Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında
09 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Mehdi-zadə Samir Ramiz oğlunun cavabdehlər: 1. "Təhsil Şurası" İctimai Birliyinə, 2. Əli-zadə Hikmət Abdul oğluna, 3. Əsgərov Şaiq Əhəd oğluna, 4. Axundova Sevda Hidayət qızına və üçüncü şəxsə - Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı "Ümumi Yığıncağın 16.02.2019-cu il tarixli protokolunun və yekun qərarının etibarsız hesab edilməsinə dair" iddiasına baxış keçirildi.
Məhkəmə iclasına keçməzdən öncə qısa məlumat üçün qeyd edək ki, təməli 21 il öncə - 1998-ci ildə, Azərbaycan Müəllimlərinin 11-ci qurultayında qoyulan "Təhsil Şurası" İctimai Birliyi ( TŞ İB ) Ümummilli Lider Heydər Əliyevin tövsiyə və təşəbbüsü ilə yaradılmışdır. Birlik 25.05.2001-ci ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Onu da qeyd edək ki, iddiada adı keçən cavabdehlər - Əli-zadə Hikmət Abdul oğlu TŞ-nin yeni sədri, Əsgərov Şaiq Əhəd oğlu TŞ sədrinin müavini, Axundova Sevda Hidayət qızı isə TŞ-nin yeni katibidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Mehdi-zadə Samir Ramiz oğlu sədrin, sədr müavinlərinin, katibin, ümumiyyətlə, Ümumi Yığıncağın saxta olduğunu, yığıncaqda iştirak edən şəxslərin çoxunun TŞ üzvü olmadığını və nəticələrin ləğv olunmasını tələb edir.Qısa zəruri məlumatdan sonra məhkəmə iclasının gedişatına nəzər salaq. Məhkəmə iclasında hakim Mədinə Bağırova cavabdehlərdən biri - "Təhsil Şurası" İB-nin nümayəndəsinin nə üçün məhkəmədə iştirak etmədiyini soruşsa da cavab tapılmadı. Məhkəmə prosesində Təhsil Şurası ilə bağlı hakimin, Samir Mehdi-zadənin və onun vəkilinin suallarına kimsə cavab verə bilmədi. Ona görə də hakim Mədinə Bağırova növbəti iclasda Təhsil Şurasının nümayəndəsinin iştirak etməsinin vacibliyini xüsusi olaraq qeyd etdi. İclasın gedişində növbəti cavabdeh - TŞ-nin katibi Sevda Axundovanın iclasda üzrsüz səbəbdən iştirak etmədiyi məlum oldu. Hakim Sevda Axundovanın telefon nömrəsini digər cavabdehlərdən - TŞ-nin sədrindən, TŞ sədrinin müavinindən soruşsa da, hər iki şəxs Sevda Axundovanın telefon nömrəsini bilmədiklərini dedilər. Hakim təəccüblə "Siz sədr, müavin, həmin xanım isə TŞ-nin katibidir, siz onun telefon nömrəsini necə bilmirsiniz?" soruşanda, TŞ-nin sədr müavini Şaiq Əsgərov "Mən onun sifətini iclasda bircə dəfə görmüşəm, hardan bilim nömrəsini?" cavabını verdi. Hakim TŞ-nin sədri Hikmət Əlizadəyə eyni sualı ünvanladı. Sədr də katibin telefon nömrəsini bilmədiyini dedi. Təkcə bu epizod onu göstərirdi ki, TŞ-nin sonuncu "qurultay"ı, yəni Ümumi Yığıncağı gurultulu, yəni “basməmmədi” şəraitində keçib. Yəni heç kim bir-birini tanımır. Bu, həqiqətən də rüsvayçılıqdır. Məhkəmənin gedişində TŞ-nin sədr müavini Şaiq Əsgərov bildirdi ki, “Ümumi Yığıncağın nümayəndələrini yığa bilmirdik. Ona görə də biz Təhsil Nazirliyinə çıxdıq ki, rayondakı nümayəndələrə ezamiyyət verin, onlar yığıncaqda iştirak etsin". Bu məsələ də ciddi şəkildə araşdırılmalıdır. 16.02.2019-cu il tarixli qanunsuz iclasın təşkilatçılarının Şuranın qanuni üzvləri ilə əlaqələrinin olmaması, üzvləri tanımamaları onların Şurada formal olaraq təmsil olunduqlarının sübut edir. Məhkəmənin gedişatında iddiaçı Samir Mehdi-zadənin və onun vəkilinin suallarına ancaq sədr müavini Şaiq Əsgərov nağılvari cavablar verirdi, konkret heç bir sənəd və sübut ortaya qoya bilmirdi. Hakimin hər sualına "Bizə vaxt verin..." deməklə kifayətlənirdi. TŞ sədri isə ağzına su almış kimi bütün iclas boyu ancaq "düşünürdü". Məhkəmə prosesinin gedişində hiss olunurdu ki, sədri və müavini TŞ-nin Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Arif İbrahimov idarə edir. Bir sözlə, məhkəmə prosesində açıq-aydın hiss olunurdu ki, qarşı tərəf, yəni cavabdehlər saxta yolla keçirdikləri tədbirin məsuliyyətini, saxta sənədlərlə dövlət qurumlarını aldatdıqlarını hiss etməyə başlayıblar. Ona görə də TŞ-nin sədri səsini çıxartmır, TŞ-nin xanım katibi iclasa gəlib biabır olmaq istəmir. TŞ-nin sədr müavini, Dövlət İqtisad Universitetinin prorektoru olan Şaiq Əsgərov isə məhkəmədə açıq şəkildə dedi ki, “Mən sədr müavini olmaq istəmirəm. Burda bir qəpik pul yox, para yox, maliyyə yox və s." Əlbəttə, son sözü məhkəmə deyəcək. Amma tam əminliklə qeyd edim ki, nəticədən asılı olmayaraq, bu məsələ əsl komediya mövzusudur. Bu komediyada iştirak edən bütün personajlarla cəmiyyəti tanış edəcəyik. NUH.az
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 2026 20:34
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 2026 21:12
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi (FOTO)
9 aprel 2026 12:07
- Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi (FOTO)
8 aprel 2026 19:35
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Mətləb Mütəllimli vəfat etdi
8 aprel 2026 00:28
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
7 aprel 2026 21:19
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
7 aprel 2026 12:49
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
