Fərhad Əhmədovdan sərt açıqlama gəldi
İspaniyanın İbiza kurort adasında 22 yaşlı Azərbaycan vətəndaşının 1.5 milyon dollar dəyərində “Richard Mille 50-03 MCLaren F1” markalı saatının oğurlanması əhvalatı yerli mətbuatda əsas müzakirə mövzusudur.
Virtualaz.org xəbər verir ki, əvvəlcə həmin “ifrat varlı” gəncin Azərbaycan məmurlarından birinin oğlu olduğu haqda iddialar sosial şəbəkələrdə, ardınca internet KİV-lərində yayıldı. Lakin bu məlumat qəti təkzib olundu. Ardınca isə deyəsən yerli sarı media saatın “əsl sahibini” tapdı-iddia olundu ki, 1.5 milyon dollarlıq saatı oğurlanan gənc Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun oğludur.
Qeyd edək ki, nə ispan, nə ingilis mediasında saatı oğurlanan “ifrat varlı” gəncin adı çəkilmir. Çünki polis zərərçəkənin adını məxfi saxlayır. Təkcə o qeyd edilir ki, həmin gənc Azərbaycan vətəndaşıdır, digər azərbaycanlı dostu ilə İbizada istirahət edərkən soyğunçuluğa məruz qalıb.
Həmin zərərçəkənin F.Əhmədovun oğlu olduğu haqda məlumatların çoxsaylı KİV-lərdə və sosial şəbəkələrdə tirajlandığını nəzərə alaraq biznesmenlə əlaqə saxladıq. Rusiyalı milyarder oğurlanan saata görə onun və oğlunun adının hallandırılmasını “diqqəti əsl “zərərçəkəndən” yayındırmağa yönəlmiş primitiv cəhd” adlandırdı.
“Bu iddialar qaçılmaz şəkildə İbizada baş vermiş həmin kazusa yönəlmiş ictimai diqqəti yayındırmağa yönələn primitiv cəhddir, əsl “zərərçəkmişi” hədəfdən yayındırmağa hesablanmış iz azdırmadır. Şəxsən məni özümün və oğlumun adının hallandırılması məyus etmir, yeri gəlmişkən bu hallandırma özü gülməlidir. Əsl kədərli olan milli məmur sinfinin-“xalqın nökərlərinin” korrupsiyalaşma səviyyəsidir. Hansı ki, onların törəmələrinin qollarındakı saatın puluna qocalar, əlillər üçün iki-üç bina tikmək olardı. Və kədərli olanı milli medianın sarı seqmentinin qeyri-peşəkarlığı və prinsipsizliyidir”,- F.Əhmədov bildirib.
Fərhad Əhmədovun qanuni nümayəndəsi Nail Şahverdiyev isə KİV-lərə biznesmenin adından yazılı təkzib bəyanatı göndərib. Həmin bəyanatda saatın F.Əhmədovun oğluna məxsus olması haqda internet portallarının iddiaları təkzib edilir. Bildirilir ki, nə Fərhad Əhmədovun, nə oğlunun “Richard Mille 50-03 McLaren F1” qol saatı yoxdur. Nəticədə bu saat Əhmədovun oğlundan oğurlana bilməzdi. “Belə ki, nə mən, nə də mənim övladlarım qol saatından istifadə etmirik”,-biznesmenin adından yayılan təkzibdə deyilir.
Biznesmenin qanuni nümayəndəsi onu da əlavə edib ki, F.Əhmədov leqal yollarla pul qazanan biznesmendir və məntiqlə o, qazandığı qanuni vəsaitlər hesabına hansısa lüks əşya alsa bunu gizlətməyə də ehtiyacı olmazdı. Beləliklə, İbizada oğurlanan saatın sahibini doğrudan da korrupsioner məmurların törəmələri arasında axtarmaq lazım gəlir…
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
