- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
Böyük güclər arasında Ayın necə bölüşdürülməsi uğrunda yarış gedir
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilovun Oxu.Az-a müsahibəsi:
- Namiq müəllim, son tədqiqatlara görə, kainatın mənzərəsində hansı dəyişikliklər baş verir?
- Kainat dinamikdir və dəyişkənlik həmişə mövcuddur. Günəş və digər ulduzlar hamısı inkişaf edir, onlar öz təkamül yolunu keçiblər. Biz isə kainatdakı dəyişiklikləri görə bilmirik. Yerə ən yaxın ulduz Günəşdir. Günəşdə qısamüddətli partlayışlar olur, plazmalar kosmosa səpələnir. Biz belə şeyləri müşahidə edirik. Kainatdakı böyükmiqyaslı dəyişiklikləri isə mütəxəssislər müxtəlif metodlarla müşahidə edirlər. Cavan, orta yaşlı, nəhəng ulduzlar var. Ulduzlarda böyük partlayış baş verəndə onlar neytron ulduza, ya da qara dəliyə çevrilirlər. Zamana görə belə dinamik dəyişiklikləri tutmaq üçün müxtəlif yaşlı ulduzları müşahidə edirik. Vaxta görə qlobal miqyasda kainatda nələrin baş verdiyini analiz edirik.
- Bir tərəfdən qeyd edirik ki, kainat sürətlə genişlənir. Digər tərəfdən isə Süd yolu qalaktikası ilə Andromeda qalaktikası bir-birinə yaxınlaşır. Kainatın təcillə genişləndiyi bir zamanda bu qalaktikalar necə bir-birinə yaxınlaşır?
- Bəzən alimlər də təsəvvür edə bilmirlər ki, kainat işıq sürətinə yaxın bir sürətlə genişləndiyi halda Süd yolu və Andromeda qalaktikaları necə bir-birinə sürətlə yaxınlaşır. Günəş doğulanda bu qalaktikalar arasında məsafə indikindən iki dəfə çox olub – iki milyon işıq ili. Baryon maddəsindən söhbət gedirsə, Eynşteynin nisbilik nəzəriyyəsinə görə, işıqdan sürətli şey yoxdur. Qalaktikaların sürətlə bir-birinə yaxınlaşdığını necə başa düşək? Kainat qalaktikalar, qalaktikalararası mühitdən ibarətdir. Qalaktikada hər bir cismin özünəməxsus hərəkəti var. Gəlin, belə təsəvvür edək. Şarın üzərinə nöqtələr qoyaq və onu şişirək. Fərz edək ki, həmin nöqtələr qalaktikalardır. Şar şişdikcə o nöqtələr bir-birindən uzaqlaşacaq. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, həmin nöqtələr bir-birinə qarşı hərəkət də edə bilərlər. Başqa bir misal çəkim. Tutaq ki, adi rezindir, üstündə də iki qarışqa var. Biz rezini dartsaq da, həmin qarışqalar bir-birinə yaxınlaşmağa çalışır. Deməli, zaman genişlənir, amma bunlar bir-birinə doğru hərəkət edirlər.
- Yerdəki zamanla kainatdakı zaman fərqlidir. Sadə şəkildə izah edin, bu fərqi yaradan nədir?
- Fərqi yaradan böyük sürətdir. Sürət işıq sürətinə yaxınlaşdıqca Nyuton mexanikası Eynşteynin nəzəriyyəsinə keçir. Cismin hərəkəti işıq sürətinə yaxınlaşdıqca, onda axan zaman sükunət zamanından fərqlənir.
- Eynşteyn öncə xüsusi nisbilik nəzəriyyəsini irəli sürdü. Üstündən bir neçə il sonra isə ümumi nisbilik nəzəriyyəsini yaratdı. Nisbilik nəzəriyyəsi dedikdə, çoxları bunu hər şeyin nisbi olduğu anlamı verdiyini başa düşür. Halbuki bu nəzəriyyələrdə daha böyük postulatlar var. Məsələn, ümumi nisbilik nəzəriyyəsində göstərilib ki, işıq Günəşin yaxınlığından keçdikdə əyilməyə məruz qalır. İstərdim, bu nəzəriyyələri sadə, hamının başa düşəcəyi dildə anladasınız.
- Xüsusi nisbilik nəzəriyyəsində göstərilir ki, işıq sürəti artdıqca, zaman gecikir. Ümumi nisbilik nəzəriyyəsində isə zaman, məkan və hərəkətin nisbiliyindən söhbət gedir. Genişlənən materiyada zamanın axıcılığı da dəyişir. Bunları bir-birinə bilavasitə bağlayan qravitasiyadır. Böyük kütlə və böyük qravitasiya olduqca, bu, fotonların da hərəkətinə təsir edir. Fotonlar ona görə əyilir ki, məkanın özü əyilir. Ümumi nisbilik nəzəriyyəsində zamanın və məkanın bir-birilə bağlılığı, qravitasiya isə bu bağlılığın əyilmə xarakteristikasıdır.
- Nisbilik nəzəriyyəsində müşahidəçi də vacib amildir. Bunu necə anlayaq, kainat müşahidəçiyə görə dəyişir?
- Biz elə hiss edirik ki, həmişə kainatın mərkəzindəyik. Çünki hər şey bir-birinə simmetrikdir. Kainatın hansı tərəfində olsan, görürsən ki, müşahidə etdiklərimiz bizlə simmetrikdir. Belə olan məqamda zaman axarını da özünə nisbətdə təyin edir.
- Kainatda güclü qravitasiyaya malik, hətta işığı uda bilən qara dəliklər mövcuddur. Digər tərəfdən, güclü itələmə qüvvəsi ilə kainat genişlənir. Kainatda hansı daha güclüdür: Genişlənmə, yoxsa qravitasiya?
- Elə qara dəlik var ki, kütləsi 100 milyon Günəş kütləsinə bərabərdir. Əsas kütlə mərkəzdədirsə, genişlənmə sonda tormozlanır. Sonrsa isə geriyə kollaps olunmalıdır. Kainatın genişlənməsi faktı bəlli olduqdan sonra ortaya çıxdı ki, kainatda qravitasiyanın əleyhinə işləyən bir qüvvə mövcuddur. Buna qara enerji deyirlər. Qara enerji haqqında təsəvvür yoxdur. Sadəcə, fərz olunur ki, qara enerji vakuumun müəyyən bir tipidir. Görünür, hazırda balans qara enerjinin xeyrinədir. Ona görə də kainat genişlənir. Bəs genişlənib sonda nə olacaq?
Eynşteynin nəzəriyyəsinə görə, kainatın orta sıxlığı kritik sıxlıqdan böyük olsa, genişlənmə həmişə davam edəcək. Kiçik olanda isə qravitasiya ilə qara enerji arasında balans yaranacaq və qravitasiya geriyə doğru qaytarmağa başlayacaq. Bunların hansının baş verəcəyi isə bilinmir. Ona görə ki, ortaya qara maddə söhbəti çıxıb. Sübut olunub ki, qalaktikaların kənarında, qalaktikalararası və ulduzlararası mühitdə böyük miqdarda görünməyən maddə var. Bu da, yəni qara maddə qravitasiya xarakterlidir. Amma hansı elementar zərrəciklərdən ibarət olduğunu bilmirik. Bu problem həll olunandan sonra kainatın kritik kütləsinin az və ya çox olduğunu dəqiq deyə biləcəyik. Qara maddənin tərkibinin əsasını, böyük ehtimalla, neytrino təşkil edir. - Yaşayış olan digər planetlərin axtarışları aktual problemlərdən birinə çevrilib. Bu, mümkün olacaqmı? - Astrofizikada ekzoplanetlərin axtarışları çox maraqlı sahələrdən biridir. Bundan ötrü böyük teleskoplar qururlar. Bu teleskopların əsas missiyalarından biri ekzoplanetlərin axtarışlarıdır. Ekzoplanet elə bir vəziyyətdə olmalıdır ki, ana ulduza çox yaxın və çox uzaq məsafədə yerləşməsin. Belə obyektlər çox tapılıb. Amma bu məkanlarda spektri müşahidə edərkən baxırlar ki, orada Yer atmosferinə oxşar kimyəvi tərkib var, ya yox. Yoxdursa fərz olunur ki, Yerdəki kimi orada yaşayış mövcud ola bilməz.
