklərini öyrədir.
Deyir ki,- "Minnətdarlığım təkcə bu müəllimlərə deyil, bu dili mənə sevdirən gözəl Azərbaycan xalqınadır"…
Bakıda olarkən əmisigildə yaşayır, bu da ona qan qohumları ilə yenidən birləşmək fürsəti yaradır. Proqram çərçivəsində Azərbaycanın müxtəlif guşələrini, muzeyləri ziyarət edir. Deyir ki, bütün bunlardan sonra Azərbaycan dili biliklərim mükəmməlləşir və bu ölkə haqqında məlumatım əhəmiyyətli dərəcədə artır. Ceyran həmçinin Bakı Milli Konservatoriyasında balaban dərsləri alır və bu alət üçün yazılmış musiqiləri öyrənməyə fürsət tapır…
Azərbaycanda olarkən atasının dostları- Nicat Salmanov və Salman Qəmbərovla görüşür. Nicat Salmanov Filarmoniyanın əsas fleyta ifaçısıdır, həmin vaxt onunla birlikdə duet də ifa edirlər…
2016-cı ilin yanvar ayında Tofiq Bakıxanov və Arif Məlikovla tanış olur. Onlar üçün fleytada ifa edib, məsləhətlər alır…
Sonradan Nicat Salmanov və Salman Qəmbərovla birlikdə trio ifa edir. 2018-ci ilin yanvar ayında ABŞ-ın Ayova ştatına gələn Salman Qəmbərovla yenidən görüşür. Ceyran bu görüşdən məmnun qaldığını dilə gətirərək, onunla qürur duyduğunu söyləyir…
2014-cü ilin avqust ayında Ayova ştatında, müəllimi Nikole Espositonun elmi rəhbərliyi altında musiqi sənəti üzrə doktoranturaya qəbul olur və 2018-ci ilin aprelində "Fikrət Əmirov, Arif Məlikov və Tofiq Bakıxanovun fleyta üçün bəstələdikləri əsərlərin müqayisəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir…
Ceyran gələcəkdə milli və beynəlxalq jurnallar üçün Azərbaycan musiqisi haqqında daha çox elmi məqalə yazmaq, bu məlumatları müxtəlif konfranslarda təqdim etmək, bir azərbaycanlı pianoçu ilə CD diskləri buraxmaq, onları geniş auditoriyaya təqdim etməyi düşünür…
2018-ci ilin noyabr ayında Amerika Qırğızıstan Fondu tərəfindən maliyyələşdirilən Avroasiya festivalının sənətçisi seçilib. Festivalda Azərbaycanın musiqi əsərlərini təqdim edib…
Ceyran hələ gəncdir, Azərbaycan musiqisinin təbliq olunmasında çalışmaq, əzmkarlıq göstərmək həvəsi ilə yaşayır. Planları çoxdur, 2019-cu ilin avqustunda dünyada ən böyük beynəlxalq fleyta qrupunun Milli Fleyta Asossasiyasının Konvensiyasında Azərbaycanı təmsil edəcək…
Arzusu professor olmaq və tez-tez Azərbaycana getmək, konsertlər verməkdir. Azərbaycanı ikinci vətəni sanır.
Deyir ki, "Mən Amerikada Azərbaycan musiqisini təbliğ etməkdən zövq alır, qürur duyuram"…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Oxşar xəbərlər
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya




