Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışdı
İyunun 24-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” nəbatat bağında Azərbaycan Mədəniyyət Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 illiyi münasibətilə təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva tədbirdə iştirak edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Leyla Əliyeva “Vestnika Kavkaza” agentliyinin müxbiri ilə söhbətində iyunun 21-də Minskdə II Avropa oyunları çərçivəsində Çeçenistan Prezidenti Ramzan Kadırovla görüşündən danışıb.
“Qısa, spontan bir görüşümüz oldu. Ramzan Kadırov çox xoş, səmimi, müsbət şəxsdir” deyən RAGB sədri Çeçenistan Prezidentinin onunla görüşündən sonra sosial şəbəkədə Azərbaycanla bağlı yazdığı sözlərə görə məmnun olduğunu bildirib.
Leyla Əliyeva həmçinin, Çeçenistana səfər edə biləcəyinə ümid etdiyini deyib:
“Biz birlikdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsi də daxil olmaqla bir çox sferalarda yaxşı işlər görə bilərik. Ayrıca qayğıya ehtiyacı olan uşaqlarla birlikdə işləyə bilərik. Ümid edirəm ki, bu respublikaya Heydər Əliyev Fondu adından səfər edə və oxşar sosial layihələrdə iştirak edə bilərəm.
Bilirəm ki, Çeçenistanda musiqini dəyərləndirirlər. Axı musiqi dünyanı daha yaxşı edir. Buna görə də orada konsert də təşkil etmək mümkündür”, - deyə L. Əliyeva vurğulayıb.
Xatırladaq ki, sözügedən görüşdən sonra R. Kadırov Azərbaycanın Çeçenistanın yaxın qonşusu olduğunu və Rusiyaya dost ölkə olduğunu bildirib:
“Ölkələrimiz arasında bütün sahələrdə ən yaxın əlaqələr inkişaf edib. Bunda Azərbaycan və Rusiya liderləri İlham Əliyevlə Vladimir Putinin böyük əməyi var. Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən çox şad oldum.
Leyla İlham qızı çox gözəl təhsil almış, ziyalı qızdır. O, bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib və bu yolda çox böyük uğurlara nail olub. Bunu Leyla Əliyevanın BMT-nin xoşməramlı səfiri və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də sübut edir.
Leyla İlham qızı şeirlər yazır və jurnal redaktə edir. Bütün bunlar Azərbaycanın bütün dünyada müsbət imicinin yaranmasına xidmət edir. Bu il Leyla Əliyevanı Qroznıda görməkdən, mədəniyyət, idman və humanitar sahələrdə əlaqələri genişləndirməkdən şad olacağıq”.
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Ruhi deputat olmaq istəyir - Qənirə Paşayevanın yerinə - ViDEO
21 mart 2024 21:38
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06