Xruşovun ikinci etdiyi, birinci olmaq eşqiylə yanan şəxs
Müsahibə14 iyul 2019 13:57
Kreml məmurları arasında sərtliyi, kobudluğu, qədərindən də artıq özünə güvənməyi ilə fərqlənən Frol Kozlov Xruşov hakimiyyəti illərində özünü həmişə ikinci şəxs kimi təqdim edib.
Əslində elə Nikita Xruşovun özü də 1961-ci ilin oktyabr ayında partiyanın 22-ci qurultayında Kozlovun Kremldəki yerini məhz ikinci şəxs kimi müəyyənləşdirib:
"Mərkəzi Komitədə ikinci katib statusu yoxdur. Amma faktiki olaraq bu statusu Frol Kozlov daşıyır və siz hamınız bunun şahidisiniz ki, o, bu işin öhdəsindən layiqincə gəlir...”
Bu "təqdimat”dan sonra bütün rəsmi sənədlərdə Nikita Xruşovun adından sonra Frol Kozlovun adı yazılıb, sonra isə əlifba ardıcıllığı ilə Mərkəzi Komitənin digər katiblərinin adları.

Frol Kozlov 1908-ci ildə Ryazanda anadan olub. Orta təhsil aldıqdan sonra toxuculuq fabrikində fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. 1923-cü ildə komsomol sıralarına daxil olub. Fəal ictimaiyyətçi olduğundan komsomol xətti ilə təhsil almaq üçün Leninqrad Kommunist Universitetinə göndərilib. Kozlov ikinci təhsilini də Leninqradda Dağ-mədən institutunda alıb.
1958-ci ilə qədər İjevskdə, Kuybışevdə, Leninqrad şəhərində və vilayətində partiya komitələrinin ikinci və birinci katibi vəzifələrində işləyən Frol Kozlov həmin ilin mart ayında SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin olunub. Öz vəzifəsi ilə yanaşı Frol Kozlov Nikita Xruşovun tapşırığı ilə onun səlahiyyətlərinə daxil olmayan dövlət əhəmiyyətli işlərin icrasına da cəlb olunub.

4 may 1960-cı ildə Mərkəzi Komitənin növbəti plenumunda Xruşovun təşəbbüsü ilə o, Mərkəzi Komitəyə katib seçilib. Katiblər arasında vəzifə bölgüsü aparılarkən Frol Kozlova daha geniş səlahiyyətlər verilib.
Kozlovun Mərkəzi Komitədə peyda olması həmkarları üçün arzuolunmaz sayılıb. Digərlərinin siyasi karyerasına kifayət qədər əngəllik yaradan Kozlov həmin dövrdə Xruşovdan sonra Kremldə əsas söz sahiblərindən biri olub. Bu məsələ gözünü birinci kürsüyə dikən Leonid İliç Brejnevi daha çox narahat edib.
Kozlov özünü ikinci şəxs sayaraq zaman-zaman bütün dövlət qurumlarının fəaliyyətinə müdaxilə edib. Vəziyyət o dərəcəyə çatıb ki, o, hətta hüquq-mühafizə orqanlarının, Müdafiə Nazirliyinin rəhbərləri ilə də istədiyi tonda danışıb.

Nikita Xruşovun səfərləri və məzuniyyəti dövründə ölkəni idarə etmək rəsmi olaraq məhz Kozlova həvalə olunub. Bu işi Kozlova həvalə etməyin nə qədər təhlükəli olduğunu Xruşova başa salsalar da, o, buna məhəl qotmayıb.
Kozlov öz kobud rəftarı, sərt münasibəti ilə şəhər, vilayət, diyar partiya komitələrinin rəhbərlərini həmişə gərgin vəziyyətdə saxlayıb. Yerlərdə buraxılan ən kiçik bir səhv onun tərəfindən "antisovet fəaliyyət” kimi qiymətləndirilib və Kozlov bu haqda yazılı surətdə Xruşova müraciət edərək, ondan ən yüksək cəza, həbs tədbirləri tələb edib.
Frol Kozlovun siyasi ambisiyaları bitib-tükənməyib. O, özünün kiçik dairəsində Xruşovdan sonra birinciliyə sahib olacağını da dilə gətirməkdən çəkinməyib. Əslində elə Xruşovun özü də onu gələcəkdə partiyanın başında dayanacaq birinci şəxs kimi görüb. Amma vaxtsız iddialar Xruşovu qıcıqlandırıb, nəhayət, növbəti məzuniyyətə yollanmazdan əvvəl o, Kozlovu kabinetinə çağırıb:

