Baş redaktor Ukrayna prezidentinə müraciət etdi
Cənab Vladimir Zelenski !
Sizin prezident seçkisində parlaq qələbəniz keçmiş sovet məkanında yaşayan 100 milyonlarla insanda ruh yüksəkliyi və ən əsası gələcəyə böyük ümid yaradıb.
Düzdür bəzi keçmiş sovet respublikalarında, yəni hazırki müstəqil dövlətlərdə ( Baltik respublikaları, Gürcüstan, Azərbaycan və s ) müsbət proseslər gedir, amma bu böyük iqtisadi-siyasi məkanda fundamental dəyişikliyə gətirmir, yəni adını saydığım ölkələr bəlli səbəbdən LOKOMOTİV rolunu oynaya bilmir.
Ukraynaya gəldikdə isə...
Cənab Preizdent !Unutmaq olmaz ki, Ukrayna həmişə Rusiyanın onurğa sütunu olub və Kiyev Rus şəhərlərinin anasıdır. Ona görə də düşünürəm ki, böyük bir coğrafi məkanın gələcəyi Ukraynada gedən iqtisadi-siyasi proseslərdən və şəxsən Sizin verəcəyiniz qərarlardan asılıdır.
Cənab Zelenski ! Söz özünüz də gözəl bilirsiniz ki, bizi 70 illik sovet dövrü deyil, daha uzun dövr ( Çar Rusiyası, sonra sovet rejimi ) 100 ildən artıq müddət birləşdirir. Ona görə də problemlərimiz demək olar ki, eynidir. Bu gün xalqlarımız korrupsiya, rüvətxorluq, məmur özbaşınalığı, gizli iqtisadiyyat, monopoliya və s kimi problemlərin altında əzilir. Bu gün Azərbaycan prezidenti İlham Əliyev cənabları da ölkəmizdəki korrupsiyaya, inhisarçılığa qarşı sözün həqiqi mənasında savaş elan edib və bu istiqamətdə ciddi addımlar atılır. Amma yuxarıda qeyd etdiyim kimi Ukrayna keçmiş metropoliyanın, Sovet İttifaqının və bu gün postsovet məkanının nüvəsidir. Və hər şey nüvədə gedən dəyişikliklərdən asılıdır. Ona görə də Sizə müraciət edirəm. Keçmiş sovet respublikalarında, yəni hazırkı müstəqil dövlətlərdə baş verən qanunsuzluqların, inhisarçılığın, korrupsiyanın bir ucu gedib Böyük Ukraynaya çıxır. Konkret olaraq demək istəyirəm ki, Ukraynada çalışan bəzi iş adamları, biznesmenlər sizin ölkədə monopoliya yaradaq Ukrayna məhsullarının Azərbaycana ixracını öz əllərində cəmləşdiriblər. Və imkan vermirlər ki, bu geniş məkanda azad bazar qanunları işləsin, azad rəqabət olsun və bunun nəticəsində xalqlarımız Uca Allahın ölkələrimizə verdiyi sərvətlərdən lazımınca istifadə etsinlər. Cənab Zelenski !Monopoliya səbəbindən Ukrayna məhsulları Azərbaycanda real dəyərindən az qala 10 dəfə baha satılır. Bu böyük bir cinayətkar şəbəkədir. Bu şəbəkəyə təkcə Azərbaycan iş adamları deyil, həm də Ukrayna biznesmenləri də daxildir. Nəticədə xalqlarımız təbii yaşamaq hüququndan məhrum olur. Bu məsələdə Rusiya vətəndaşı olan azərbaycanəsilli şəxslər də yaxından iştirak edir və hər ay milyonlar qazanır. Rusiya vətəndaşı olan bu şəxslərin məqsədi bəlkə də Azərbaycanla qardaş Ukrayna arasında olan sağlam münasibətləri pozmaq, bəlkə sabotajdır. Konkret olaraq deyə bilərəm ki, Rusiya vətəndaşı, Belqorod şəhər sakini 1966-cı ildə Azərbaycanın Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda "Timur", Azərbaycanda "Peykan" ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd Ukraynada əməlli-başlı