“Elçibəyin qarşısında heç kəs o cür danışa bilməz”
NUH.az Elçibəyin sadiq silahdaşlarından sayılan Mirmahmud Mirəlioğlun AXCP sədri Əli Kərimlinin Elçibəyin məzarında səsləndirdiyi fikirlərlə bağlı AzNews.az-a müsahibəsini təqdim edir:
- Mirmahmud bəy, doğrudanmı, Əli Kərimlinin Elçibəyin ruhu qarşısında alnı açıq, üzü ağ və vicdanı təmizdir?
-Məzar önündə çıxış edərkən bu cür etiraflarda bulunmaq, belə məsələlər dilə gətirmək, səsləndirmək kimin deməsindən asılı olmayaraq, həmin adamların narahatlığından xəbər verir. Elçibəyin hakimiyyəti zamanında, Elçibəyin partiya sədrliyi zamanında onun əleyhinə olanlar məzarı önünündə belə bir fikirlər dilə gətirirlərsə, bu, sadəcə olaraq, eşidənləri və orada olanları aldatmaqdan başqa bir şey deyil. O məzarın qarşısında o hansı hallar keçirib, mən hansı hallar keçirmişəm, o məzarda dəfn günündən 40 mərasiminə qədər nələr olub, bunları hər kəs bilir. O məzar başında il mərasimində nələr olubsa, onu da hamı bilir və bu, tarixin də yaddaşındadır. Bütün media da bunu yazıb. Bu gün bu məsələni gündəmə gətirmək adamın özünün şəxsi narahatlığından başqa bir şey deyil və dediyim kimi, dinləyiciləri aldatmaqdır. Allahı, Elçibəy ruhunu, Elçibəyin özünü aldatmaq isə mümkün deyil. İyun ayında – həm Elçibəyin doğum günündə, həm onun prezident seçildiyi gündə, həm hakimiyyətdən devrildiyi gündə, həm də Bakını tərk etdiyi gündə onun komandasından olanlar çeşidli müsahibələr verirlər. 26-27 ildir ki, bu belə davam edir. Bu müddət ərzində çox sular axıb. Çox adamlar bu haqda açıqlamalar verib. Amma Allaha, Elçibəyə nə cavab verəcəklər? Bunu mütləq nəzərə almalıdırlar. Bu gün gənclərin qarşısında, tanımayanların qarşısında danışanda biraz ehtiyyatlı olmaq lazımdır. Allahı unutmaq lazım deyil, elədiklərinizi unutmaq lazım deyil. Xəlvətdə öyünməyə son vermək lazımdır. Yəni tanımayanların qarşısında belə böyük-böyük danışıb özündən müştəbeh olmaq lazım deyil. Elçibəyin qarşısında heç kəs o cür danışa bilməz.
- Siz daha yaxşı bilərsiniz, Əli Kərimli Əbülfəz Elçibəyi AXCP sədri postundan uzaqlaşdırmaq istəyirdimi? Əgər istəyibsə, buna niyə nail ola bilməyib?
- Bəyi uzaqlaşdırmaq mümkün deyildi. Amma onlar özləri uzaqlaşıb gedib “Yurd” partiyasını yaratmaq istəyirdilər. 1998-ci ildə yanvar ayının 30-31-də, AXCP-nin Elçibəyin iştirak elədiyi sonuncu qurultayından sonra artıq bu istiqamətdə işlər görülürdü. Bunların da hamısı tarixdə var. “Xalq Cəbhəsinin Yurd Həqiqətləri” adlı kitabda da bu haqda var. May ayında onlar “Yurd” partiyasını yaradacaqdılar. Məsləhət oldu ki, ayrılmasınlar, burda qalmaqları yaxşıdır. Elçibəy "bir əli mənim əlimdədir, bir əli Heydər Əliyevin. İstəyirsiz mən əlimi buraxım, getsin ikiəlli Heydər Əliyevdən yapışsın?” sözlərini mənəmi deyib? Elçibəyin "əlimi çəkərəm sənin kürəyindən, səni məhv edərlər” sözləri də mənə deyilməyib. Bütün bu məsələlərin hamısı tarixdə var. Yəni belə yalanlar danışmaq ayıbdır, xüsusilə də məzar başında.
- Əli Kərimlinin Elçibəyə qarşı mobil komanda ilə çıxış etmək üçün maliyyə qaynaqlarını hardan və necə formalaşırdı?
- Bunu özləri bilərlər. Bir də Azərbaycanda “Demokratiyanın İnkişaf Fondu” adlı bir fond var idi. O fondun prezidenti Əli Məsimov, vitse-prezidenti də Asim Mollazadə idi. O fondun bütün maliyyə məsələrinə Asim Mollazadə rəhbərlik edirdi. Fondun maliyyə vəsaitlərinin çoxu Elçibəyin əleyhinə işlədilmişdi. Demokratiyanın inkişafına yox, Elçibəyə qarşı sərf olunmuşdu. Bunlar da bir tarixdi.
- Deyilənə görə, Əli Kərimli göstəriş veribmiş ki, Elçibəy AXCP Rəyasət Heyətinin iclasına qatılanda, onu pərt etmək üçün heç kəs ayağa qalxıb yer verməsin. Bu barədə nə deyə bilərsiniz?
- Bu barədə mənim məlumatım yoxdur. Mənim bildiyim məsələlər deyil bunlar. Elçibəy üçün ayağa qalxmaq həm də bir tərbiyə məsələsi idi. İstənilən halda otaqda olan adam otağa daxil olan adama görə, ən azından onu qarşılamaq üçün və yaxud ona hörmət əlaməti olaraq, tərbiyəsinə uyğun olaraq ayağa qalxır. Bu təkcə Elçibəyə aid deyil, hər kəsə aiddir. Ailə tərbiyəsi görmüş hər kəs belə etməlidir.
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Bu ölkədə prezident və nazirlər maaşdan imtina ediblər
21 mart 2024 21:58
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41