“Fazil Mustafanın kökü şiə olsa da, sünniliyi qəbul edib”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir.
“Qafqazinfo” xəbər verir ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a həmkarının fikirləri ilə bağlı mövqeyini açıqlayıb. Sərt danışan deputat bir neçə il öncə Fazil Mustafaya bu barədə çox cavab verdiyini söyləyib:
“ Tarixi faktlarla əsaslandırmışam ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir. Belə mövqe Fazil bəy tərəfindən doğru deyil. O, təbii ki, ziyalıdır, yüksək intellekti var, məlumatlıdır. Amma tarixçi deyil. Onda tarixi təfəkkür yoxdur. Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir. Bəlli olduğu kimi, Fazil bəy bildiyim qədəri ilə kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib. Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir. Xətai Bütöv Azərbaycan dövlətinin banisidir. Müəyyən zamanda o, hakimiyyətdə olduğu illərdə Azərbaycan dilini dövlət dili elan edib. Diplomatik yazışmalarda rəsmi dil kimi dilimizdən istifadə olunub. Bu həmin dövr üçün çox ciddi bir hadisə kimi dəyərləndirilməlidir. Onunla bağlı Oqtay Əfəndiyevin, dəyərli həmkarımız, akademik Yaqub Mahmudovun ciddi araşdırmaları var. Bunu oxumaq lazımdır. Fazil bəy əgər tarixi öyrənmək istəyirsə, həmin tədqiqatlara müraciət edib, faktları öyrənə bilər. Bu, siyasət, konyunktura deyil, tarixdir. Faktiki olaraq Fazil Mustafa Şah İsmayılın üzərinə getməklə, Azərbaycan tarixinə böhtan atmaqla kifayətlənmir, onu təhqir edir. Bu yaramaz. Dəfələrlə ona demişəm ki, dayan, etmə.
Deputat davamında qeyd edib ki, Fazil Mustafa Xətainin Azərbaycan tarixinə, xalqına vermiş olduğu töhfələrin milyonda birini həyatı boyu verə bilməz:
“Çox təəssüf edirəm ki, Niyaməddin Orduxanlı da ona qoşulub. Moskvadakı soydaşımızı tanımıram. Onun da yazısını oxudum. O, Şah İsmayıl Xətai haqqında xoş fikirlər söyləyirsə, nəyə görə onu İranla bağlamaq lazımdır? İranın bura nə dəxli var? Bu, Azərbaycanın tarixidir. Ölkəmizin ərazisinin böyük hissəsi İranın tərkibindədirsə, burada Xətainin nə günahı var ki? Nə üçün onu və yaratdığı dövləti İrana bağlamaq lazımdır? İrandakı etnosların da tərkibində olduğu böyük dövləti yaradan Şah İsmayıldan sonra Nadir Şah bu dövlətin sərhədlərini genişləndirdi. XX əsrin 20-ci illərinin əvvəllərinə qədər həmin İran ərazisində dövləti idarə edən türklər olublar. Sonradan böyük güclər türk dövlətlərinin bağlılığını qırmaq üçün İran dövlətini yaratdılar. Hazırda orada soydaşlarımızın hər addımbaşı hüquqları pozulmaqdadır. Bu dövlətlə Şah İsmayılı eyniləşdirməyin özü nadanlıqdır, savadsızlıqdır, tarixdən bixəbər olmaqdan irəli gəlir. Gedin tarixi öyrənin, lütfən”.
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
6 yanvar 2026 22:12
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
6 yanvar 2026 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
6 yanvar 2026 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
5 yanvar 2026 23:56
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
5 yanvar 2026 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
5 yanvar 2026 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
5 yanvar 2026 14:03
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
5 yanvar 2026 12:21
- Nepal Çinə ARVAD SATMAQ istəmir
4 yanvar 2026 21:23
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
