Ermənilər Laçında qədim yaşayış məskənlərini dağıdır (Fotolar
Region2 sentyabr 2019 12:16
Laçın rayonunun Mirikkəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır.
Laçın rayonunun Mirik kənd, Həkəri çayın Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə Laçın-Minkənd yolunun 40 km-də yerləşir.
Modern.az bildirir ki, Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixininin müxtəlif dövrlərini öyrənmək üçün çox maraqlı, əvəzsiz mənbədirlər.
Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli Mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır.
Ermənistanın məlum 1992-ci il işğalından sonra Mirik kəndinin adı Ermənistan hökumətinin qərarı ilə dəyişdirilərək Herik, adlandırdılar. Nədənsə 2010-cu ildən sonra kəndin adı yenidən köhnə vəziyyətinə qaytarılaraq Mirik adlandırılmağa başladı. Kəndi işğal etdikdən sonra ermənilər kəndin təqribən 50%-dən çox yaşayış evlərini söküb dağıdıblar. Bu kənddə ermənilər tərəfindən daha çox təcavüzə məruz qalan azərbaycanlı sakinlərinə məxsus məhsuldar torpaqları, fərdi təsərrüfatları və tarix mədəniyyət abidələridir.
Mirik kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə yalnız azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq, arıçılıq, heyvandarlıq və qismən də olsa toxuculuq idi.
Azərbaycanın memarlıq abidələrinin çox nadir nümunələrindən sayılan, siklop tipli memarlıq abidələrindən sayılan Mirik kəndi ərazisində böyük bir şəhərin xarabalığını xatırladanərazi elə indinin özündə də mövcudluğunu qoruyub saxlayır.
Mirik kəndinin "Kalafalıq" deyilən bu ərazisində palçıqdan istifadə edilmədən sal daşları nizamla düzərək ucaldılan siklon tipli yaşayış tikintilərinin qalıqlarının mövcudluğu tarixi baxımdan maraqlı və öyrənilməsi vacib olan qiymətli abidələrimizdəndirlər. Bu qədim yaşayış mərkəzi Mirik kəndinin 4-5 kilometr şimalından yəni Göybulaq və Sonabulağı ərazilərinin cənub ətəklərindən başlayaraq ta Mirik Qalasının zirvəsinədək uzanıb burada tamamlanır.
Ərazinin müxtəlif yerlərindən bu əraziyə gələn yolları keçilməz etmək üçün, çoxsaylı daş tullantılarının bir yerə toplanması, XVI-XVII əsr qalarının mühafizə divarlarını xatırladır.
Xatırlatmaq yerinə düşərdi ki, siklop tipli memarlıq abidələrinə Respublikamızda çox nadir hallarda rast gəlinir. Bütün bu kimi tarixi faktların mövcudluğu, Azərbaycanın digər bölgələrində olduğu kimi Laçın ərazisinin də eradan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətə keçilməsinin göstəricisidir.
Mirik kəndi ətrafında ilk insan məskənlərinin mövcudluğunu təsdiqləyən "Bayqara" ərazisindəki "Dəlikli" mağarasıdır. Mağaranın giriş qapısı tərəfdən və daxildən uçulmuş vəziyyətdə olsada özünün ecazkar görkəmini qoruyub saxlaya bilib.
"Bayqara" sözünün etnonimi Təəcüb doğuran böyük ərazi kimi mənalandırılır. Bu ad hələ bu ərazidə nə qədər sirlərin gizləndiyini göstərir. Ərazi insan yaşayışı üçün vacib olan çoxsaylı bulaqlar, meşə örtüyü, meyvə və giləmeyvə ağacları ilə zəngindir. Bu təbii şərait burada ilk insanların yaşayışını zəruri edən amillərdəndir.
Qala Mirik kəndin qərb tərəfindəki dağın zirvəsində şimala doğru uzanan dağ silsiləsinin cənub qurtaracağında dağın zirvəsində yerləşir. Qalanın inşa tarixi hələlik müəyyənləşdirilməsədə, qalanın inşaasında siklop memarlığından istifadə edilmnəsi, qalanın inşaasını tariximizin çox qədim dövrlərinə aparıb çıxarır. Qalanın uzunluğu 200 - 250 metr, eni isə 30 - 50 metrdir.
