“Muğanbank” gizlinləri – Eldar Mahmudovdan Emil Mehdiyevin əməllərinədək
Sabiq millət vəkili, “Odlar Yurdu” Universitetinin və “Muğanbank”ın real sahibi Əhməd Vəliyev özünün çətin günlərini yaşayır. Onun kurasiyasında olan müəssisələrinin içərisində ən kritik durumda olan isə “Muğanbank”dır. Bununla bağlı bildiririk ki, xüsusilə son illər bank sektorundakı əvvəlki nüfuzunu itirmiş “Muğanbank” artıq müştəri etimadını da tükəndirib.
İflasdan xəbər verən statistika
Bu ilin əvvəlində “Muğanbank” ASC-nin 2018-ci ilin yekunlarına dair yayılan maliyyə hesabatından da aydın olur ki, “Muğanbank” ötən ili mənfəətlə başa vursa da, bankın faiz gəlirlərində 2017-ci illə müqayisədə 5 faizə yaxın azalma qeydə alınıb. Belə ki, 2017-ci ildə 42 milyon 794 min manat faiz gəliri qazanan bank, 2018-ci ildə 40 milyon 887 min manat qazana bilib. Ümumilikdə 2 milyon manata yaxın faiz gəliri itirən “Muğanbank” həm də ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün də 6 milyon 54 min manat ayırmalı olub.
Xatırladaq ki, son illər mətbuatda “Muğanbank”ın çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Bu da təsadüfi sayılmır, çünki bankın maliyyə göstəriciləri son illərdə onun vəziyyətinin qənaətbəxş olmadığından xəbər verirdi. Bunun sübutu kimi “Muğanbank”ın 2017-ci ildən 6.5 milyon manata yaxın ziyanla çıxmasını göstərmək olar. Doğrudur, bank 2018-ci ili 1 milyon 430 min manat mənfəətlə başa vurub, ancaq göründüyü kimi, bu məbləğ ötən illərdəki ziyanı qapatmaq imkanında deyil.
Bununla yanaşı, maliyyə hesabatından belə görünür ki, “Muğanbank” ötən il mənfəət vergisini də ödəməyib. Bank 26 milyon 772 min manat əməliyyat mənfəəti əldə etmək üçün ümumilikdə 25 milyon 342 min manat işçi heyətinə, əməliyyat xərclərinə və s. xərclərə vəsait ayırmalı olub. “Muğanbank”ın məcmu kapitalı isə 82 milyon 550 min manata çatıb ki, bu da Mərkəzi Bankın tələb etdiyi normadan yüksəkdir.
Rəqəmlərin zərbəsini qaranlıq keçmiş möhkəmlədir
Digər tərəfdən isə adıçəkilən bankın ictimai rəydə mənfi reputasiya qazanmasına mətbuatda bankın adının “MTN işində” hallanmasının da rolu az olmayıb. Bununla bağlı media üzərindən apardığı araşdırmalar zamanı rast gəlinən informasiyalarda iddia olunur ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.
“Muğanbank” kimindir?
Əslində, bu bankın kimə məxsus olduğu elə bankın öz saytında yazılıb. Bekəı ki, saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir – Mehdiyev Elmir Maqbet oğlu – 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 % (Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası). Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur.
Məlumatda bildirilir ki, Əhməd Vəliyevin respublikada bank sahibinə çevrilə bilməsində əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.
