56 il öncəki Sumqayıt üsyanı
7 noyabr 1963-cü il, saat 10.00. SSRİ-nin bütün şəhərlərində olduğu kimi, Sumqayıtda da Oktaybr inqilabının ildönümü ilə bağlı şəhərin mərkəzi meydanı bayram nümayişinə hazır olub. Şəhər Partiya Komitəsinin birinci katibi Nadir Balakişiyevin göstərişi ilə müəssisə və təşkilatlardan müəyyən olunmuş sayda insanlar dəstə-dəstə meydana doğru üz tutublar. Tribunada onları şəhər rəhbərliyi salamlayıb, mikrafonla səsləndirilən şüarlar zəhmətkeşlər tərəfindən alqışlanıb.
İlk yarım saatda hər şey qaydasında gedib. Amma qəfil transpartyorları daşıyan avtomobilin meydanın mərkəzində dayanması bayram tədbirini başqa məcraya yönəldib. Həmin avtomobilin üstünə çıxan gənc oğlan İosif Stalinin portretini qaldıraraq "Yaşasın Stalin”, "Ura” deyə şüarlarla var səsi ilə qışqırmağa başlayıb. Bir göz qırpımında avtomobilin ətrafına yüzlərlə insan toplaşıb. Onların çoxunun əlində Stalinin şəkilləri olub.

Toplaşanlar Nikita Xruşovun əleyhinə hiddətli şəkildə ifadələr səsləndirməyə başlayıblar və bir neçə dəqiqə keçdikdən sonra Xruşovun meydanda quraşdırılmış böyük portretini daş-qalaq edib, portreti cıraraq ayaq altına atıblar.
Milisin hadisəyə müdaxiləsi nəticəsiz qalıb. Onlar meydanda etirazçılar tərəfindən döyülüblər. Tribunada dayanan şəhər rəhbərləri dərhal oranı tərk etmək məcburiyyətində qalıblar.
Etirazçıların sayı isə artıb, narazı kütlənin qarşısını almaq mümkün olmayıb. Onlar şəhərin küçələrinə axışaraq ərzaq dükanlarının, poçtun və digər dövlət qurumlarının inzibati binalarının şüşələrini sındırıblar.

Məsələyə aydınlıq gətirmək istəyən Sumqayıt şəhər milis şöbəsinin rəis müavini David Kidiaşvili etirazçılara yaxınlaşanda sərt təpki ilə üzləşib və fiziki təzyiqə məruz qalıb.
Hiddətləri aşıb-daşan kütlə şəhər milis şöbəsinə üz tutub. Min nəfərə yaxın insanın eyni vaxtda şöbənin qarşısında peyda olması milis əməkdaşlarını qorxuya salıb və onlar içəridən qapını bağlayıblar. Etirazçıların şöbəyə daxil olmaq ehtimalını düşünən milislər narazı kütləyə əvvəlcə xəbərdalıq ediblər, sonra isə pəncərələrdən havaya atəş açmağa başlayıblar. Bu qarşıdurma zamanı 14-15 yaşlı bir yeniyetmə güllə yarası alıb. Onu təcili xəstəxanaya çatdırıblar və həkimlər yeniyetmənin həyatını xilas edə biliblər.
Milis şəbəsinin qarşısında dayanan şöbəyə məxsus avtobus və iki motosiklet etirazçılar tərəfindən yandırılıb.
Etirazşıların bir qismi isə meydanda öz mitinqlərini davam etdiriblər. Onlar öz çıxışlarında Xruşovu lənətləyərək, onun yarıtmaz siyasəti nəticəsində sosial problemlərin burulğanında batdıqlarını qeyd ediblər.
Şahidlərin söylədiklərinə görə, məhz həmin ərəfədə SSRİ-nin digər şəhərlərində olduğu kimi Sumqayıtda da ərzaq qıtlığı yaranıb, hətta bəzən bir-iki sutka mağazalarda çörək də tapılmayıb.


Maraqlı məqamlardan biri odur ki, Sumqayıt hadisəsi ilə bağlı Azərbaycan KP MK-da keçirilən iclasda Sumqayıt qiyamının siyasi və sosial motivdə olduğu bir cümlə ilə olsun belə qeyd edilməyib. Hadisənin səbəbi bir neçə gəncin sərxoş vəziyyətdə ictimai asayişi pozmaları kimi göstərilib.
Sumqayıt hadisəsində ən yadda qalan məqam isə səhər İcraiyyə Komitəsinin sədri ilə bağlıdır. Həmin ərəfədə bu vəzifədə Azərbaycanın birinci katibi Vəli Axundovun qardaşı Kamal Axundov işləyib. Şəhərdə kifayət qədər nüfuza sahib olan Kamal Axundov hadisə başlananda şəhər rəhbərliyindən yeganə şəxs olaraq narazı kütlənin qarşısına çıxıb. Etirazçılardan biri ona yaxınlaşaraq Stalinin portretini Axundova verib və amiranə tonla ondan "Yaşasın Stalin” deməyi tələb edib. Çıxılmaz vəziyyətdə qalan Kamal Axundov "Yaşasın Stalin” deyə yaxasını etirazçılardan qurtara bilib... musavat.com
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- Pensiyalar GECİKƏCƏK
9 yanvar 2026 12:23
- Sumqayıtda zavodda partlayış oldu, yaralanan var
9 yanvar 2026 12:00
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