- Marsda da insan koloniyası yaratmaq ideyaları var. Praktiki olaraq başqa planetlərdə insan koloniyaları salmaq mümkündürmü?
- Hazırda bütün diqqət Aya yönəlib. ABŞ, Rusiya, Çin, Hindistan, Braziliya bu məsələdə rəqibdirlər. Hazırda böyük güclər arasında Ayın necə bölüşdürülməsi uğrunda yarış gedir. Mars isə uzaqdır. Marsa gedib orada koloniya yaratmaq çətindir. Fərz olunur ki, Ayda Yerdəki kimi atmosfer, dənizlər, okeanlar olub. Yaşayışın olması üçün su və buxarlanma olmalıdır. Yupiterin ətrafında da kifayət qədər böyük peyklər var, onlarda da həyat axtarılır. O, göy cisimlərində ki maqnit sahəsi yoxdur, orada həyat axtarmaq mənasızdır. Yerin maqnit sahəsi nə qədər balaca olsa da, bu, çox vacibdir. Bir anlığa fərz edək ki, Yerin maqnit sahəsi yoxdur. Bu zaman bir an içində Yerdə həyat məhv olar. Günəşin cod şüalanması bir an içərisində suyu da buxarlandırar və bütün ekosistemi məhv edər. Yeri kosmik fəlakətlərdən qoruyan ilkin olaraq onun maqnit sahəsidir. Ehtimal edilir ki, vaxtilə Marsda da güclü maqnit sahəsi olub. Orada digər göstəricilər də deməyə əsas verir ki, Yerə uyğun yaşayış olub. Hətta belə fərziyyə də var ki, Yerə həyat Marsdan gəlib.
- Niyə böyük güclər Ayda yaşayış üçün şərait mövcud olmadığı halda oranı bölüşdürmək istəyirlər?
- Ay uğrunda mübarizənin səbəbləri barədə çox yerdə yazılmır. Ayda helium-3 izotopu var. Günəşdən günəş küləyi vasitəsilə helium-3 izotopu gəlir və Ayda torpağa qarışır. Milyard il ərzində isə konsentrasiyası çoxalır. Yerə gələn helium-3 izotopları isə atmosferdə əriyib gedir. Helium-3 niyə vacibdir?
Helium-3 izotopu nüvə reaksiyalarının idarə olunması üçün əsas vacib komponentlərdəndir. Yerdə isə helim-3 izotopunu almaq çox baha başa gəlir. Ona görə də istəyirlər ki, Aya getsinlər, orada helium-3 izotopunu istehsal edib Yerə göndərsinlər. Yerdə kimdə helium-3 izotopu çoxdursa, o, energetika nöqteyi-nəzərdən hegemondur.
- Yerdən ən uzaq qalaktika 13 milyard işıq ili məsafədədir. Hələlik bilinən budur. Bu, kainatın son nöqtəsidirmi?
- Həmin qalaktikadan o tərəfə nələrin olması bizə məlum deyil. Yəni biz o qalaktikaya baxsaq, 13 milyard il əvvəli görəcəyik. Andromeda qalaktikasından Yerə 8-10 işıq ilinə bizə işıq gəlir. Yəni Andromedada 10 işıq ili qabaqkı vəziyyəti görürük. Biz işığı görürük, amma vəziyyət orada tamamilə başqa cürdür. Texnologiya inkişaf etdikcə, gördüyümüz məsafə də böyüyəcək.
- Elementar zərrəciklər səviyyəsində hər bir maddənin anti-maddəsi var. Məsələn, protonun anti-maddəsi pozitrondur. Maddə ilə anti-maddə toqquşanda ikisi də yox olur. Belə fikirlər mövcuddur ki, insanın da anti-maddəsi mövcuddur. Biz insanların anti-maddəsi tapılsa, taleyimiz necə olacaq?