Qala 80 x 50 metr ölçüdə təqribən üç bərabər hissəyə bölünüb. Qalanın zirvəsindən kənd qəbistanlığı istiqamətdə təqribən 150 metrlik məsafədə, qalanın qərb hissəsində divarlarının qalınlığı 3 metrə çatan 7 - 8 metrlik dairəvi bir qüllə tikilib. Qüllənin arxa tərəfi qalanın zirvəsinə qədər üst-üstə yığılmış daşlarla örtülüb. Qüllənin çıxışı kiçik həcmli açıq meydançaya açılır.
Qalanın cənubunda 30 metrlik mühaafizə divarı inşa edilib. Mühfizə divarı 15 x 20 metrlik düzbucaqlı qüllə ilə tamamlanır. Buradada divarlar siklop tipli memarlıq üslubu ilə tikilib divarların hündürlüyü 3-4-5 metr, qalınlığı isə 2,5 - 3 metrdir. Qüllənin qapısı qalanın içərisində inşa edilən bir otağa açılır. Qalanın zirzəmisi, müxtəlif istiqamətlərə şaxələnən tunellərdən və müxtəlif ölçülü otaqlardan ibarətdir.
Abidə 2013-cü ildən ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılara məruz qalıb. Qazıntıları Ermənistandan göndərilən ekspedisiya tərəfindən, eləcədə İrəvan Dövlət Universitetinin Arxeologiya fakultəsinin əməkdaşları ilə birgə aparılır. Buna səbəb, keçən ilin avqust ayında ixtisasca arxeoloq olan Ermənistan vətəndaşı Arutyun Xudanyanın özbaşına apardığı qazıntı zamanı aşkar etdiyi bir qəbirdən 6 küpə (keramik qab) qızıl zinnət əşyaları və pul əskinasları tapması səbəb olub. O bu əşyaları mənimsəmək məqsədi ilə gizlətmiş, lakin sonra polisin təziqi ilə az bir qismini Ermənistan hökumətinə təhvil verib.
Bundan sonra Ermənistan hökuməti tərəfindən ərazi nəzarətə götürülərək, ekspedisiya təşkil edilib və ərazi başdan-başa qazılmağa başlanılıb.
Özünü qazıntı rəhbəri kimi təqdim edən Ermənistan Elmlər Akademiyasının Arxeologiya İnstitunun müəllimi Qaqik Sarkisyan,bu qanunsuz fəaliyyətə, elmi işçi Ayk Avetisyanı, arxeoloq Artaq Qnunini, memar Anjela Davityanı, ərazidə yerləşən hərbi hissənin əsgərlərini və kənddə məskunlaşdırılan ailələrin azyaşlı uşaqlarını cəlb edib.Tərkibdən göründüyü kimi əksəriyyəti qeyri-peşəkarlardan ibarət təşkil edilən ekspedisiya elmi tədqiqat işləri üçün deyil qarətçilik məqsədi ilə yaradılıb.
Ermənistanın bu fəaliyyətinin formasından və məzmunun nədən ibarət olmasından asılı olmayaraq, beynəlxalq qaydalara zidd olan cinayət əməlidir.
Belə ki, 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
Eyni zamanda "Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında" 1970-ci il Paris Konvensiyası və "Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında" 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Haaqa konvensiyasında, konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilib.
Ermənistan Elmlər Akademiyası Ermənistan Respublikasının tərkib hissəsi saydıqları Mirik kəndinin 3000 min illik yaşı olduğu qənaətindədirlər. Bu qanunsuz qazıntılar nəticəsində edmənilər 4,5 metr eni və 10 metr uzunluğu olan bir ərazidə Çoxlu keramika qırıqları aşkarlayıblar. Bu fakt göstərirki, ərazi qara arxeologiyanın qurbanı olub.
Ermənilərin Mirik Qalası ətrafında apardıqları qanunsuz arxeoloji qazıntılar zamanı burada bir neçə ikiotaqlı və üç otaqlı kurqanlarda aşkar ediblər. Qazıntılrla bağlı mətbuata açıqlama verən arxeoloq Artaq Qnunini maraqlı bir epizod işlətmişdir. O demişdir: - Belə çoxotaqlı qəbirlər qədim ədəbiyyatda Oğuz "evləri" adlandırılır.
Bu epizodun əhəmiyyəti ondan ibarətdir ki, ən azından bir erməni alimi, "vətən" deyib ayaq basdığı torpaqların Oğuz yurdu olduğunu etiraf etdi.
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır, Azərbaycan tarixinin çox mühüm hissəsi məhv edilir. Bu cinayətin dayandırılması üçün təcili olaraq Azərbaycanın Xarici İşlər və Mədəniyyət Nazirlikləri Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdırlar.



Oxşar xəbərlər
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
