“Azza”nın tortları buzxanada saxlanılır? – Şok Faktlar
llərdir ölkənin şirniyyat bazarında at oynadan AZZA Şirniyat Evində baş verənlərlə bağlı Bizimxeber.az-a olduqca maraqlı məlumatlar daxil olub. İnsanların bəh-bəhlə yediyi AZZA şirniyyatları necə hazırlanır və işçilər hansı problemlər yaşayır.
İlk ondan başlayaq ki, AZZA-da çalışan işçilərə qarşı münasibət olduqca fərqlidir. İşçilər müqavilədə göstərilən iş saatından artıq işlədilir, əvəzində isə əlavə ödəniş almır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmək müqaviləsi əsasında işə qəbul olunan işçilər üçün tam iş vaxtı — müddəti Əmək Məcəllsində nəzərdə tutulmuş həftəlik və
gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq, işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda, gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda, gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Bəs, AZZA-da necədir? Bizə daxil olan fotolardan da görünür ki, bu şirkətdə işçilər 7 gün ərzində 53 saat işlədilir. Bayramlar da daxil. Bu isə qanunların kobud şəkildə pozulması ilə yanaşı, istismar deməkdir.
Təəssüflər olsun ki, AZZA-da dövlətin daha bir qanunu da kobud şəkildə pozulur. Şirkət 1 il ərzində işçini 21 gün məzuniyyətə göndərməli olduğu halda 14 gün göndərir və ödəniş də tam ödənilmir. Haqqını tələb edən insanlar müxtəlif formada sıxışdırılaraq uzaqlaşdırılır, yaxud get-gələ salınır. Hər kəsə bildirilir ki, bu qaydaları rəhbərlik təyin edib. Rəhbərlik kimdir? Sahibkar Zöhrab Abbasov. Bu barədə ən sonda…
Əcəba, şirkət rəhbəri Zöhrab Aslanov parlamentdə qəbul olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini nədən pozur? Bunlar azmış ki, hansısa səhv səbəbindən yaranmış xırda məsələyə görə, işçinin əmək haqqından niyə pul tutulur? Təki, AZZA rəhbərliyi ziyan etməsin? 300-400 manata 30 gün işlədilən işçinin əmək haqqından 30 manatın tutulması bilirsinizmi nə deməkdir?
Beləcə, sadaladıqlarımız AZZA Şirniyyat Evində işçilərin başına gətirilən oyunlardır.
Elə isə AZZA rəhbərliyi məhsulların keyfiyyəti fonunda insanların başına hansı kələk qurur? Hər yerdə birinci olduqlarını ağızdolusu deyənlər o qədər də ucuz olmayan tort və şirniyyat məhsulların keyfiyyətinə necə zəmanət verir?
Buzxanada saxlanılan torlarlamı, yoxsa, adicə Makarons şirniyyatlarının bisirilmə vaxtını 1-2 saat irəli-geri çəkməkləmi? Kiloqramı az qala 12 manata satılan Makarons şirniyyatlarının istifadə müddəti niyə bir neçə saat öncədən yazılır? Saat 12-də mağazaya gələn şirniyyatın üzrəində bişirilmə vaxtı necə 13:00 göstərilə bilir?
Həmişə “Siz bizim dükanda heç vaxt saxlama müddəti ötmüş məhsul tapa bilməzsiniz” deyən şirkət rəhbərliyinə bircə sualımız var. Tortlarınızın altındakı istehsal müddəti ilə satışa çıxarılma müddəti arasında neçə gün fərq var? Tort qutularının (poddon) altındakı fərqli tarixlər nəyi demək istəyir?
Daha bir şokedici məlumat da budur ki, AZZA-da torlar buzxanada dondurularaq saxlanılırmı? Bu barədə müştərilərə məlumat verilirmi? Müştəri bilirmi ki, sifariş verdiyi tort 2-3 və ya 10-15 gün əvvəl bişirilib buzxanada saxlanılıb? Yoxsa müştərilərə vaxt təyin edib, pulunu alıb yola salırsız ki, sabah yeni bişmiş tortu gəlib apararsız?
Bəzən AZZA torlarının içərisindən kiçik sellofan çıxır. Bilirsinizmi bunlar nədir? Bu faktlara AZZA rəhbərliyi aydınlıq gətirsə daha yaxşı olar. Əks təqdirdə biz açıqlayacağıq.
Bizimxeber.az-a daxil olan məlumata görə, AZZA-nın buzxana hissəsinsə çalışan işçilərin telefonları əllərindən alınır ki, foto, video çəkilişləri apara bilməsinlər. Çünki…
Məlumat üçün bildirək ki, AZZA Şirniyyat evi sahibkar Zöhrab Aslanova məxsusdur. Həmçinin Zöhrab Aslanov “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinn sahibidir. Maraqlıdır ki, gəng oğlan bu qədər əmlaka necə sahib olub?
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Bakcell maraqlı paylaşım edib
19 mart 2024 16:12
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Azərbaycanda uşaqları bu valideynlərindən alacaqlar
17 mart 2024 10:55
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22