“Biz vüsala yetməmişik...” - Mirmahmud Mirəlioğlu
Uzun illər Azərbaycanın siyasi arenasında maraqlı proseslər getsə də, son dövrlər siyasi meydanda süstlük hökm sürür. Daha doğrusu, müxalifətin fəaliyyəti nəzərəçarpacaq səviyyədə deyil. Halbuki illər öncə ölkənin gündəmi siyasi düşərgədə baş verən proseslərlə müəyyən olunurdu. İndi isə fərqli bir mühit yaranıb.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Reyting.az-a müsahibəsində maraqlı məsələlərə toxunub.
- Mirmahmud bəy, əvvəllər müxalifətin qış, yaz, yay və s. planları olardı, amma son illər sanki heç bir planınız yoxdur. Ümumiyyətlə, siyasi düşərgənin faydalı iş əmsalı varmı?
- Azərbaycanda 30 ildir ki, hakimiyyətin də, müxalifətin də planı yoxdur. Nəzəri baxımdan, hansısa işlər görülür, planlar qurulur, amma reallıqda hər hansı iş görülməyib.
Ən pisi odur ki, Azərbaycan xalqının 95 faizinin planı yoxdur. Bu ölkə bütövlükdə plansızlıqla idarə olunur. Siyasətçi guya siyasəti ilə, təsərrüfatçı təsərrüfatı ilə məşğuldur. 27 ildən çoxdur ki, uşaqlar evcik-evcik oynadığı kimi, biz də siyasət-siyasət oynayırıq. Hər kəs belədir. Sadəcə, mən çoxlarından fərqli olaraq reallığı etiraf edirəm.
Sualınızın sonunda qeyd elədiniz ki, faydalı iş əmsalı varmı? Cavab olaraq deyim ki, 1993-cü ildən bəri Azərbaycanda faydalı iş əmsalı sıfırdır. Biz heç bir siyasi şərait yarada bilmirik, əksinə, siyasi şəraitin yesiriyik. Acınacaqlısı odur ki, dövlətimiz də, cəmiyyətimiz də belədir. Hərə öz işini görüntü naminə həyata keçirir, ortada nəticə olmur. Yəni, dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır.
- O zaman Sizin işinizin adı nədir?
- Biz də sizin suallarınıza oxucunun xoşu gəlsin deyə, müəyyən cavablar veririk. Amma “Biz böyük qüvvəyik”,- deyənlər özlərini aldatmaqdan başqa bir iş görmürlər.
Bu yerdə yadıma bir məsələ düşdü, onu deyim. Mübarizə Heydər Əliyevin dövründə, Elçibəyin zamanında var idi. Heydər Əliyev Elçibəyi son mənzilə uğurlamağa gələndə, artıq onun üçün hər şey bitmişdi. Ondan sonra kiminlə mübarizə aparacaqdı? Yəni, həmin mərasim təkcə Elçibəyin vida mərasimi deyildi, həm də Heydər Əliyevin siyasi mübarizə ilə vida mərasimi idi. Daha onun üçün də hər şey mənasız idi. Fikirləşirdi ki, bundan sonra kiminlə mübarizə aparacaq.
- Yaxşı, o zaman ortaya sual çıxır. Siz, İsa Qəmbər, Əli Kərimli və digərləri niyə müxalifət lideri ola bilmədiniz?
- Bir Allah şahiddir ki, suallara cavab verəndə heç kim mənim qədər səmimi olmur.
Elçibəyin zamanında hamı lider sayılırdı. Təbii ki, onun kölgəsində. İndi kimlərsə deyir ki, mən olsaydım, belə edərdim. Elə də qardaşım, indi Elçibəy həyatda yoxdur. Hətta mediada təbliğat aparırdılar ki, qocalar getsəydi, cavanlara yol açılardı. Qardaş, açıldı də, gedin, görək, hara kimi gedirsiz.
Şəxsən mən uzun illər “Liderəm” demədim, kimisə müdafiə elədim. Məcburən elədim, könüllü elədim, obyektiv ya subyektiv səbəb oldu, o ayrı məsələdir. Bu, faktdır, Allah da, millət də şahiddir.
Mənim də məsuliyyətim var. Zamanında bəlkə də müəyyən şeyləri deməliydim.
Özümlə bağlı olanda qəti qərar verirdim, mandatdan imtinaya kimi zamanı gələndə konkret addımımı atmışam.
Amma mən hesab edirəm ki, Elçibəyin dəfn gün bütün siyasilərin siyasi fəaliyyətinin dəfn günü oldu. Ondan sonra bir iş görülmədi.
“Yurd”la (Əli Kərimli tərəfdarlarını nəzərdə tutur-red.) AXCP ayrıldı. Sonra başqa siyasi proseslər oldu.
2000-ci ildəki parlament seçkilərində bir-iki nəfəri çıxmaqla bütövlükdə AXCP Müsavata səs verdi. Müsavatda cəsarət çatmadı ki, “Biz bu qələbəni həm də cəbhənin hesabına qazandıq”,- desin.
