Zakir Zeynalov oğlunun cinayətini etiraf etdi
“GünayBank”ın keçmiş sədr müavini, saxtakarlıq edərək bankın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalovun atası, sabiq bankir Zakir Zeynalov oğlunun törətdiyi cinayət barədə açıqlama verib.
Zakir Zeynalov “Haqqın.az”ın redaksiyasına gedərək bu haqda açıqlama verib. O, mətbuatda qeyd edildiyi kimi cinayətlə əlaqəsi olmadığını və özünün banka qarşı səsləndirdiyi ittihamları rədd etdiyini deyib. Z. Zeynalov Eminin günahının məhkəmə tərəfindən müəyyən edilməsinin vacibliyini vurğulayıb: “Ola bilər ki, oğlum günahkardır. Ancaq hesab edirəm ki, bunu ayrı-ayrı şəxslər, media yox, məhkəmə müəyyən etməlidir. Hazırda mənim üçün danışmaq çətindir. Ancaq bütün bildiklərimi hüquq-mühafizə orqanlarına və digər instansiyalara verdiyim ifadələrdə qeyd etmişəm. Çox xahiş edirəm, onlarla tanış olasınız”.
Zakir Zeynalov daha əvvəlki açıqlamalarında “Günay Bank”ı oğlunun əməlinə ortaq olmaqda ittiham etdiyinə görə təəssüfləndiyini bildirib: “Banka qarşı ittihamları oğlumun taleyindən narahatlıq keçirərək, affekt halında olarkən səsləndirmişəm. Eminin işində qanun pozuntularına yol verdiyini etiraf edirəm və inanıram ki, istintaq, məhkəmə hər şeyi obyektiv şəkildə aydınlaşdıracaq”.
Fotoda: Emin Zeynalov

Zakir Zeynalov redaksiyada olan zaman dəfələrlə öz açıqlamalarında vurğulayıb ki, oğlunun əməlləri ilə bağlı detalları öyrənəndən sonra “Günaybank”a olan bütün iddialarını tamamilə rədd edib.
Daha əvvəl Z.Zeynalov bəzi neqativ hallarla bağlı məhkəmədə açıqlama verəcəyini desə də, redaksiyanın sualına cavab vermək istəməyib. O qeyd edib ki, oğlu ilə baş verənlər sağlamlığına çox təsir edib və hazırda özünü pis hiss edir: “Bir daha deyim ki, mənim bankın sahibi Mahmud Məmmədova qarşı ünvanladığım bütün şikayətlər əsassızdır. Çünki onları bəzi mənbələrdən aldığım, daha sonra yalan olduğu aydınlaşan məlumatlara əsasən yazmışdım”.
Zeynalov “Niyə bir ata, həm də bank işində bilikli bir insan olaraq oğlunu səhvlərinə görə xəbərdar etməyib?” sualına oğlunun törətdiyi əməlin gözlənilməz olduğunu və onun bu işlə heç bir əlaqəsi olmadığı cavabını verib.
Sayt yazır ki, gənc, maddi cəhətdən çox təcrübəsi olmayan birinin bu qədər hiyləgər və geniş miqyaslı fırıldaqçılıq sxemini himayəçi olmadan həyata keçirməsi şübhəlidir.
Əlbəttə ki, bir ata kimi Zakir Zeynalovu başa düşmək mümkündür - oğluna görə üzülür və əlindən gələni edir ki, onun cəzası yüngülləşsin.
Lakin digər tərəfdən, Emin Zeynalov bir sıra maliyyə cinayətləri törədib, xeyli vətəndaşı aldadaraq külli miqdarda pul mənimsəyib.
Qeyd edək ki, istintaq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Emin Zeynalov Cinayət Məcəlləsinin 178.4 (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
