Beş ayda 30 milyardlıq nəticə - Prezidentin hədəfi
Siyasət7 iyul 2019 15:00
Azərbaycanda həyata keçirilən kompleks islahatlar nəticəsində təkcə bu ilin 5 ayı ərzində 30 milyard 608,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.
"Azərbaycan” qəzetinin yazdığına görə, ÜDM-nin 46 faizi sənayenin, 9,9 faizi ticarət, 14, 4 faizi digər sahələrin payına düşüb. Ölkənin qeyri-neft ixracı 17,8 faiz artıb. Bu müddət ərzində ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edir.
Xarici ticarət balansının müsbət saldosu 1,34 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 47 milyard dollara yaxın yüksəlib.
Qəzet yazır ki, ölkədə işgüzar sferanın əlverişliliyi, aparılan islahatların müsbət nəticələri nüfuzlu beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliləyib. Misal üçün, "Biznesə başlama” göstəricisi üzrə 9 pillə irəliləyərək 9-cu pilləyə, "Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 8 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib.
Regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək məqsədi ilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı, yəni dördüncü dövlət proqramını təsdiqləyib. Artıq proqramın icrası çərçivəsində bu il regionlarda 3 məktəb, 5 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 2 mədəniyyət obyekti və 1 olimpiya idman kompleksi istifadəyə verilib.
"Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır” yazan rəsmi qəzet qeyd edir ki, qazanılan uğurlar bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımlarının, ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.
"Elə bir ikinci ölkə tapılmaz ki, 4 ay ərzində 2 dəfə maaşların, minimum pensiya və əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalansın”.
"Əhalinin sosial rifahının yüksəlməsi ilə bağlı Prezident iyunun 18-də bu istiqamətdə 17 sərəncam imzaladı. Bu sərəncamlar bu məsələnin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdi”.
Məqalədə bildirilir ki, sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir.
Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılacaq.
Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verəcək. Beləliklə, oktyabr ayının 1-dən etibarən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata, pensiyaların minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq.
"Bu artımlardan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaq. Göründüyü kimi, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur”.
Qəzet yazır ki, 2019-cu ilin qalan dövrü ərzində daha böyük sosial-iqtisadi uğurların şahidi olacağıq. Elə dövlət başçısı da bu ili dəyərləndirərkən demişdi ki, əgər 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə yazılacaq.
Oxşar xəbərlər
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya