“UNESCO ailəsinin üzvü olmaq mənim üçün böyük şərəfdir”
İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESCO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirib. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Odre Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.
“Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva bu il əməkdaşlığımızın 27-ci ildönümünün qeyd ediləcəyini bildirdi, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə edib.
UNESCO-nun xoşməramlı səfiri onu da bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycanda UNESCO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib. UNESCO-nun Baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən Mehriban Əliyeva ümidvar olduğunu bildirdi ki, bu səfər çərçivəsində Odre Azule Azərbaycanla, paytaxtımızla daha yaxından tanış olacaq və xalqımızın qonaqpərvərliyini hiss edəcək.
UNESCO-nun Baş direktoru Odre Azule Parisdə təşkilatın baş qərargahında Mehriban Əliyeva ilə görüşünü xatırladı və UNESCO üçün ən mühüm tədbir olan Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının üzv dövlətlər arasında məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. UNESCO-nun Baş direktoru növbəti günlərdə bütün ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklərini vurğuladı. Odre Azule UNESCO üçün mühüm əhəmiyyət kəsb edən və 2500-ə yaxın iştirakçının qatılacağı bu sessiyanın Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və UNESCO-nun Baş direktoru Odre Azule birgə nahar ediblər.
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29