Paşinyan əsgərlərinə alt paltarı tapmır
Reportaj12 avqust 2019 20:12
Ermənistanda oğullarını Qarabağda itirmiş əsgər anaları yenidən müdafiə nazirliyi qarşısında etiraza başlayıblar. Onlar sosial durumlarının yaxşı olmamasını, oğullarına görə açılmış cinayət işlərinin ört-basdır edilməsindən şikayətləniblər. Hətta erməni qadınlardan biri belə bir ifadə işlədib: “Mən bu dövlət üçün oğlumu verdim. Bu dövlətdə işləyən mərmurlardan biri də mənə oğlunun barmağını versə, onda bu dövlətdən heç nə istəmərəm”. Görünür Paşinyan hakimiyyəti də bu cür etirazların qarşısını ala bilmədi.
Moderator.az-a açıqlamasında keçmiş korpus komandiri, tanınmış ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, erməni əsgərlərinin anaları oğullarının bizim torpaqlarda ölməsini istəmir:
“Bu kimi halların baş verməsi heç də təəccüblü deyil. Düzdü, xalq da, cəmiyyət də quldur Sarkisyanın caynaqlarında qurtularaq elə bildilər ki, Paşinyan gəlsə, bu problemlər həllini tapacaq. Gözləyirdilər ki, Paşinyan Qarabağla bağlı müəyyən bir konstruktiv addım atacaq və Ermənistanı indiki vəziyyətdən xilas edəcək. Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, anaları oğullarını itirib və onlar Sarkisyanın dövründə də tez-tez müdafiə nazirliyinin qarşısına üz tuturdular. Ancaq Paşinyanın gəlməsindən sonra da heç bir yenilik olmadı. Paşinyanın vəzifəyə gəlməsindən sonra əvvəlki illərə nisbətən, indi erməni ordusunda itkilərin sayı daha çox olub və bu da qeyri döyüş şəraitində baş verib. Erməni ordusunda nizam-intizam daha da pozulub. Ermənistanda Paşinyan gələndən sonra cəbhə bölgəsində əsgərlərin sosial durumu daha da pisləşib. Bilirsiniz ki, son zamanlar Paşinyan əsgərlərinə alt paltarı tapmaq üçün xalqa müraciət edir. Erməni əsgərləri hətta alt paltarları ilə təmin oluna bilmirlər. Paşinyan öz oğlunu Qarabağa göndərməklə istədi ki, vəziyyəti bir az nəzarət altına alsın. Amma insanları aldatmaq olmaz, əsgər anası bilir ki, sadə əsgərlə məmur oğlunun xidməti şəraiti eyni səviyyədə olmayacaq. Paşinyan bu cür ucuz papulist xəstəliyə tutulub. Cəmiyyət vəziyyətin yaxşılaşmasını gözləyir. Paşinyan gələndən Qarabağla bağlı sərt çıxışlar edib elə bildi ki, cəmiyyətin ruh yüksəkliyinə nail olacaq, amma bu baş tutmadı”.

Ş.Ramaldanov bildirib ki, erməni gənclərindən fərqli olaraq bu gün bizim gənclərimiz özləri orduda xidmət etməyə daha çox can atırlar:
“Ermənistan cəmiyyəti artıq Qarabağ məsələsindən yorulub. Ölkə başçımızın paratda çıxışı zamanı düşmənin bütün strateji obyektlərinin hədəfimiz olmasını deməsi Ermənistan cəmiyyətini ciddi narahat etdi. Erməni əsgər anaları artıq istəmir ki, oğlanları Qarabağda ölsün. Onlar deyir ki, elə oğlum öz vətənində ölsün və mən bilim ki, oğlum öz vətəni uğurunda həlak olub. İyirmi beş ildə erməni ordusunda kifayət qədər itkilər olub. Bəzən mətbuatımızda məmur övladlarının əsgəri getmək məsələsi haqda mənfi fikirlər səslənir. Mən özüm bunun şahidi olmuşam ki, tanıdığım məmurların övladları əsgər getmək üçün özləri müraciət edirlər. Əgər bir insan vətənpərvərdisə, onun qarşısını heç kim ala bilməyəcək. Torpaqlarımızın işğal edilməsi gənclərimizin içinə o qədər hopub ki, onlar bu qisas hissi ilə yaşayırlar. Ona görə də Ermənistan cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında gedən proseslər bir-birinə əks istiqamətdə gedən proseslərdir”.
Oxşar xəbərlər
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
5 fevral 2026 22:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
4 fevral 2026 11:19
- Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...
25 yanvar 2026 20:19
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 2025 14:02
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Paşinyan özünə yeni müşavir təyin etdi
8 dekabr 2025 22:47
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
