
Bu da həbsdən çıxan aparat rəhbərinin restoranı (FOTOLAR)
Region18 sentyabr 2019 12:13
Şamaxının Məlhəm kəndində onu tanımayan yoxdur. Kimdən soraq alırsan ki, "Rabitə Nazirliyinin (qısa adı belədir-müəlliflər) sabiq aparat rəhbəri Vidadi Zeynalovun yeri haradadır”, dərhal əlini uzadaraq ünvanı göstərir.
Bu kənd Şamaxının mərkəzindən çox da uzaq deyil. Cəmi 10 kilometr yol qət edərək Məlhəmə çatırsan.
Məlhəm Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada saysız alimlər, şairlər və elm adamları dünyaya gəlib.
Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur.
Yeri gəlmişkən, kənd Azərbaycanda tanınmış bir yerdir. Məşhur "Bəyin oğurlanması” filmində toy səhnələri Məlhəmdə çəkilib. Amma bizi bura gətirən səbəb nə kinodur, nə də toy...
Səbəbi neçə gündür ki, saytlarda dolaşan xəbər başlıqlarıdır.
KİV yazır ki, Vidadi Zeynalov Məlhəmdə eyniadlı restoran açıb.
Özü də unikal.org-a bildirib ki, restoran işlədir: "Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki?! Taxıl da əkirəm”.
Sonra başqa bir saytda açıqlamanı təkzib eləmişdi, "Məlhəm” restoranının administratoru isə obyektin məşhur restoranların sahibi olan Tahir Nadirliyə məxsus olduğunu açıqlamışdı. Elə bu dolaşıq məlumatları, açıqlamaları yerindəcə araşdırmaq niyyəti ilə Məlhəm kəndinə yol aldıq. Və bütün qarmaqarışıqlığa işıq saldıq...
***
"Bax, qadoyu alım, buradan dümbələmdüz qalxırsınız, heç yerə dönmürsünüz. Yolun solunda ”Məlhəm" restoranı görəcəksiniz, ora girməyin ha, başqasınındır. Hansısa iş adamına aiddir.
Ona görə qarışdırmayın, həmin restorandan 300-400 metr sonra yenə sol tərəfdə qabağınıza bir lövhə çıxacaq. Çoxu restoranları səhv salır, həmin ikinciyə də "Məlhəm” istirahət mərkəzi deyirlər. Amma lövhədə görəcəksiniz "Rose Park” yazılıb, ox işarəsinə baxarsınız, yol düz sizi Vidadi müəllimin yerinə aparıb çıxaracaq", - deyə Məlhəm kəndinin girişində sakinlərdən biri bizə ünvanı nişan verir.
Onun sözlərinə görə, həmin istirahət mərkəzi Vidadi Zeynalova məxsusdur, evi də elə yaxınlıqdadır. Amma istirahət məkanı Məlhəm ərazisində deyil, qonşu Çuxuryurd kəndində yerləşir.
Öyrənirik ki, bir neçə ay əvvəl azadlığa buraxılan Vidadi Zeynalov çox vaxtı kənddə olur, gününü orada keçirir.
Bu minvalla göstərilən ünvana çatana qədər bir neçə kənd sakinindən də Vidadi Zeynalovun obyektini soraqlayırıq, hamısı eyni yeri göstərdi. Aydın oldu ki, onu Məlhəmdə də, Çuxuryurdda da tanımayan yoxdur.
Kənd camaatının dediyi kimi, "Rose Park” lövhəsi yazılan yerdən üzüaşağı gedirik, dar bir cığırla irəliləyirik və yolun sağı da, solu da hektarlarla əkin sahələridir.
Nəhayət, qarşımıza yaraşıqlı, təmiz havası olan istirahət mərkəzi çıxır, həyətinə daxil oluruq: burada simvolik olaraq saxlanan fayton, retro maşınlar görürük, kottejlər, dağlara panoraması açılan restoran zalının şahidi oluruq.
Amma istirahət mərkəzində işçilərdən başqa ins-cins yoxuydu. Hiss olunurdu ki, obyekt müştəri qıtlığından əziyyət çəkir. Burada çay sifariş verib qiymətlərlə maraqlanırıq.
"Rose Park”da kottejlərdə qalmağın bir gecəlik qiyməti 80 manatdır. Bu pula səhər yeməyi, tennis, uşaqlar üçün əyləncə yeri daxildir. Hovuzdan istifadəyə isə endirim olacağı deyildi.
İstirahət mərkəzindən Şamaxı rəsədxanası, Pirqulu, yanbayan göllər ovuc içindəki kimi görünürdü. Belə səfalı guşədə yerləşən istirahət mərkəzinin restoranında qiymətlər təəccüblü olsa da, münasib idi. İstər kabablar, içkilər, istər başqa yeməklər və s.
İstirahət mərkəzində olarkən Vidadi Zeynalovun burada olub-olmadığını soruşuruq, Şamaxıda olmadığı, axşam qayıdacağı deyilir. Buna görə də özü ilə telefon əlaqəsi saxlayırıq.
Vidadi Zeynalov "Yeni Müsavat”a bildirdi ki, hazırda Neftçalada tələbə yoldaşının yas mərasimindədir. Onun sözlərinə görə, həmin istirahət mərkəzini icarəyə götürüb: "Amma orada elə bil ki, milçək qovurlar, bir adam gəlmir. Yeri yaxşıdır, amma gələn yoxdur. Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər”.
Vidadi Zeynalov həbsi, sabiq rabitə naziri Əli Abbasov və başqalarının məsuliyyətdən kənarda qalması ilə bağlı sualımıza belə cavab verdi: "Qardaş, mən qara dəftəri bağlamışam. Evdə həmişə deyirlər ki, 40 il işlədiyin yerdən danışmırsan, iki il olduğun türmədən hər gün danışırsan. Deyirəm ki, çətin gün həmişə yadda qalır. İndi qanun, məhkəmə belə qərar verdi ki, günahkar mənəm”.
O, hamıya cansağlığı arzulayaraq, yas yerində olduğunu xatırladıb əlavə nəsə danışmaq imkanı olmadığını qeyd etdi.
Bildirək ki, Vidadi Zeynalov jurnalist Fikrət Fərəməzoğlunun həbsxana xatirələrində onunla bağlı yazılanlara toxunmuşdu. Jurnalist xatirələrində yazıb ki, 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətçilər V.Zeynalovun maliyyə imkanlarındən bol-bol yararlanıblar.
Məsələn, onlar keçmiş məmura iki dönəri 100 manata "təşkil” ediblər. Təcridxananın həyətini yaşıllaşdırmaq üçün Vidadi Zeynalov nə az, nə çox 12 min manatından keçib.
Keçmiş məmurun yazılanlara münasibəti belə olmuşdu: "Allah heç kimə həbsxanaya düşməyi qismət eləməsin. Ora elə bir yerdir ki, heç kəs heç kəsin dəmir barmaqlar arasında nə etdiyini nə görə, nə də bilə bilər. İndi yazıb da. Nə deyim”.
Yada salaq ki, Vidadi Zeynalov "MTN işi”nə görə həbs edilən məmurlardandır. O, 2015-ci ilin noyabr ayının 13-də həbs edilib.
2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, bu ilin mart ayında azadlığa buraxılıb.
Mənbə: "Yeni Musavat"




Oxşar xəbərlər
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
Xəbər lenti
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
