Jurnalistin işi yazmaqdır, cənab Amaşov, tənbeh olunmaq yox
Son illər kim gəldi jurnalistlərə təlim keçib nəyisə başa salmağa çalışır. Daha doğrusu, hansısa sahədə ciddi problem varsa və bu problemlər durmadan işıqlandırılırsa, o zaman həmin qurum dərhal hərəkətə keçib jurnalistləri toplayır ki, amandı etməyin, eləməyin. Ən maraqlısı budur ki, jurnalistlərin toplanması prosesi Mətbuat Şurası rəhbərliyinin əli ilə baş tutur.
Şəxsən Əflatun Amaşovun iştirak etdiyi belə təlimlər zamanı problemlər içərisində boğulan qurum rəsmisi jurnalistlərə müəyyən etiraflar etməklə guya vəziyyətə nəzarət etdiklərini anlatmağa çalışır. Ara-sıra da mətbuatı günahlandırırlar ki, guya biz də nəyisə düz etmirik. Ardınca MŞ sədri Amaşov çıxış edir və o da eyni konteksdə eyni hədəfi vuraraq guya ki, yaranmış vəziyyətə nəzarət etdiyini uca səslə bildirir, jurnalistləri də tənbeh edir. Bu gün belə tənbehli təlimlərdən birini Təhsil Nazirliyi təşkil edib.

5-10 jurnalist dostlarımı da redaksiyalar ora göndərib ki, kiminsə könlü xoş olsun. Guya bu təlimdə Firudin Qurbanov jurnalistlərə nəsə öyrədəcək, nəsə aşılayacaq. Əflatun Amaşov isə nəyi yazmaq olar, nəyi olmaz kimi göstərişlər və tapşırıqlarını verəcək. Ümumiyyətlə, bu nə yanaşmadır? Jurnalistə nəyi necə yazmaq lazımdır, nəyi yazmaq olmaz kimi fikirlər irəli sürmək hansı jurnalistika prinsipidir?
Əgər hadisə varsa, jurnalist onu yazacaq. İstintaq aparılırsa bunu məhz o qurum açıqlayacaq və yenə də jurnalist yazacaq. Çünki, jurnalistin işi yazmaqdır. Bir sözlə qaranlıq qalan nəysə olmamalıdır. O zaman nə Amaşovun təliminə ehtiyac qalmaz, nə də, Firudin Qurbanov mətbuatı üstüörtülü günahlandırmaz. İllərdir saysız hadisələr baş verir, jurnalistlər də işıqlandırır. Aşağı-yuxarı qurumlarda problem hansısa formada həll olunur və sonra günahkar yenə jurnalist çıxarılır.

Bu nə deməkdir? Təhsil sistemində baş verən son Elina olayinın sonucu nə oldu? 2 aya yaxındır hadisə baş verib nəticə nədir? Ondan əvvəlki hadisələrin sonucu barədə hansı qurum çıxıb nəysə dedi? Əflatun Amaşov çıxıb o qurumlara niyə irad bilmir ki, jurnalistləri nədən informasyasız qoyursuz? Jurnalisti günahlandırmağa nə var ki… Aşağı-yuxarı Amaşovun sözünə kim baxmasa, sonucu bəllidir – reket damğası özü də soyuq-soyuq…
Təki… Təhsil nazirinin müavini Firudin Qurbanov etiraf edib ki, bəzi müəllimlərin psixoloji problemi var. Biz bunu illərdir deyirik də, yazırıq da. Bu indinin problemi deyil və heç Qurbanovun həll edə biləcəyi məsələ də deyil. Savadsız, psixoloji problemi başdan aşan müəllim ordusu var. Adam deyir ki, 10 ildən sonra dünyada başqa sistem olacaq. Nazir müavinin dediklərindən belə anlaşılır ki, bizim təhsil sistemimiz 10 il sonraya hesablanıb. Guya 10 ildən sonra əla olacaq.

Vallah gülüncdür. Bu nazir müavini anlamır ki, dünya dayanmır, daima inkişafdadı. Dayanan isə bizik. Təhsil elə bir sistemdir ki, onun 10 ildən sonrası və ya əvvəli olmur. Bu biznes deyil, qurasan 10 ildən sonranı hesablayasan ki, gəlir gətirəcək. Hər il minlərlər uşaq sizin o dediyiniz psixoloji problemi olan müəllimlərin şinelindən çıxıb həyata atılır.
Onlara deyə bilmərik ki, gözləyin, islahat aparırıq, o psixoloji problemli müəllimdir, ona baş qoşamayın. Üstəlik, o müəllimin şinelıindən çıxan psixoloji problemli şagird 3 ildən sonra ailə sahibi olur. 1 ildən sonra övladı dünyaya gəlir.
Psixoloji problemli müəllimin şinelindən çıxmış ata və ya ana, dünyaya gətirdiyi uşağa necə tərbiyə verə bilər? 10 il yox lap 50 il də sistemləşdirməyə çalışsanız da alınmayacaq. Çünki çörəyi çörəkçiyə verirlər, ayaqqabı ustasına deyil, atam balası… Mətbuat Şurasının sədri Əflatun Amaşov hələ də mətbuat nümayənldərlərinə məsləhət verir ki, belə etməyin, elə edin.
Məncə, bəsdi Amaşov. Siz də bilirsiz ki, təhsil sistemində sistemli, dərin islahat aparılmalıdır. Məktəb direktorlarının 90 faizinin təhsildən, psixologiyadan, tərbiyyədən, rəftardan xəbəri yoxdu. Ona görə də, jurnalistləri qaralamayın, jurnalistikanı gözdən salmayın.
Hər əlinə qələm alan jurnalist deyil, bunu bildik. Amma hər əlinə qələm alan da jurnalistikadan xəbərsiz deyil. Biz jurnalistikanın nə olduğunu əla bildiyimiz kimi, o məktəb direktorlarının, psixoloji problemi yerində olmayan müəllimlərin məktəbə necə ayaq açdıqlarını da, onları bu posta təyin edən Rəşadların da kimlyini əladan da əla bilirik. Odur ki, məncə bəs edər.
Gəlin bir-birimizi ifşa etməkdənsə konkret işə, əmələ keçək. Dünən təhsil naziri Misir Mərdanov idi, bu gün Ceyhun Bayramovdur, sabah da məsələn Qasım Qulamov olacaq. Fərq etməz. Əgər onların heç biri təhsili sistemləşdirə bilmirsə deməli burda nəsə bir əmma var. Əmma bəllidir və odur ki, təhsildə rüşvətə, idarəsizliyə, savadsızlığa son soymaq lazımdı.
Məktəb direktorları peşəkar olmalıdır. Əgər Təhsil naziri Ceyhun Bayramovun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin bir 45 dəqiqə belə pedaqoji stajı yoxdursa, siz və ya biz nəyi müzakirə edirik. Ola bilsin ki, Ə.Amaşov üçün belə danışmaq rahatdı. Məktəbli oğlu yox, nəvəsi yox. Amma bizim övladlarımız hər gün bu sistemsiz təhsilin qurbanlarıdır. Kimi aldadırıq? Jurnalistlər problemləri yazmasa məktəblər gestapoya çevrilər. İnanmırsız? Gəlin yoxlayaq… Söhbətin sonu
Ədil Hüseynli
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 2026 13:21
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
