Ağdamlı "Əbu Qaaqa" Bakıdan İŞİD-i necə maliyyələşdirirdi?
Reportaj15 sentyabr 2019 10:09

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən 29 yaşlı Sahil İbrahimov, 28 yaşlı İlqar Ağayev və 27 yaşlı Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxslər Azərbaycandan yarım milyon manatdan çox vəsait toplayıb Suriyaya göndəriblər. Belə ki, təqsidləndirilən Sahil İbrahimovun qardaşı Samir İbrahimov Suriyadakı gedən döyüşlərdə iştirak edib. O, Suriyada olduğu müddətdə Azərbaycanda olan, əhli-sünnə məzhəbinin sələfi təriqəti üzrə ibadət edən şəxslərlə müntəzəm olaraq əlaqə saxlayıb. Bildirib ki, Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlıların ölkədə və xaricdə yaşayan yaxınlarıyla, eyni təriqətdən olan şəxslərlə əlaqə saxlasınlar, onların göndərdikləri pulları yığıb Suriyaya yollasınlar.
Pullar xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradansa Suriyaya göndərilib. Pul göndərişləri əsasən banklar vasitəsilə həyata keçirilib. 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manat, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə birlikdə yenə 135 min dollar pul göndəriblər.
Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.
"Pulları imkansız şəxslərə paylamaq üçün "Abu Qaaqa” ya vermişdim”
Təqsirləndirilən Sahil İbrahimov istintaqa verdiyi ifadəsində terrorçuluğun maliyyələşməsində iştirakını inkar edib. Deyib ki, Suriyada silahlı münaqişlərdə iştirak edən qardaşı Samirin xahişi ilə 2017-ci ilin oktyabrından 2018-ci ilin ortalarınadək olan müddətdə yalnız ona olan borcları, eləcə də sədəqə pulu yığıb. Toplanan pulların bir hissəsini ailəsinin maddi ehtiyaclarına xərcləyib, bir hissəsini rayonda yaşayan tanımadığı şəxsin müalicəsi üçün göndərib, bir hissəsini isə imkansız şəxslərə paylanması üçün "Abu Qaaqa” ləqəbli İlqar Ağayevə verib.
Yuxudan oyananda arvadını yanında tapmayıb?
S.İbrahimovun ifadəsindən belə məlum olub ki, qardaşı "Abu İbrahim” ləqəbli Samir İbrahimov 2016-cı ilin yayında həyat yoldaşı Həbibə ilə birgə Türkiyəyə istirahətə yollanıb. Orada olduqları vaxt qardaşı arvadı eyni əqidə üzrə ibadət edən qadınlarla qoşularaq Samirdən xəbərsiz Suriyaya qaçıb. Samir yuxudan oyananda arvadının "məni axtarma, mən getdim” məzmunlu məktubunu tapıb. Bundan sonra Bakıya qayıdıb hadisəni ailə üzvlərinə danışıb. Həbibə getdikdən 4 ay sonra İraqın Bağdad şəhərində olması ilə bağlı üç qızla bigə şəkil çəkib anasına göndərib və narahat olmamasını deyib.
Qaraçuxur qəsəbəsində kirayə yaşayan "Abu İbrahim” 2017-ci ilin aprelində iki azyaşlı uşağını qardaşının ailəsinə verib, özü də Suriyaya yollanıb. Ailə üzvlərinə zəng vuraraq İŞİD-in tərkibində olduğunu deyib: "Samir Suriyaya getməmişdən əvvəl Qaraçuxurda geyim əşyaları, kompüter, telefon və ətir satışı ilə məşğul olurdu. Ona olan borc pullar da həmin əşyaların nisyə satışından qalmışdı. Həmin pulları və tanışlarının verdiyi sədəqələri yanımızda qoyub getdiyi uşaqlarına xərcləməyimi xahiş etmişdi. Həbs olunan vaxta qədər Samirə borclu olanlar və sədəqə vermək istəyənlər mənimlə əlaqə saxlayırdılar”.
