Azərbaycandan 80 milyard pul çıxarılıb (İDDİA)
Müsahibə7 iyul 2019 14:35
Bəzi azərbaycanlı məmur və nazirlərin dövlət büdcəsindən mənimsədiyi milyonları, milyardları xaricə daşıması, orada mülklər alması barədə dəfələrlə mətbuatda və sosial şəbəkələrdə informasiyalar yayılır.
Qaynarinfo xəbər verir ki, ölkədən çıxarılan pulların Azərbaycana iqtisadiyyatına vurduğu zərəri şərh edən iqtisadçı Natiq Cəfərli "Hürriyyət”ə açıqlamasıbda bildirib ki, Azərbaycan iqtisadiyyatına investiyaların yatırılmaması tək pulun oğurlanması ilə əlaqədar deyil:
"Azərbaycanda investiyasiya mühiti ilə bağlı problemin olmasıdır. Qanunsuzluq mühitinin hakim olmasıdır ki, məhkəmələr müstəqil deyil, mülkiyyət hüququ qorunmur, investisiyalar üçün normal şərait yoxdur. Yəni Azərbaycanda bunlar olmamalıdır ki, Azərbaycandan çıxarılan milyardların da yatırım kimi istifadəsi haqqında bir fikir bildirmək mümkün olsun.
Təbii ki, söhbət milyardlarla vəsaitin illər ərzində Azərbaycandan çıxarılıb xaricə yatırılmasından gedir. O milyardlar ölkədə qalsaydı, ölkədəki həyat səviyyəsi indkindən qat-qat yaxşı olardı, iş yerlərinin sayı artmış olardı, istehsal sahələri genişlənərdi. Yəni kifayət qədər Azərbaycan iqtisadiyyatında dinamik inkişafa səbəb ola biləcək yatırımlara çevilə bilərdilər.
Amma Azərbaycanda bu şərait yoxdur. Nə qədər ki, şərait yoxdur, Azərbaycandan günü bu gün də vəsait çıxır, sabah da çıxacaq. Çünki Azərbaycanda yatırım üçün imkanlar yoxdur. Hətta məmurları, böyük korrupsionerləri bir kənara qoyun, orta sinfə aid vətəndaşlar belə Azərbaycana yatırım etmək istəmirlər. Ona görə də Türkiyədə və Gürcüstanda daşınmaz əmlak bazarında ilk onluqda azərbaycanlılar var. Hətta Gürcüstanda ilk beşliyə düşüblər. Yəni onlar Azərbaycandan qazandıqları pula nəinki Azərbyacanda iş qurmağa, Gürcüstanda və yaxud Türkiyədə daşınmaz əmlak almağa daha çox üstünlük verirlər”.
"Məlumata görə, 1994-ci ildən bəri Azərbaycan neft satşından 150-200 milyard pul qazanıb. Bu pulların nə qədəri təxminən xaricə daşınmış ola bilər” sualına Cəfərli belə cavab verib: "Təbii ki, dəqiq rəqəm söyləmək çətindir. Bir misal desək, bunu oxucular da anlamış olar. Məsələn, Rusiya ilə bağlı belə hesablamalar aparılıb. Müstəqillik qazanandan bu günə qədər Rusiyadan 1 trilyon 200 milyard dollar, yəni bügünkü ölkə büdcəsinin 3 qatı çıxarılıb.
Azərbaycanda da buna bənzər iqtisadi və siyasi sistem olduğunu və indki büdcənin 12-13 milyard dollar olduğunu nəzərə alsaq, bunun 3-4 qatı qədər vəsaitin Azərbaycandan çıxarılması ehtimalı çox yüksəkdir. Yəni söhbət 50-80 milyard arasındakı bir vəsaitdən gedir ki, bu da çox böyük bir vəsaitdir. Əgər həmin vəsait Neft Fondunda, yaxud Mərkəzi Bankın ehtiyatlarında qalsaydı, indi Azərbaycan artıq inkişaf etməkdə olan ölkə deyil, inkişaf etmiş ölkələr sırasına daxil ola bilərdi. Azərbaycan Şərqi Avropa, Baltikyanı ölkələr səviyyəsinə qədər inkişaf etmiş olardı”.
N. Cəfərli həmin pulların ölkəyə qaytarılmasının çox çətin olduğunu deyir: "Bəzi müxalif siyasətçilər də hərdən buna bənzər bəyanatlar verir. Amma bunun hüquqi mexanizmləri və geri qayıtma üsulları həddindən artıq çətindir. Demirəm, mümkün deyil. Mümkün variantlar var. Bu da Azərbaycanda gələcəkdə qurulacaq sistmin dünya tərəfindən nə qədər bəyənilməsindən, dəstəklənməsindən asılı olacaq. Əgər belə bir sistem qurula bilsə, müxtəlif hüquqi yollarla ən azından vəsaitin bir hissəsinin ölkəyə qaytarılması mümkün ola bilər”.
Oxşar xəbərlər
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Moskvada universitetlərdə dərslər DAYANDIRILDI
23 mart 2024 19:04
- Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?
23 mart 2024 15:31
- Moskvada ölənlərin sayı 130-a çatdı
23 mart 2024 08:51
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya