“Ramil Usubova həmin işə görə polkovnik rütbəsi verildi”
Tanınmış vəkil Adil İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı, "Qara kəmər" əməliyyatı zamanı həbs olunmuş və iki il əvvəl intihar edən Hacı Məmmədovla tanışlığından yazıb.
“Qafqazinfo” xəbər verir ki, pivə zavodunun direktorunun ölüm işi xatirəsini bölüşən vəkil elə Hacı Məmmədovla da həmin hadisə səbəbindən birlikdə işlədiklərini vurğulayıb:
“Söz vaxtına çəkər deyirlər. 1989-cu ilin sentyabr ayının 6-sı idi. Mən altı il idi ki, Azərbaycan Respublikasının Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyirdim (o vaxt vəzifə belə adlanırdı və cəmi 16 nəfər idik, bəzən bizə sadəcə vajnyak deyirdilər).
Respublika Prokuroru İlyas İsmayılov məni kabinetinə çağırdı, dedi ki, Xırdalan pivə zavodunun direktoru Fazil Şirəliyev 5 sentyabrda Fatmayı yolunda odlu silahdan açılmış atəşlə qətlə yetirilib. Göstəriş verdi ki, Abşeron rayon prokurorluğuna gedib işi icraata götür və istintaqı davam etdir”.
Vəkilin sözlərinə görə, qətl işinin ona həvalə olunmasının əsas səbəbi bu hadisəyə qədər bir neçə ölüm işi üzrə uğurlu istintaq apardığı üçün olub. Həmin dövr üçün bu sahədə ən yaxşı müstəntiqlərdən biri hesab edilirdi:
“Xırdalana gəldim, işi prokurorluqdan götürüb tanış oldum. Məlum oldu ki, 5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində naməlum şəxslər “Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyevi işdən çıxıb evinə gedərkən təqib edib və “Naqan” tipli tapançadan dörd dəfə atəş açmaqla onu qətlə yetiriblər. Hadisənin yeganə şahidi Şirəliyevin sürücüsü olub. Hadisədən sonra onu 15 sutkalıq həbs edib polis şöbəsində saxlayırlar. Mən Xırdalana gələndə Daxili işlər Nazirliyinin və prokurorluğun rəhbər işçiləri orda idilər. İş xüsusi nəzarətə götürülmüşdü.
Mərhum vaxtı ilə Mərkəzi Komitədə şöbə müdiri, Salyan rayon partiya komitəsinin 1-ci katibi vəzifələrində işləmişdi. Ölkə rəhbərliyi işin tez bir zamanda açılmasını tələb edirdi. Mən ilk növbədə sürücü ilə söhbət etdim, o bütün gördüklərini təfsilatı ilə danışdı. Maşını saxlayarkən arxadan “Jiquli” markalı maşının yaxınlaşdığını, Fazil müəllim düşəndə, həmin maşından 3 nəfərin düşüb onun arxasınca getdiklərini, bir neçə atəş səsi eşitdiyini, qorxusundan maşını sürüb hadisə yerindən qaçdığını, Jiquli gedən kimi geri qayıtdığını və direktoru maşına qoyub xəstəxanaya apardığını göstərdi. Sürücü and-aman edirdi ki, atəş açan şəxsləri tanımır və onları təsvir edə bilməz, maşının nömrəsini də görməyib, daha doğrusu deyirdi ki, nömrənin üstü nə iləsə bağlı idi(sonradan onun dedikləri təsdiqini tapdı)”.