- Frol Romanoviç, bəzi dairələrdə siz az qala özünüzü partiyanın lideri kimi qələmə verirsiniz. Sizə verdiyim səlahiyyətlər heç də sizə haqq vermir ki, bütün sərhədləri aşasınız. Mən sizə xəbərdarlıq edirəm, nəzərə alın ki, sovet qanunları nə qədər humanist olsa da, sərt tərəfləri də var. Və onu da nəzərə alın ki, sizin fəaliyyətinizdəki nöqsanları heç kim görməsə də, mən yaxşı görürəm və onların hansı cəzalarla nəticələnəcəyini siz daha yaxşı bilirsiniz.
Özündən də kobud olan Xruşovun bu xəbərdarlığına Kozlov heç bir cavab verməyib, bəraət üçün söz tapmayıb.
Artıq Xruşovu da özünə rəqib sayan Kozlov yeni planlar haqqında düşünüb. Mərkəzi Komitədə mövqeləri daha möhkəm olan və gələcəkdə ona mane ola biləcək Leonid İliç Brejnevi və Nikolay Podqornını sıradan çıxarmaq üçün bəhanələr axtarıb. Ancaq səhhəti ilə bağlı qəfil yaranan problem Frol Kozlovun iyrənc və xəyanətkar planlarını yarımçıq qoyub.

11 aprel 1963-cü ildə Mərkəzi Komitənin iclasını keçirən Kozlov gərgin iş günündən sonra bağına gedib. Axşamüstü həyətdə gəzintiyə çıxanda o, qəfil huşunu itirərək yıxılıb. Xüsusi həkim briqadası dərhal bağa yollanıb. Müayinələrdən sonra məlum olub ki, Kozlov sağ tərəfin iflici ilə nəticələnən insult keçirib. Onu dərhal xəstəxanaya yerləşdiriblər. Sonra o da məlum olub ki, Frol Kozlovun əmək fəaliyyətini bərpa etmək mümkün olmayacaq.
Bir neçə gündən sonra Xruşov Siyasi Büronun iclasında Kozlovla bağlı "mərhəmətli” qərarını verib: "Biz Frol Kozlovu bu vəziyyətində vəzifəsindən azad etsək, bu, ona daha pis təsir edəcək. Odur ki, təklif edirəm ki, bu məsələni hələ ki, gündəliyə çıxarmayaq. Onun vəzifələrinin icrasını isə müvəqqəti olaraq Leonid İliç Bejnevə həvalə edək...”
Beləliklə, bir müddər Kozlov xəstəxanada, Brejnev isə Mərkəzi Komitədə daha bir pillə yuxarıda qərarlaşıblar.
Ancaq bu qeyri-müəyyən vəziyyət də uzun çəkməyib. 1964-cü ildə Xruşovun devrilməsindən sonra Mərkəzi Komitənin noyabr plenumunda Flor Kozlov tutduğu bütün vəzifələrdən azad olunub. "Hörmət” əlaməti olaraq onu xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə işdən azdan edib fərdi təqaüdə göndəriblər.
İddialı siyasətçi 1965-ci il yanvarın 30-da, 56 yaşında keçirdiyi infarkdan vəfat edib. Frol Kozlovun nəşi yandırılaraq külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
