“Nar”ın uşaqların üzündə yaratdığı təbəssüm - Fotolar
“Nar” Cəlilabad rayon Təzəkənd kənd məktəbində birinci sinfə gedən balacaları sevindirdi
İlk dərs gününün özəlliyi bir başqadır, hətta dərs oxumağı sevməyən şagirdlər belə məktəbə sevinə-sevinə gedir. Hələ məktəbə ilk dəfə qədəm qoyanların üzündəki sevinci isə yəqin ki, hər kəs təsəvvür edə bilir. Hələ sənin gözləmədiyin anda hədiyyə veriləndə bu sevinc ikiqat artır. “Bilik Günü”ndə “Nar”ın Cəlilabad rayon Təzəkənd kənd məktəblilərinin görüşünə getməsi onların sevincinə sevinc qatdı. Bütün məktəb ləvazimatları ilə dolu məktəbli çantasını görən birincilərin gözündə böyük sevinc və təbəssüm yarandı.
"Qafqazinfo" xəbər verir ki, “Nar” əməkdaşları birincilərin təhsilə başladıqları siniflərə daxil olub balacalarla ünsiyyətdə oldular. Şirkətin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov ilk olaraq balacaları məktəbə qədəm qoymaları münasibətilə təbrik etdi, gələcək təhsillərinin uğurlu olmasını arzuladı. O, qeyd etdi ki, “Nar” ilk dərs gününün sevincini məktəblilərlə bölüşməyə gəlib və hədiyyələri də var. Uşaqların pozitiv əhvalına bir də hədiyyələr rəng qatdı. Üzlərinə baxanda hədiyyəni çox bəyəndiklərini hiss etməmək mümkünsüz idi. Ancaq yenə də hədiyyələrlə bağlı öz təəssüratlarını da alaq.

İlk olaraq birinci sinif şagirdi Səkinə Qurbanova ilə danışdıq. Səkinə hədiyyələrini açıb hamısını masanın üzərinə yığmışdı. Ən çox nəyi bəyəndiyini soruşduq. Deyir ki, çantanın dolu olması daha çox xoşuna gəlib: “Çanta qəşəngdir, rəngi də sevdiyimdir, çəhrayı. Amma ən çox içindəkiləri sevdim. Hər şey var, buna görə daha çox xoşuma gəldi”.
Növbəti müsahibimiz Murad oldu. Murad Səməd Vurğunun “Azərbaycan” şeirini dedikdən sonra hədiyyələrdən ağız dolusu danışdı: “Bu hədiyyə xoşuma gəldi. Evdə də çantam var idi. Amma bu, daha çox xoşuma gəldi. İçində də hər şey var. Hələ baxın, qələmi iki dənə qoyublar”.
“Atamın adı Rasimdir, amma mən babamın qızıyam” deyən Erzi Şahbalayeva da hədiyyəsini çox bəyəndiyini dedi: “Çanta da qəşəngdir, rəngi də, üstündəki şəkil də. Əllə tutub yerlə aparmaq da olur. İçində hədiyyə çoxdur, hamısına baxa bilməmişəm, bir-bir açıram. Evdə hamısına daha yaxşı baxacam”.

