Bakıda 400 manata toyuq: Sabunçu bazarında (FOTOLAR)
Maraqlı21 sentyabr 2019 11:02
İnsanların gündəlik qida rasionunda ən tələbatlı məhsullardan biri şübhəsiz ki, toyuq ətidir. Həm əti, həm də yumurtası üçün Azərbaycanda da toyuq bəslənməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan digər məhsullarla müqayisədə quş ətinə və yumurtaya olan tələbatını tam şəkildə ödəyir. Azərbaycanda çoxlarının bilmədiyi dekorativ toyuq növləri də var ki, bunlara daha böyük maraq müşahidə olunur.
Dekorativ toyuq növlərinin ən çox satıldığı məkanlardan biri isə Sabunçu rayonu ərazisində yerləşən və "rus bazarı” adı ilə tanınan ticarət məkanıdır. Yalnız bazar günləri fəaliyyət göstərən bu bazarda müxtəlif növdə quşlar tapmaq mümkündür. Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...
Kəsim üçün nəzərdə tutulan toyuqların qiyməti maksimum 10 manatdır. Dekorativ quşlara gəldikdə isə vəziyyət bir qədər dəyişir. Belə quşların minimum qiyməti 50 manatdır. Dekorativ quşların şahı isə "Brama"dır. Bu toyuq növü Asiyada yaransa da, sonralar ABŞ-a gətirilib, burada populyasiya olunub və hər kəs onu Amerikan sortu kimi tanıyır. "Rus bazarı”nda Bramanın qiyməti minimum 50 manatdan başlayır. "Brama" özü də bir neçə növə bölünür - "dark", "light" və "gold". Onların arasında ən çox tələbat "gold Brama"yadır. Bazarda "Brama"nın 10 günlük balası 3 manata, yumurtası isə 12 manata satılır.

Dekorativ quşlar arasında daha iki toyuq var ki, onlara da Azərbaycanda tələbat xeyli yüksəkdir. "Malin" və "Orpinqton" növü "Brama" ilə müqaisədə bir az xırdadır. Satıcılar bildirirlər ki, bu növ toyuqlar çox nadir hallarda ictimai yerdə açıq şəkildə satılır. Onların satışı yalnız sifarişlə həyata keçirilir. Öncə quşun şəkilləri alıcıya göndərilir və bəyənildiyi halda gəlib alır. Bu dekorativ toyuqların qiyməti isə 50 manatdan 400 manata qədər dəyişir.
"Orpinqton" gözəlliyindən əlavə, yumurtlama sayına görə də digərlərindən üstündür. Bu növdə toyuqlar ildə 160-170 yumurta yumurtlayırlar.

Satıcılar deyirLƏR ki, dekorativ toyuqları heç bir halda başqa növlərlə cütləşdirmək olmaz: "Belə olduqda onların yaşaması çox qısa çəkir və demək olar ki, əsl görkəmlərini itirirlər. Dekortiv toyuqlar maksimum 4-5 il yaşayır. Əsas şərt yemlərinə düzgün riayət etmək və hinlərini təmiz şəraitdə saxlamaqdır”.
Satıcılar bildirirlər ki, bu cür toyuqları alanlar sıradan adamlar deyillər. Əsasən, imkanlı şəxslər belə toyuqları almaq həvəsində olurlar. Onlar dekorativ quşları bağ evlərində və ya hansısa obyektlərdə saxlamaq üçün alırlar.


Oxşar xəbərlər
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
