Gömrük-karqo oyununa iş adamlarından daha bir etiraz
Günün sitatı20 iyun 2019 12:47
Bu yaxınlarda özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanan məktubda deyilirdi ki, karqolar təkcə öz birbaşa vəzifələrilə, yəni sadəcə malların daşınmasıyla məşğul deyillər. Onlar, həm də idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər:
"Ölkə rəhbərliyinin məlum qərarları ilə sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz "VÖEN”ləri vasitəsilə ödəyəcəklərdi. Və bununla da məlum karqo sistemi ləğv olunacaqdı. Hətta bu işə görə bir çox gömrük məmurları da dəyişdirildi. Bəs hanı karqoların məlum "xidmətləri” ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?…”
Eyni mövzu ilə bağlı Mehmet Arılı adlı türkiyəli iş adamından DGK-ya və Vergilər Nazirliyinə ünvanlanan yeni məktubda isə qeyd olunur ki, karqo şirkətlərinin fəaliyyəti həm Azərbaycana mal ixrac edən, həm də həmin malı burada qəbul edən şirkətlərin saxtakarlığa yol verməsinə, nəticədə qeyri-sağlam rəqabət mühitinin yaranmasına xidmət edir:
"2016-cı ildən bu günə kimi gömrük sistemində köklü islahatların getdiyini görürük və dəstəkləyirik. Lakin bəzi karqo şirkətləri öz köhnə adətlərindən əl çəkmirlər, köhnə və qanunsuz üsullarla işləməyə davam edirlər.
Biz, Türkiyə dövlətində çalışan və kabel istehsalı ilə məşğul olan iş adamı Mehmet Arılının adından müraciət edirik. Biz, Azərbaycandakı bir neçə şirkətə kabel satışını həyata keçiririk. Bizimlə çalışan şirkətlər malın invoys dəyərini bank yolu ilə rəsmi qaydada bizim hesabımıza göndərirlər. Biz də bunun qarşılığında rəsmi invoysla malı ölkəmizdən ixrac edirik. Mal rəsmi invoysla Azərbaycana daxil olur, müştəri gömrük rüsumunu ödəyərək, malını çıxarır…”
Ancaq məktubda deyilir ki, bəzi müştərilər türkiyəli iş adamlarından sənədləşməni karqolarla həyata keçirmələrini istəyirlər: "Bəzi müştərilərimiz malların karqoya verilməsini tələb edir, karqo şirkətinin yaratdığı şirkətin adına faktura kəsməmizi israr edirlər. Problem də bundan sonra başlayır. Karqo şirkəti bizə zəng edib malın onların yaratdığı şirkətin adına ixrac olunmasını və invoys dəyərinin yarıbayarı azaldılmasını, pulun bank yolu ilə deyil, əldən-ələ veriləcəyini şərt kimi qarşımıza qoyurlar.
Biz də şirkət olaraq belə saxtakarlığa yol verə bilmirik. Çünki biz Azərbaycana rəsmi qaydada mal ixrac etdikdə 18% ƏDV-ni dövlətimizdən geri alırıq. Amma karqonun bu tələblərini yerinə yetirdikdə, ƏDV-dən məhrum olunuruq. Həm də Azərbaycanda rəsmi işləyən müştərimizi sıxıntıya salırıq…”
Daha sonra məktubda karqoların "xidmətinin” ölkəyə mal idxal edən şirkətlər üçün eyni malın fərqli qiymətlərə başa gəlməsinə və haqsız rəqabətə gətirib çıxardığı vurğulanır. Məktubda bu işlə məşğul olan karqo şirkətlərinin adları da çəkilir:
"Bu səbəbdən rəsmi şəkildə mal idxal edən sahibkar, eyni malı karqonun əli ilə gətirən sahibkardan baha satış etdiyi üçün haqsız rəqabət yaranmış olur. Həm sahibkar, həm də karqo bununla da vergidən yayınmış olurlar. Dünya təcrübəsinə görə, karqo şirkətləri yalnız malın daşınması üçün göstədikləri xidmətin haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini öz firmalarının adlarına həyata keçirməməlidirlər. Sizdə isə karqo şirkətləri bir tırın içərisinə 30-40 iş adamının malını yükləyib, karqo şirkətinin özünün yaratdığı 7-8 fiziki şəxsin adına gömrük dəyərini endirərək, Azərbaycana idxal edirlər.
Belə karqo şirkətlərindən Bakıda fəaliyyət göstərən "Can Karqo”, "Gültekin Nakliyyat” bu işlərin içindədirlər. Sizdən xahiş edirik ki, karqo şirkətlərinə nəzarəti gücləndirəsiniz və onların yalnız malların daşınması ilə məşqul olmasını və gömrük işlərindən kənarda qalmasını təmin edəsiniz…”
Məktubda qeyd olunanlardan belə anlaşılır ki, Azərbaycanda fəaliyyət göstərən bəzi karqo şirkətlərinin bu "xidmətlərindən” nəinki yerli, xarici şirkətlər də yaxşı xəbərdardır. Ancaq belə görünür ki, hamının xəbəri var, təkcə Dövlət Gömrük Komitəsindən başqa…
Mənbə: Azpolitika.info
Oxşar xəbərlər
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
Xəbər lenti
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