Onların hədiyyələri ilə başı qarışmışkən müəllimləri Zərnigar Cəfərova bizimlə söhbət etdi. O, dedi ki, uşaqlarda hər bir məktəb ləvazimatı olanda, bu, onlara çox kömək edir: “Bu aksiyanı təşkil edən hər kəsə təşəkkür edirəm. Mən maraqlanıram, bilirəm ki, “Nar”ın belə xeyriyyə tədbirləri çox olur. Bizim məktəbi də unutmur. Kəndimizdə də belə tədbir keçirmələri ilə şagirdləri, valideynləri sevindirirlər. Hər il “Texnologiya” dərsi üçün lazım olan ləvazimatların siyahısını yazıb uşaqlara verirəm ki, alsınlar. Görürəm ki, valideynlərin maddi imkanı çatmır. Birini alanda, birini də ala bilmir. Bu gün çantaya baxdım, ürəyim dağa döndü. İçərisində hər şey var. Uşaqlar isə bu diqqətin qarşılığını təhsilləri ilə verə bilərlər. Uşaqları üzlərindəki gülüş ilə “Nar”a təşəkkürlərini çatdırdılar”.
Məktəbin direktoru Valeh Niftiyev söhbətə rəhbərlik etdiyi tədris ocağında “Nar”ın bu ilin əvvəlində yaratdığı elektron kitabxana ilə başladı. Bildirdi ki, şagirdlərin həmin kitabxanaya marağı böyükdür: “Nar” bizim məktəbdə ilk dəfə 500-dən çox kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etməklə kitabxananı yenilədi. Bu, şagirdlərimizə çox maraqlı gəldi. Bu dəfə isə “Nar” “Bilik günü”ndə birincilərin görüşünə gəldi. Bu cür diqqət uşaqların dərsə, məktəbə marağını daha da artırır. Kitabxana ilə bağlı yenilik olanda, kitabla maraqlananların, oxuyanların sayı çoxalır. Bu dəfə isə çanta və məktəb ləvazimatları hədiyyə edildi. İndi uşaqlar oradakı hədiyyələrin dərsdə tətbiqini gözləyəcəklər ki, istifadə etsinlər. Bunlar da təbii ki təhsillərinə öz töhfəsini verəcək”.

Direktor qeyd etdi ki, yeni dərs ili başlayanda uşaqlar üçün lazım olan hər şeyi almaq bəzən valideynlərin maddi imkanı xaricində olur: “Kənd adamlarıdır, əsas dolanışıq yeri təsərrüfatlarıdır. Bu da çox gəlirli iş deyil axı. Düzdür, müəllim, həkim, başqa sahələrdə çalışan valideynlər də var, amma başqaları üçün uşağın hər istədiyi şeyi almaq çətindir. Yeni dərs ili başlayanda isə valideynlərin xərcinin necə olduğu hər kəsə məlumdur. Elə ailələr var ki, bir yox, bir neçə uşağı məktəbə gedir. Biri uşağın hər istədiyini alırsa, beşi ala bilmir. Bu dəstəyə görə müəllimlər, şagirdlər, valideynlər adından “Nar”a təşəkkür edirəm”.
Məktəbin həyətinə düşürük, dərs saatı olduğu üçün həyətdə ən çox birinci siniflərin valideynlərini gördük. Ən azı övladları qədər həyəcanlı, sevincli idilər. Onlar arasında nəvəsini gözləyən nənələr də az deyildi. Onlardan biri də Qızılgül Məmmədova idi. Bizə yaxınlaşıb öz təəssüratlarını bölüşdü: “Keçən dəfə müəllim uşağa dərsdən əlavə vəsait almağı tapşırmışdı. Maraqlandım, ikisi xeyli pul edirdi. Məktəbdir, daim nəsə lazım olur. Uşaq da valideynin, nənə-babanın üstünə gedir. İndi imkanı olanlar var ki, hər şeyi ala bilirlər, ancaq elə ailələr olur ki, çatdırıb ala bilmir. Uşaq da məktəbdə utanır, yaxud nədəsə geri qalır. “Nar”ın uşaqların ilk dərs günündə belə hədiyyə ilə gəlməsi çox sevindiricidir. Şirkətin hədiyyəsinin biri də mənim nəvəmə verildi. Uşaqlar da valideynlərin, nənə-babalarının, müəllimlərin, dəstək olan hər kəsin zəhmətini itirməsinlər, dərslərini yaxşı oxusunlar”.



- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 2026 18:40
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 2026 12:36
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 2026 00:29
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 2026 21:25
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- Litvanın Baş naziri Bakıda xalça toxudu - Fotolar
9 aprel 2026 21:53
- Litvanın Baş naziri Azərbaycandadır - Fotolar
8 aprel 2026 21:11
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
7 aprel 2026 21:19
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
6 aprel 2026 20:23
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 23:32
- Nəticəni 24 saata biləcəyik - Tramp
10 aprel 23:06
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 21:25