2003-cü ildə nə oldu, bu da bəllidir. Belə məsələlər çoxdur, sadəcə, keçmişə qayıtmaq istəmirəm. Sabaha baxa bilmirik deyə, dünəndə ilişib qalırıq.
- Zamanında SİDSUH, Demkonqres, “Bizim Azərbaycan” və s. birliklər var idi. Heç olmasa, hədəf qoyulan seçkiyə kimi birliyi qoruyub saxlayırdınız. Amma son bir ildə Qarabağ Komitəsi, Xalq Hərəkatı yaradıldı, ortada heç nə yox ikən parçalanmalar baş verdi. Pənah Hüseynin təşəbbüsü ilə qeydiyyatdan keçən partiyaların müzakirəsi təşkil olunur, yenə də ortada bir nəticə yoxdur.
Niyə bir araya gəlib, vahid mövqedən çıxış edə bilmirsiz?
- Bilirsiniz, nakam, vüsala çatmayan adam hamını qınayır. Siyasətçilər olaraq, biz vüsala yetməmişik. Neçə ildir, boşluğu doldurmaqla məşğuluq.
Qarabağ Komitəsi öncədən yaranmışdı. Hamı o komitədə var idi, proses də gedirdi. İnsafən, hakimiyyət bu prosesə qarşı loyal idi, qadağa da qoymurdu, “yaşıl işıq” da yandırmırdı. 29 sentyabr mitinqi baş tutdu, uğurlu oldu. Hakimiyyət təmsilçiləri olan bəzi deputatlar dəstək verdilər, sonra mövqedə dəyişiklik oldu, həmin deputatlar 180 dərəcə fərqli mövqe sərgiləməyə başladılar. Bəlli oldu ki, hakimiyyət Qarabağ problemini həll eləmək istəmir. Kimsənin də bu istiqamətdə fəaliyyətini bəyənmir. Ondan sora Qarabağ Komitəsində ayrılmalar baş verdi.
Bir qədər sonra Azərbaycan Xalq Hərəkatı yarandı. Buna qədər Qarabağ Komitəsində olan qüvvələr Azerfredomda çıxış elədilər. Hətta məni də qınadılar ki, sən niyə orda yoxsan...
İndi də qeydiyyatdan keçən partiyaların bir araya gələrək müzakirə aparması gündəmə gəlib. Amma əlimizdən bir şey gəlmir, nəticə hasil edə bilmirik deyə, görüş yerlərimiz yaslarda, toylarda, məhkəmələrdədir deyə, şəkillərimiz də orada çəkilir. Baxırsan ki, boşluğu doldurmaq lazımdır.
Biz 92-93-cü illərdə hakimiyyətdə olanlar və olmayanlar, millət vəkili olanlar və olmayanlar, proseslərə düzgün qiymət verə bilmədiyimizə görə təkcə vicdan əzabı çəkmirik, bütün əzabların hamısını çəkməliyik. Bilirsiz, bu gün üçün çalışırıq, sabah üçün, Azərbaycanın gələcəyi üçün yox.
- Belə çıxır ki, bekarçılıqda birliklər yaradıb görüşlər keçirirsiz?
- O vaxt birləşdirici qüvvə var idi, birlik yarananda mübarizə olurdu. İndi biləşdirici qüvvə yoxdur deyə birliklərin də ömrü qısa və nəticəsiz olur.
O vaxt Demkonqres var idi, onun həmsdərlərindən biri Elçibəy idi. İndi o həmsədrlərdən əsər-əlamət yoxdur.
Onda hədəf var idi - Elçibəyin hakimiyyətə qayıtması. İndi isə...
Elçibəy qayıdandan sonra onu bəyənmədilər və s.
İndi də, bəli, siz deyən kimi bekarçılqıdan birlik filan yaradılır, hədəf olmadığı üçün nəticə də olmur.
O vaxt Heydər Əliyev hesablayırdı, iş görürdü. Qarşısındakı da ona adekvat işlər görürdü və bir siyasi mübarizə var idi. İndi isə belə bir mühit yoxdur.
- Lokal antiterror tədbirlərinə siyasi partiyaların - Dəstək bəyanatı
19 sentyabr 2023 16:06
- Azərbaycanda proporsional seçki sisteminə keçid mümkündürmü? (ŞƏRH)
7 avqust 2023 22:00
- Pənah Hüseyn - Nemət Pənahlıya bir yumruq vurmuşam, şəkli də var
4 avqust 2023 11:45
- Azərbaycana qarşı olub İrana dəstək verən Əli Əliyev kimdir? - Fotolar
14 iyun 2023 22:05
- Dövlət Gömrük Komitəsində yeni - Təyinatlar
8 yanvar 2022 15:38
- “Azərbaycan teleməkanı İran casusları ilə doludur” -
22 oktyabr 2021 12:48
- Partiya sədrlərini Prezident Adminstrasiyasına ÇAĞIRDILAR
10 sentyabr 2021 00:22
- 48 siyasi partiya Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat yayıblar
17 iyun 2021 00:23
- Azərbaycanda 50 siyasi partiya bəyanat yaydı
25 aprel 2021 00:15
- Siyavuş Novruzov içkili ...
9 aprel 2021 12:38
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41