Naxçıvandakı Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapılıb
Reportaj21 iyul 2019 15:05

"Azərbaycanda, Naxçıvan Muxtar Respublikası ərazisində Əshabi-Kəhf ziyarətgahının ətrafında yerləşən ərazidə uran yatağı aşkarlanıb. Mahmudlu mis-uran yatağı adlanan ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu yataqda ilkin qiymətləndirmə işləri də aparılıb. Orada uran ehtiyatları qeydə alınıb. Bu yataqda uranla yanaşı, mis də aşkarlanıb".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev bildirib.

Cəlal Nağıyev qeyd edib ki, yatağın ərazisində radiasiyanın qiyməti ətraf fondan daha yuxarıdır: "Əshabi-Kəhf ziyarətgahının özündə ərazi üçün spesifik olan 10-15 mikrorentgen arasındadır və normaya uyğundur. Lakin yatağın aşkarlandığı ərazidə radiasiya ekspozisiyasının gücü 60 mikrorentgendən 1000 mikrorentgenə qədər dəyişir. Burada təbii radiasiya fonundan 100 dəfə artıq olan qamma şüalanmanın olduğu lokal ərazilər var. Bu radiasiya isə uran süxurlarının hesabına formalaşır. Hazırda həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur. O nöqteyi-nəzərdən heç bir təhlükə yoxdur. Təhlükə altında yalnız həmin ərazidə öz sürülərini otaran çobanlar ola bilər. Bu isə onların həmin ərazidə keçirdikləri müddətdən asılıdır".
Tədqiqat mərkəzinin sədr müavini vurğulayıb ki, ziyarətgahın özündə və oraya aparan yolda radiasiya fonunun miqdarı 20 mikrorentgendən yuxarı deyil: "Bu isə insan sağlamlığı üçün hər-hansı bir təhlükə vəd etmir. Orada bir gün vaxt keçirsən belə, bu radiasiya fonu insan sağlamlığına təsir etmir. Ancaq ziyarətgaha gedən yolda müəyyən yerlər var ki, uran yatağının qırılmaları oradan keçir. Yolun ətrafında 20 metr uzunluğunda bir ərazidə yüksək radiasiya müşahidə olunur. Lakin nəzərə alsaq ki, həmin 20 metri avtomobillə bir neçə saniyəyə keçirsən, piyada gedəndə isə bir neçə dəqiqə təmasda olursan. Bu müddət ərzində həmin ərazidə olmaq insan sağlamlığı üçün elə də ciddi radiasiya riski törətmir. Belə fona malik ərazilərin üzərində ev tikib yaşayarsınızsa, bu, ciddi fəsadlara səbəb ola bilər. Çox təəssüf ki, Naxçıvan Muxtar Respublikasında olan problemlərdən biri də əhəng daşı karyerləri olmadığı üçün yerli sakinlərin tikinti materialı kimi bu tipli ərazilərdən, xüsusilə Culfa rayonunun Qahab kəndində olan dağ süxurlarından istifadə etməsidir. Elə olur ki, belə dağ süxurlarından bəziləri yüksək radiasiya saxlayır. Bu cür süxurlardan tikilən evlərdə yaşamaq isə olduqca təhlükəlidir".
Cəlal Nağıyev eyni zamanda vurğulayıb ki, Azərbaycanda uranın olduğu digər ərazilər var. Məsələn, Naxçıvanın digər bölgələrində (Əlincə qalası, Darıdağ, Sirab adlı ərazilərdə), Quba, Xızı Şamaxı rayonu ərazisində uran var: "Ancaq bu ərazilərdə aşkarlanan uranın miqdarı həmin ərazilərin uran yataqları statusunun almasına imkan vermir. Lakin bu ərazilərdə əlavə elmi-tədqiqat işləri də aparılmalıdır. Ola bilsin ki, bu işlər aparıldıqdan sonra Azərbaycanda uran yataqlarının sayı artsın".
Oxşar xəbərlər
- İrtica və qaragüruh (esse ) Rasət Pirisoyu
1 dekabr 2019 12:29
- Yüksək çinli məmurlar hadisə yerində - Fotolar
25 noyabr 2019 11:17
- Tünzalə yenə başını keçəl etdirdi - Fotolar
18 noyabr 2019 15:16
- Döyüldüyünü iddia edən Güləli Fərziyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"
18 noyabr 2019 14:58
- Cəbhə bölgələrində qazlaşdırma – VİDEO
6 noyabr 2019 15:41
- Millət vəkili Bakıda 1.4 milyona torpaq satır (FOTOLAR)
6 noyabr 2019 11:15
- Azərbaycan-İran sərhədində silahlı insident olub, ölən var
4 noyabr 2019 11:50
- Tağıyevin kötükcəsi: "Bu qədər qohumumun olduğunu heç gözləmirdim"
2 noyabr 2019 13:12
- Azərbaycanda ayı əti satmaq qadağandırmı - Maraqlı faktlar
31 oktyabr 2019 11:28
- 1 milyonluq piton dərisi, fil dişi, kərgədan buynuzu - Azərbaycanlının evindən çıxanlar
31 oktyabr 2019 11:05
Xəbər lenti
- İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul etdi
09 dekabr 21:52
- “Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü
09 dekabr 21:39
- REAL bu dairələrdə mübarizə aparacaq - Siyahı
09 dekabr 21:19
- Vasif Talıbov da parlamenti buraxdı
09 dekabr 16:53
- Erkin Qədirli seçkiyə gedir
09 dekabr 16:44
- Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
09 dekabr 16:23
- Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı - Rəsmi açıqlama
09 dekabr 16:12
- “Azərbaycanın Mehriban siması”...
09 dekabr 15:36
- İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı
09 dekabr 11:55
- İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış
09 dekabr 11:23
- Kənd yumurtaları alarkən diqqətli olun!
09 dekabr 11:12
- Erməniləri qəzəbləndirən, MK-dan töhmət alan xalq artistimiz
09 dekabr 11:02
- Rusiya 1991-ci ildə Krımı nədən ilhaq etməyib? - Yeltsinin adamı açıqladı
09 dekabr 10:45
- Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu
09 dekabr 10:31
- Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi
09 dekabr 10:20
- Azay Quliyev namizəd olmaq üçün dairə tapa bilmir?
08 dekabr 15:21
- "Toy sahibləri toyxana mafiyasının ciblərini doldurur"
08 dekabr 15:02
- Kəskin qaraciyər çatışmazlığı - Əlamətləri, səbəbləri və müalicəsi
08 dekabr 13:39
- Laçın təhsil şöbəsinin keçmiş işçisi özünü asdı
08 dekabr 13:22
- Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video
08 dekabr 10:48
- Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi
08 dekabr 10:33
- “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”
08 dekabr 10:20
- Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
08 dekabr 10:06
- Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
07 dekabr 22:04
- Daha iki partiya seçkilərə qatılır
07 dekabr 21:54
- Deputat Elmira Axundovanın HƏQİQİ atası kimdir ?
07 dekabr 15:48
- Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
07 dekabr 15:07
- NATO yeni "düşməni"ni elan etdi: Çin nə qədər təhlükəlidir?
07 dekabr 14:58
- Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
07 dekabr 13:13
- Etibar Məmmədov seçkiyə qatılmaq niyyətində deyil
07 dekabr 13:05
Video & Fotoqalereya
Video
Fotoqalereya