Məşhur iş adamı ilə bağlı 60 min dollarlıq qalmaqal
Hadisə14 avqust 2019 12:13

"Tanınmış iş adamı Kəbirə Məmmədova məndən aldığı 60.000 dolları qaytarmır”.
Bu haqda "Yeni Sabah”a müraciət edən iş adamı Elsevər Abdullayev bildirib ki, məsələ ilə bağlı ölkə prezidentinə də şikayət edib.
"Yaxınlarımdan borc alıb bir yerə topladığım 60.000 Amerika dollarını Kəbirə Məmmədovaya verib onunla müddətsiz müqavilə imzalayaraq hər biri 23 kvadratmetr sahəni əhatə edən 2 anbar almışdım.
Lakin Kəbirə Məmmədova mənə elə yerdən anbar vermişdi ki, ora ildə bir dəfə insan ayağı dəymirdi. Mən elə ilk günlərdən buna öz ciddi etirazımı bildirərək ya anbarların yerlərini dəyişdirməyi ya da pulumun qaytarılmasını tələb etməyə başladım. Lakin Kəbirə Məmmədova bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir”.
E. Abdullayev deyir ki, o Kəbirə Məmmədovanın qəbulunda olub və ona bildirib ki, 60.000 dolların yarısını, yəni 30.000 dollarını hər ay 500 manat verməklə hissə-hissə qaytaracaq: "Təbii ki, onun bu gülünc doğuran şərti məni razı salmadığından onunla görüşmək üçün dəfələrlə qəbuluna getmək məcburiyyətində qalmışam. Amma ya qəbul etmir, ya da qəbul edib ən nalayiq söyüşlərlə təhqir edir, həbslə hədələyir və respublikanın ən zəhmli, nüfuzlu rəhbərləri ilə dost, qohum olduğunu dilə gətirir.
Yoxsulluq, rəzalət, üstəgəl külli miqdarda borclarım, anamın, həyat yoldaşımın onkoloji xəstəlikləri, digər sosial problemlər bu yandan da Kəbirə Məmmədova”.
Ölkə rəhbərliyinə müraciət edən şikayətçi müraciətinin xüsusi nəzarətə götürülməsini, 60.000 dolları pulunun geri qaytarılmasını xahiş edib.
Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov "Yeni Sabah”a açıqlama verib. O, bildirib ki, həmin şikayətçi şəxsin probleminin həlli ilə bağlı hazırda iş aparılır: "Orada məbləğ bir qədər çox göstərilir, həmin 60 min dolları kimə verdiyi bəlli deyil. Hazırda bununla bağlı iş gedir və ona kömək etməyə çalışırıq. Yerinin dəyişdirilməsi və həmçinin pulunun geri qaytarılması təklif olunub. Yəqin ki, yaxın zamanda bu məsələ həll olunacaq”.
Oxşar xəbərlər
- “Anar Ələkbərov mənə zəng vurdu...”
10 dekabr 2019 16:45
- Naxçıvan 3-cü Dünya Müharibəsinin başlanmasına necə səbəb ola bilərdi?
10 dekabr 2019 12:28
- Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10 dekabr 2019 12:08
- Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
9 dekabr 2019 16:23
- Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı - Rəsmi açıqlama
9 dekabr 2019 16:12
- İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı
9 dekabr 2019 11:55
- İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış
9 dekabr 2019 11:23
- Erməniləri qəzəbləndirən, MK-dan töhmət alan xalq artistimiz
9 dekabr 2019 11:02
- Rusiya 1991-ci ildə Krımı nədən ilhaq etməyib? - Yeltsinin adamı açıqladı
9 dekabr 2019 10:45
- Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu
9 dekabr 2019 10:31
Xəbər lenti
- Kəmaləddin Heydərov 51 yaşlı generalı işdən çıxardı (FOTO)
10 dekabr 17:03
- Prezident İordaniya Kralı ilə işçi naharında
10 dekabr 16:56
- “Anar Ələkbərov mənə zəng vurdu...”
10 dekabr 16:45
- Azərbaycanın Xalq artisti vəfat etdi
10 dekabr 12:34
- Naxçıvan 3-cü Dünya Müharibəsinin başlanmasına necə səbəb ola bilərdi?
10 dekabr 12:28
- “Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”
10 dekabr 12:18
- Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10 dekabr 12:08
- Bakıda ticarət mərkəzi yanır
10 dekabr 10:13
- Azərbaycanlı rəssam xorvatiyalı səfirə ərə getdi - Fotolar
10 dekabr 09:58
- İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul etdi
09 dekabr 21:52
- “Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü
09 dekabr 21:39
- REAL bu dairələrdə mübarizə aparacaq - Siyahı
09 dekabr 21:19
- Vasif Talıbov da parlamenti buraxdı
09 dekabr 16:53
- Erkin Qədirli seçkiyə gedir
09 dekabr 16:44
- Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
09 dekabr 16:23
- Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı - Rəsmi açıqlama
09 dekabr 16:12
- “Azərbaycanın Mehriban siması”...
09 dekabr 15:36
- İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı
09 dekabr 11:55
- İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış
09 dekabr 11:23
- Kənd yumurtaları alarkən diqqətli olun!
09 dekabr 11:12
- Erməniləri qəzəbləndirən, MK-dan töhmət alan xalq artistimiz
09 dekabr 11:02
- Rusiya 1991-ci ildə Krımı nədən ilhaq etməyib? - Yeltsinin adamı açıqladı
09 dekabr 10:45
- Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu
09 dekabr 10:31
- Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi
09 dekabr 10:20
- Azay Quliyev namizəd olmaq üçün dairə tapa bilmir?
08 dekabr 15:21
- "Toy sahibləri toyxana mafiyasının ciblərini doldurur"
08 dekabr 15:02
- Kəskin qaraciyər çatışmazlığı - Əlamətləri, səbəbləri və müalicəsi
08 dekabr 13:39
- Laçın təhsil şöbəsinin keçmiş işçisi özünü asdı
08 dekabr 13:22
- Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video
08 dekabr 10:48
- Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi
08 dekabr 10:33
Video & Fotoqalereya
Video
Fotoqalereya