Adil İsmayılov davamında yazır ki, həmin gün respublika prokurorunun və Daxili işlər nazirinin birgə əmri ilə istintaq - əməliyyat qrupu yaradılıb və o, qrupun rəhbəri təyin edilib. Elə Hacı Məmmədov ilə tanışlığı da oradan başlayıb:
.jpg)
“Qrupa prokurorluğun və DİN-in mərkəzi aparatının təcrübəli işçiləri, kriminalistlər, habelə Abşeron rayon prokurorluğu və polisinin bir neçə əməkdaşı daxil idi. Bu işin istintaqında kriminalist kimi Rövşən Əliyev yaxından iştirak edirdi. Qrupun üzvlərindən biri də Abşeron rayon polis idarəsinin yenicə təyin edilmiş əməliyyat üzrə müavini Hacı Məmmədov idi. Qərara alındı ki, istintaq-əməliyyat qrupunun üzvləri rayon polisinin təzəlikcə istifadəyə verilmiş binasında oturacaqlar. Şəxsən mənə isə Hacı Məmmədovun kabineti verildi. Beləliklə, təxminən bir il Hacı Məmmədovun kabinetində oturdum. Hacı çox ünsiyyətcil insan idi, onunla xoş münasibətlərim yarandı. Bu bir il ərzində Hacı ev sahibi kimi mənim və qrupun üzvlərinin qulluğunda durdu, hər sabah işə gələndə stolumun üstündə hər cürə meyvə, çərəz, bahalı konfetlər olurdu, arada zarafatla bizə görə pul qazana bilmədiyini, heç olmasa kabinetə görə ona icarə haqqı verməli olduğumu deyirdi. İşin açılmasına bir neçə gün vaxtımız getdi, sonrakı mərhələdə müqəssirlərin çoxlu sayda başqa cinayətlər törətdiyi müəyyən olunduğundan biz bir il müddətində işin istintaqını yekunlaşdırıb məhkəməyə göndərə bildik. Həmin işə görə ümumilikdə 30 nəfərə yaxın, əsas iş üzrə isə 13 nəfər məhkum olundu, onlardan 5 nəfərinə ölüm cəzası verildi.
SSRİ dağıldıqdan sonra həmin hökmlər icra olunmadı, müstəqillik dövründə isə əvvəlcə ölüm cəzasının icrasına moratorium qoyuldu, daha sonra isə ömürlük həbslə əvəz olundu. 1989-1990-cı illərdə həbs edilən həmin şəxslərdən üçü həbsdə dünyasını dəyişib, bildiyimə görə ikisi hələ də Qobustan türməsində cəza çəkir. Dəstə üzvlərinin 1976-1989-cu illərdə 13 il ərzində Azərbaycan, Gürcüstan və Rusiyanın ərazisində 7 qətl, 40-a yaxın quldurluq cinayəti törətdiyi sübuta yetirildi. Yəqin nə vaxtsa bu iş barəsində də xatirələrimi yazacam. İndi isə təkcə onu deyim ki, bu SSRİ məkanında üstü açılmış ilk sifarişli ölüm işi idi.
SSRİ Xalq deputatlarının 1989-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayında SSRİ-nin Baş Prokuroru Aleksandr Suxarev və SSRİ-nin Daxili İşlər Naziri Vadim Bakatin öz çıxışlarında bu iş barəsində xüsusi qeyd etmişdilər. 1990-cı ilin yanvarında bu iş üzrə əməliyyat qrupunun bütün üzvləri mükafatlandırıldı. Hacı Məmmədov bu işə görə “Za liçnoye mujestvo” ordeni ilə təltif edildi. Bu orden cəmi 529 nəfər SSRİ vətəndaşına verilib ki, onlardan biri Hacı Məmmədov olub. Yeri gəlmişkən, bu işə görə mükafatlandırılanlardan biri o vaxt DİN-in Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində işləyən Ramil Usubov olub. Ramil müəllimə bu işə görə polkovnik rütbəsi verildi.
Həmin işə görə istintaq qrupunun üzvlərini mükafatlandırmaq üçün məhkəmənin başa çatmasını gözləyirdilər. Məhkəmə 12 noyabr 1991-ci ildə başa çatdı, onda mən artıq prokurorluqda işləmirdim. Hacı Məmmədovla yollarımız bu işdən sonra ayrıldı, onunla ikinci görüşümüz dostum, prokuror-kriminalist Rövşən Əliyevin hüzür mərasimlərində oldu. Səhv etmirəmsə, Hacı ilə Rövşən də bir-birini məhz pivə zavodunun direktorunun ölüm işindən tanımışdılar...”
Ardı var...
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