- Ümumi nisbilik nəzəriyyəsinin bəzi postulatları hələ də öz təsdiqini tapa bilməyib. Onlardan biri də budur ki, anti-maddə niyə yoxa çıxıb. Fərz olunur ki, haradasa anti-maddə var, amma onlar arasında maddənin xeyrinə daha güclü fərq, assimetriya var. Maddə ilə anti-maddə fərz edək ki, bir-birinə yaxınlaşmır, əksinə uzaqlaşır. Bu zaman sual olunur, baryon varsa, anti-baryonlar haradadır? İnsan da baryon maddədən əmələ gəlib. Onların da anti-hissəcikləri olmadığına görə, anti-adam da yoxdur. "Anti-zərrəciklər hara yoxa çıxıb" sualı ortaya çıxandan sonra, siz verdiyiniz sual da avtomatik cavabını tapacaq. Bayaq qara maddədən söz açdıq. Ola bilsin ki, qara maddənin tərkibi elə anti-zərrəciklərdən ibarətdir. - Qara dəliklər alternativ kainatlara yol hesab etmək olarmı?
- Fizika elmində fundamental sabitlər var. Eynşteynin nəzəriyyəsinə görə, işığın sürətini cüzi dəyişdirəndə tamam başqa kainat alınacaq. Mümkündür ki, işıq sürətinin misilləri və buna uyğun da özlərinin kainatları var. Nəzəri olaraq sübut olunur ki, paralel kainatlar və onların arasında informasiya mübadiləsi üçün keçidlər mövcuddur. Qara dəliyin alternativ kainata yol olmasını sübut etmək isə çox çətindir. Paralel dünyanın olmasını sübut etmək texnologiyanın inkişafından asılıdır.
- İqlim dəyişikliklərinin gələcəkdə törədəcəyi fəsadlarla bağlı həyəcanlı proqnozlar verilir. "Dünyanı su basacaq, Yer məhv olacaq" kimi fikirlər irəli sürülür. Mən istərdim ki, siz bu mövzuda hissi yox, daha elmi və məntiqli arqumentlə çıxış edəsiniz.
- Bu sahə birbaşa mənim maraq dairəmdədir. Günəşdə olan proseslər və onun Yerə qlobal təsirini araşdırmağa çalışıram. Yerin son buzlaşma dövrü təxminən 10 min il bundan əvvələ düşür. Buzlaşma periodları milyon illərlə olur. Onların arasında istiləşmə vaxtları isə 10-20 min il arasında dəyişir. Yerdə iqlimin qlobal dəyişməsinin səbəbləri çoxdur. O cümlədən, insan fəaliyyəti, Ayın Yerdən aralandıqca, onun fırlanma oxunun meyilliliyinin dəyişməsi, materiklərin sürüşməsi və sair iqlim dəyişikliyi yaradır. Eksperimentlərdə isə bəzən elə məsələlər ortaya çıxır ki, onlar Yerin geofiziki səbəbləri ilə heç cür izah oluna bilməz. Söhbət iqlimdə bir neçə minillik dəyişmə periodundan gedir. Arxeoloji qazıntılardan C-14 (karbon-14) izotopları vasitəsilə ilə informasiyalar almaq olur. Qalaktikadan gələn yüksək enerjili hissəciklər atmosferə təsir edir və Yerə çökür. Biz onları ölçməklə Yerin iqliminin tarixi haqqında fikir irəli sürürük. İzah olunmayan ən maraqlı məqam bir neçə minillik perioddur. Şəxsən mən, kanadalı, almaniyalı və rusiyalı alimlər bir yerə yığışıb ideya irəli sürmüşük. İdeya bundan ibarətdir ki, Günəşin daxilində differensial fırlanmadan vixirlər meydana gəlir. Onlar tədricən Günəşdən ətrafa şüalanan inteqral enerjinin minillik periodunu dəyişirlər. Bu periodların kökünü Günəşdə tapmışıq. Belə ki, Günəşdən Yerə gələn istilik bir neçə min il periodla həm arta, həm də azala bilər. Yerə gələn inteqral enerjinin çox cüzi dəyişməsi iqlim dəyişikliyinə gətirib çıxarır.
- Yaxın dövr üçün proqnozunuz nədir?
- Hesab edirəm ki, müasir qlobal istiləşmə minillik hadisələrin tərkib hissəsidir. Bizim proqnozlara görə, istiləşmə 2050-2060-cı illərə qədər tədricən artacaq. Sonra isə uzun illər ərzində dayanma olacaq və yenidən öz vəziyyətinə qayıdacaq. İndiki qlobal istiləşmə insan fəaliyyəti ilə yox, Günəşdə gedən proseslərlə bağlıdır.
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 21:21
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 12:56