"Döyüşən qardaşlara kömək məqsədilə getmişdi...”
Təqsirləndirilən Ağdam rayon sakini, "Abu Qaaqa” ləqəbli İlqar Ağayev isə ifadəsində 2012-ci ildən İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini deyib. "Abu İbrahim”lə 2015-ci ildə "Şuşa” kafesində tanış olduqlarını bildirib, aralarında dostluq yarandığını, bir il sonra sonuncunun Suriyaya getdiyini öyrəndiyini göstərib: "Samir mənimlə "Teleqram” messenceri ilə əlaqə saxlayırdı. İŞİD-in tərkibində döyüşdüyünü, döyüşən qardaşlara kömək məqsədilə gəldiyini deyirdi”.
"Abu Qaaqa” ifadəsində göstərib ki, 2017-ci ilin avqustunda "Abu İbrahim” ona İŞİD-ə qoşulan bacı və qardaşlara kömək lazım olduğunu bildirib. Həmin şəxslərin Azərbaycanda yaşayan qohumlarından pul toplamağı, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrı şəxslər tərəfindən eyni məqsədlə adlarına pul göndəriləcək etibarlı şəxslər tapmağı tapmağı xahiş edib.
"Sahillə birgə toplayacağımız pulları Maksim adlı şəxsə verməyimizi xahiş etdi. Maksim də pulları İstanbulda yaşayan Cuneyt adlı şəxs tərəfindən Suriyaya çatdıracağını deyirdi. Etiraz etmədim. Samirin adından zəng vuran şəxslərlə görüşüb pulları alıb Maksimə verirdim. Maksim də Cuneytə göndərir, sonuncu da Samirə çatdırırdı. Pulların orada kimə veriləcəyini isə yalnız Samir bilirdi”,-ağdamlı cihadçı "Əbu Qaaqa” deyib.
20 min dollar verməsəydi başı kəsiləcəkdi?
Təqsirləndirilən Namiq Məmmədov da ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində "Abu Qaaqa”nı "Ləzgi” məscidində ibadət etdiyi vaxtlardan tanıdığını deyib.
N.Məmmədovun ifadəsinə görə, ötən ilin mayında "Abu Qaaqa” ilə təsadüfən kafedə rastlaşıb. Söhbət əsnasında İ.Ağayev ona razılıq verəcəyi təqdirdə İŞİD-in tərkibində döyüşmüş və Türkiyədə məskunlaşmış maddi cəhətdən çətinlik çəkən əqidə yoldaşlarına və onların ailə üzvlərinə çatdırılması məqsədilə xarici ölkələrdən adına pul göndərilməsini, həmin pulları bankdan qəbul edib ona çatdırmağı təklif edib: "Əqidə yoldaşlarıma kömək edilməyi özümə borc bildiyim üçün bu təkliflə razılaşdım”.
İstintaq zamanı məlum olub ki, "Abu İbrahim”in anası Rübabə İbrahimova müxtəlif şəxslərdən yığılan 20 min dollar pulu Türkiyədə yaşayan Cuneyt adlı şəxsə çatdırmaq üçün İstanbula gedib, həmin gün də avtobusla geri qayıdıb: "Samir dedi ki, bu məbləğ ona çatmayacağı təqdirdə edam olunacaq. Ona görə də bu pulu Türkiyəyə şəxsən özüm apardım”.
"Dedi ki, Məşhədə getsən, kafir olacaqsan”
Şahid qismində dindirilən İldız Kərimova ifadəsində Rusiyada yaşayan nəvəsi Eminin Suriyaya getdiyini və orada döyüşlərdə öldüyünü göstərib: "Emin hərbi xidmətdən qayıdandan sonra dini baxışlarında dəyişiklik olduğunu hiss etmişdim. Telefonda danışanda dedim ki, bala, Məşhəd ziyarətinə getməyə hazırlaşıram. Dedi ki, oraya getmə, əgər bu ziyarətə getsən kafir olacaqsan. Bir müddət sonra Eminin Suriyaya getdiyini öyrəndim. 2015-ci ildə Emin orada öldü, arvadı və iki azyaşlı uşağı Rakka şəhərində qaldı. Ötən ilin mayında gəlinim zəng vurub Eminin ailəsinə pul çatdırmaq lazım olduğunu dedi. Həmin şəxsin mənimlə əlaqə saxlayacağını söylədi. "Abu İbrahim" ləqəbli bir nəfər zəng vurub dedi ki, Eminin arvadı Rozaya çatacaq pulu "28 May” metrostansiya”sının yaxınlığında bir qadın gələcək, ona vermək lazımdır. Həmin qadına (R.İbrahimovanı nəzərdə tutur-red.) 1100 dollar verdim”.
Atası öldürülən, əri edam olunan azərbaycanlı qadın
Şahid ifadələri arasında diqqət çəkənlərdən biri də Səma Əlisoyun ifadəsidir. Dindar ailəsində doğulduğunu deyən Səma 12-13 yaşlarından ibadətlə məşğul olub, atası İntiqam Əlisoy 2012-ci ildən Suriyaya gedərək İŞİD-ə qoşulub, bir müddət "Azəri camaatı”na rəhbərlik edib.
2017-ci ildə Suriyada bombardman nəticəsində həlak olub. Səma milliyyətcə tatar olan həyat yoldaşı Rəşid Bərqubəyovun təkidi və atasının tələbi ilə 2015-ci ildə Suriyada xilafət elan olunduqda Hələb şəhərinə köçüb.
Hələbə köçəndən sonra əri silahlı dəstələrə qoşulub. 2017-ci ildə atasının ölüm xəbərinə eşidib. Əri isə "Cəbhətül-Nusra” tərəfindən əsir götürülüb. Suriyadan çıxmaq istəyərkən hərbçilər tərəfindən saxlanılıb. 2017-ci ilin dekabrında ərinin edam xəbərini eşidib. 2018-ci ildə Türkiyə əsgərləri tərəfindən azad olunub və rəsmi qaydada Azərbaycana təhvil verilib.
"Maddi vəziyyətim çox ağır idi. Rəşidlə əlaqələr kəsilmişdi. Onun telefonunu yaddaşında olan Vaqid adlı şəxsə yazıb dedim ki, Rəşidin yoldaşıyam, atam öldürülüb, iki uşaqla ortalıqda qalmışam, mənə köməklik edin. Vaqif köməklik edəcəyinə söz verdi. 2017-ci ilin yayından 2018-ci ilin iyununadək "Abu İbrahim” adlı şəxs vasitəsilə mənə hər 3 aydan bir orta hesabla 300 dollar göndərilib. Həmin pulları uşaqlarıma və maddi ehtiyaclarıma sərf etmişəm”,-qadın ifadəsində deyib.
Cihadçıların Azərbaycandan ianələr toplanması yolu ilə maliyyələşdirilməsi işi ilk dəfədir məhkəmədə araşdırılır. Məhkəmə prosesinin gedişində həmin "Əbu Qaaqa” özünü ağlını itirmiş kimi göstərir və topla oynayır, adekvat cavablar vermir.
Xatırladaq ki, Azərbaycandan yüzlərlə, hətta bəzi məlumatlara görə bir neçə min radikal dini ekstremist İŞİD-ə qoşulmuşdu və Suriyada, İraqda gedən döyüşlərdə iştirak edirdi. Onların əksəriyyəti öldürülüb, bir qismi geri qayıdandan sonra Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilib və məhkəmələr onların barəsində uzunmüddətli həbs cəzaları verib. Bir qismi isə hələ də İŞİD-in qalıqlarının sıralarında yer almaqdadır.
Oxşar xəbərlər
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 2025 22:04
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 2025 11:03
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 2025 01:02
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 2025 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 2025 11:14
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
Xəbər lenti
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
Video & Fotoqalereya
Video
Fotoqalereya