monopoliya yaradıb. NUH.az-a daxil olan məlumata görə, Teyyub Hüseynov Ukrayna Respublikasında "Brodi MİT EKSPORT" şirkətini yaradaraq ( direktor Teyyubun adamı Pərvizdir, Ukrayna tərəfdən Yura ) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Necə ?Məlumdur ki, Rusiya və Ukrayna arasında siyasi münasibətlər gərginləşəndə hər iki tərəf qarşılıqlı sanksiyalar tətbiq etdi. Və Ukrayna məhsullarının Rusiya ərazisindən tranziti əngəlləndi. Bundan istifadə edən Teyyub Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını yaradıb. Və qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə Azərbaycana ixracına tam nəzarət edir. İndi isə Teyyub Hüseynovun dana monopoliyasının mexanizminə diqqət edək. Teyyub hər birinin orta çəkisi 300-400 kq olan 80 baş diri heyvanın olduğu bir maşın üçün sahibindən 7500 dollar alır. Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay 275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar. Son 5 ildə bu monopoliya Teyyub Hüseynovun əlindədir, deməli o qeyri-qanuni yolla 16, 5 milyon dollar gəlir əldə edib. Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu xərci "Peymanın rüsumu"na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə, 55 qəpik rüsum alır. Yazdıqlarımıza şübhə edənlər gömrüyün rəsmi statistikasını qaldırıb BRODİ MİT EKSPORT şirkətinin son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Teyyub Hüseynovun Ukraynada daha bir şirkəti fəaliyyət göstərir: "Kompaniya MİT Treyd" ( Kompaniya MEAT TRADE). Teyyub Hüseynov 2018-ci ilin may ayınadək Azərbaycanda "MEAT PRODUCTS" şirkətinə də diri mal-qara ixrac edib. Cənab Preizent !Bizə daxil olan məlumata görə, Ukrayna qanunlarına zidd olaraq Teyyub Hüseynovun şirkətinə rəhbərlik edən Pərviz Ukraynanın müxtəlif bölgələrindən ( Çerniqov, Vinnitsa, Xarkov və s ) diri mal-qaranı toplayır və Lvov şəhərində gömrükdə rəsmləşdirirlər. Məlumata görə, bu qeyri-qanuni rəsmləşdirməyə görə, Ukrayna hüquq-mühafizə orqanlarına, Baytarlıq İdarəsinə, Lvov Gömrük İdarəsinə rüşvət verilir. Əslində mal-qara 21 gün karantində qalmalı olduğu halda Pərviz malı köhnə tarixə sənədləşdirir. Sonra məhsul Xarkova, oradan isə Rusiyanın Belqorod şəhərinə göndərilir. Sonra Rostov - Dağıstan marşrutu üzrə diri mal-qara Azərbaycana gətirilir. Cənab Zelinski! Bütün bu prosesi Sizə çatdırmaqda məqsədimiz odur ki, dövlətlərimiz arasında əlaqələr qanun müstəvisində olsa, bundan bəzi işbazlar, monopolistlər deyil, Ukrayna və Azərbaycan xalqları qazanar.
Cənab Prezident ! Bir neçə il əvvəl monopoliya problemi ilə bağlı Gürcüstan hökumətinə elektron müraciətimə bir həftə müddətində Gürcüstan Maliyyə polisinin rəisi Biranidze rəsmi cavab vermişdi və məsələ ilə bağlı operativ tədbirlər görülmüşdü. Düşünürəm ki, Sizə ünvanladığım müraciətə Ukrayna hüquq-mühafizə orqanları diqqətlə yanaşacaq və lazımi tədbirlər görüləcək.
Dərin hörmətlə, NUH.az saytının baş redaktoru Kamran Məhərrəmli
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