Bank rəhbərliyinin qanun pozuntusu
2000-ci ildən ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışan, bankın nizamnamə kapitalının 63,5 faizinə sahib olan Elmir Mehtiyevin fəaliyyətinə dair də ilginc iddialar var. Bununla bağlı yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, ASC rəhbərinin ölkənin bank sisteminə ciddi problemlər yaradır və Elmir Mehdiyev müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozaraq biznes fəaliyyəti ilə məşğul olur. Məsələn, “Jalə-Biznes” MMC-nin işçiləri direktoru Elmir Mehtiyevin qanunsuz əməllərinin üstünü açıb. Deyilənlərə görə, şirkətin inşa etdiyi kompleksin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilib. Belə ki, Elmir Mehdiyev tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvləri ilə “ənənəvi yol”la “razılığa” gəlib. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Lakin problem bununla bitmir. Əvvəlki adı “Jalə-Biznes” MMC, indiki adı isə “Jalə” MTK olan bu şirkətin tikdiyi binadakı mənzillər müştərilərə bank vasitəsi ilə deyil, nağd yolla satılır. Burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır. Əgər hüquq-mühafizə orqanları, eləcə də digər müvafiq qurumlar bu məsələni araşdırsalar, bir çox mətləblərə aydınlıq gətirilə bilər.
Emil Mehdiyevin gizli dünyası
Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən, əvvəlki adı “Jalə Biznes” MMC, indiki adı isə “Jalə” MTK olan şirkətin E.Mehtiyevə məxsus olduğu haqda mətbuatda kifayət qədər məlumatlar yayılıb. Həmin məlumatlara əsaslanaraq bildirir ki, o, inşa etdirdiyi binalar üçün yaratdığı şirkətləri yaxın qohumlarının adına təsis edib. İş o yerə çatıb ki, rayonda, kənddə mal-qara otaranların adına belə, 3 min kvadratmetrlik ofis özəlləşdirilib. Təbii, burada məqsəd vergidən yayınmaq və daha çox gəlir əldə etməkdir. Onu da qeyd edim ki, Elmir Mehdiyev Mərkəzi Bankın sədri Elman Rüstəmovla yaxınlığı ilə seçilən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımov və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovla əlbir olub hündürmərtəbəli binanın 3 mərtəbəsini alıblar.
Bu zaman sərf olunan vəsaitlərin dövlət büdcəsinə daxil olub-olmadığını deyə bilməsəm də, 1 məsələ var ki, bu işdə 20 milyon manatdan çox pul xərclənib və nəticədə çox böyük problemlər əmələ gəlib. Nədənsə bu məsələdə Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin rəhbəri Adışirin Qasımovun adı daha çox hallanır. Ümumiyyətlə, adıçəkilən şəxslər Elmir Mehtiyevin bir sıra qanundankənar əməllərini görməzdən gəlir, onun ölkənin bank sisteminə yaratdığı problemləri ört-basdır etməyə çalışırlar”.
Mənbə bildirir ki, E.Mehtiyev bir neçə dəfə “Muğanbank”da ayrı-ayrı şəxslərin adına külli miqdarda kredit açdıraraq öz işlərinin həllinə nail olub: “Elmir Mehtiyev Bülbül prospekti 40 ünvanında inşa edilən göydələnlər kompleksinin sifarişçisidir. Bu binaların tikintisini podratçı təşkilat olan “Falez-memarlıq” həyata keçirir. Elmir Mehtiyev isə dövlət büdcəsinə vergi ödəməkdən yayınmaq üçün podratçı təşkilatla bank vasitəsi ilə deyil, nağd yolla hesablaşır. Bu isə böyük miqdarda vergidən yayınmaqdır. Şirkətdə mənzillərin satışı da nağd yolla həyata keçirilir, yəni yenidən vergidən yayınma baş verir…
Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. /cumhuriyyet.az/
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
8 dekabr 2025 11:47
- -Mehdiyev işi- böyüyür: AMEA rəhbərliyi də siyahıda...
7 dekabr 2025 19:27
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
7 dekabr 2025 11:41
- Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi: sırada kimlərdir?
6 dekabr 2025 12:50
- Ramiz Mehdiyevin AKADEMİK adı ƏLİNDƏN ALINACAQ
4 dekabr 2025 13:10
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
01 yanvar 13:30
- İlham Əliyev onları təbrik etdi
01 yanvar 13:15
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
31 dekabr 15:33
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 11:02
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
