Xruşovun tələsi: Malenkovu SSRİ rəhbəri olmaqdan necə məhrum edib?
Mədəniyyət29 sentyabr 2019 12:54
66 il öncə, 1953-cü ilin sentyabr ayında Nikita Xruşov SSRİ-nin ən yüksək vəzifələrindən birinin - Mərkəzi Komitənin birinci katibi (sonralar baş katib) vəzifəsinin icrasına başlayıb. Bu seçkili təyinat haqqında Mərkəzi Komitənin 3-7 sentyabr tarixlərində keçirilən plenumunda qərar verilsə də, Xruşov yeni kürsüsündəki fəaliyyətinə 28 sentyabrda başlayıb.
İosif Stalinin vəfatından sonra Kremldə hakimiyyət uğrunda gizli mübarizədə siyasi qruplar arasında kifayət qədər böyük gərginlik yaşanıb. Əvvəlki iddialarından əl çəkməyən Lavrenti Beriya Stalinin dəfni ilə bağlı yaradılmış komissiyaya Georgi Malenkovun sədrlik etməsi təşəbbüsünü irəli sürüb. Nikita Xruşov bu təşəbbüsə qarşı çıxmaq istəsə də, susmağa üstünlük verib. Malenkov-Beriya qrupunun tərəfdarları daha çox olduğundan Xruşov açıq mübarizəyə getməkdən çəkinib.
Ortaya belə bir sual çıxır, dəfn komissiyasına rəhbərlik etmək niyə belə önəmli məsələ sayılıb?
SSRİ-də Leninin vəfatından sonra yazılmamış bir qanun hökm sürüb. Vəfat edən ölkə başçısının dəfn komissiyasına sədr seçilən, dəfndə birinci çıxış edən şəxs ölkənin növbəti rəhbəri seçilib. SSRİ süquta uğrayana qədər bu ənənə davam edib.
Beləliklə, Stalinin dəfnində ilk çıxış edən Mərkəzi Komitənin katibi Georgi Malenkov olub. Bu çıxış ölkə ictimaiyyətinə və Mərkəzi Komitənin yüksəkçinlilərinə onu işarə verib ki, SSRİ-nin növbəti rəhbəri Malenkov olacaq. O cümlədən bu Nikita Xruşova da gün kimi aydın olub. Amma Xruşov hadisələri qabaqlamağa tələsməyib.

Artıq dəfnin səhərisi günü Malenkov Stalinin kabinetində əyləşib. Məhz bu kabinetdə hakimiyyətin idarəetmə forması və struktur dəyişikliklər müzakirə olunub.
Qərara gəlinib ki, ölkənin idarəetmə sistemi Leninin dövründəki kimi olsun, ölkəyə Nazirlər Sovetinin rəhbəri başçılıq etsin və o, həm də Mərkəzi Komitənin rəyasət heyətinin, plenumların sədri olsun.
Beriya Malenkovun Mərkəzi Komitənin katibi vəzifəsindən azad edilməsini, Nazirlər Sovetinin sədri vəzifəsinə seçilməsini təklif edib. Təklif qəbul olunub. Beləliklə, Malenkov faktiki olaraq ölkənin başçısı seçilib.
Xruşov bu təyinata qarşı da təmkinini pozmayıb. Çünki hələ qarşıda partiya rəhbərliyinə seçilmək məsələsi də dayanıb.
Nəhayət, Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçim zamanı da çatıb.
Bu məsələdə Xruşov təşəbbüsü əldən verməyib və onun partiyaya rəhbərlik etməsi müsbət həllini tapıb.
Beriyanın həbsindən bir müddət sonra Malenkovun komandası zəifləyəndə Xruşov öz hakimiyyət iddialarını büruzə verməyə başlayıb. Kommunist Partiyasının hər şeydən üstün olduğunu, Mərkəzi Komitənin rəhbər struktura çevrilməsi zərurətini dilə gətirib.
Nəhayət, Mərkəzi Komitənin Rəyasət Heyətinin (həmin dövrdə belə adlanıb) növbəti iclasında Xruşov iclasa hamıdan qabaq gələrək sədr kürsüsündə əyləşib. Malenkov iclas zalına daxil olanda, öz kürsüsündə Xruşovun əyləşdiyini görüb və təəcübünü gizlədə bilməyib:

- Nikita Sergeyeviç, məncə, vəzifə bölgüsünə görə siz öz kürsünüzdə əyləşməmisiniz.
Xruşov təmkinini pozmadan Malenkova sualla cavab verib:
- Niyə belə düşünürsünüz?
- Biz müşavirədə ölkənin idarəetmə sistemini müəyyənləşdirdik və qərara gəldik ki, ölkə Leninin dövründəki kimi idarə olunacaq.
Xruşov növbəti dəfə Malenkova sualla cavab verib, amma bu dəfə bir az təbəssümlə:
- Yoldaş Malenkov, siz özünüzü Lenin sayırsınız?

Bununla da Xruşov mütləq hakimiyyəti ələ keçirib, hətta bir müddət keçdikdən sonra Malenkovu Nazirlər Sovetinin sədri vəzifəsindən də uzaqlaşdırıb.
1957-ci ildə, sonralar "antipartiya qrupu” adını almış Malenkov, Kaqanoviç və Molotov Xruşovu devirmək istəsələr də, saray çevrilişi cəhdi baş tutmayıb.

Nikita Xruşov düz 11 il SSRİ-nin hakimiyyət sükanını saxlaya bilib. 1964-cü ilin oktybrında isə ona məlum ki, heç o özü də Lenin deyil. Brejnev komandası Nikita Xruşovu böyük peşəkarlıqla tutduğu bütün vəzifələrdən uzaqlaşdırıb, Kremldən təcrid ediblər...
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
