“Molotovla Xruşovun hamam davası” – 3 “qoca qurd”un ifşası
Dünya8 oktyabr 2019 10:59
Mərkəzi Komitənin 1957-ci il iyun plenumu SSRİ tarixinə partiyadaxili çəkişmələrin son pik həddi kimi düşüb. Nikita Xruşovu hakimiyyətdən devirmək istəyən əsas üçlük - Vyaçeslav Molotov, Georgi Malenkov və Lazar Kaqanoviç bu mübarizədə məğlub olublar...
İclasın gedişində Molotov Xruşovun siyasi fəaliyyətini sərt tənqid edib. Stenoqrama nəzər yetirəndə aydın olur ki, Molotov öz çıxışında Xruşovun fəaliyyəti ilə bağlı ən xırda detalları belə açıqlayıb:
- Nikita Xruşov siyasi səriştəsizliyi ilə ətrafındakıları "ağılsız qoca”, "yaramaz kommunist”, "karyerist” adlandıraraq Mərkəzi Komitədə gərgin və xoşagəlməz atmosfer yaradıb. O, təkcə ölkə daxilində deyil, xarici səfərlərində də sovet liderinə yaraşmayan hərəkətləri ilə Kommunust partiyasının adına ləkə gətirib. SSRİ-nin birinci şəxsinin Finlandiyada gecə saat 3-də saunaya getməsini necə qiymətləndirmək olar? Onunla birlikdə olan Bulqanin bundan imtina edib, amma Xruşov Finlandiya prezidentinin gecə təklifini qəbul edərək səhər saat 6-ya qədər vaxtını hamam əyləncəsində keçirib.

Bu məqamda Xruşov Molotovun çıxışını kəsərək iclas içtirakçılarına hamam məsələsini izah edib:
- Mənim gənclik illərim səhralarda keçib, müharibə vaxtı da normal hamam görməmişəm və mən, ümumiyyətlə, hamama getməyi xoşlamıram. Biz Finlandiyanda olanda tez-tez eşidirdik ki, bu ölkə həm də hamamları ilə məşhurdur. Prezident Kekkonen də bizi hamama dəvət etdi. Mən nə etməliydim, tüpürməliydim onun təklifinə? Əlbəttə ki, yox. Mən təklifi qəbul etdim. Biz hamamda dostyana söhbət etdik, zarafatlaşdıq. Kekkonen SSRİ-yə ən yaxın olan siyasətçilərdən biridir, bunu qiymətləndirmək lazımdır. Eyib olsun sənə, sən belə şeyləri anlamazsan. Çünki sən yalnız konflikt yaratmaqla məşğulsan.

Ən gərgin məqamlarda belə üzünün bir əzələsi də tərpənməyən Molotov Xruşovla razılaşmayıb:
- Sizin fikirlərinizlə razı deyiləm. Siz Finlandiyada özünüzü daha ləyaqətli apara bilərdiniz.
Bu məqamda SSRİ-nin baş prokuroru Roman Rudenko Molotova atmacasını saxlaya bilməyib:
- Yoldaş Molotov, bəs siz Hitlerin yanına gedəndə bunu ləyaqətli sayırdınız?

Marşal Jukov isə daha sərt çıxış edib:
- Biz bu adamlara inanırdıq, portretlərini ucaldırdıq, bunlar isə qollarını çırmalayıb əllərindəki baltalarla günahsız insanların başlarını kəsirdilər. Xalq bu həqiqətləri bilsəydi, sizi alqışlarla yox, daşlarla qarşılayardı. İndi sən cavab ver (Molotova müraciət edir), ittiham etdiklərinizə cəzaları necə verirdiniz? Əlbəttə ki, sübutsuz, dəlilsiz, məhkəməsiz. İşgəncə verib istədiyiniz ifadəyə qol çəkdirirdiniz.
Molotov özünə haqq qazındarmağa çalışıb:
- Bu, Siyasi Büronun ümumi razılığı ilə olub.
Malenkov müdaxilə edib:
- Bu, Stalinin göstərişi olub.
Zaldan Malenkovun fikrinə qarşı çıxıblar:
- Günahlarınızı ölülərin üstünə atmayın.
Xruşov bir daha həmin illəri Molotova xatırladıb:
- Sən Stalindən sonra ikinci şəxs idin. Bütöv bir mərtəbəni zəbt etmişdin, iki-üç kabinetin, iki-üç istirahət otağın var idi. Amma heç vaxt başqaları haqqında düşünməmisən. İndi isə məsuliyyəti boynundan atırsan. Mənə hamam məsələsini xatırladırsan, mən isə sənə daha ciddi məsələləri xatırladaram. Əsirlikdən qayıdan 126 min sovet zabitinin taleyinə kim son qoyub? Marşal Jukov bu məsələləri daha yaxşı bilir.

Jukov Xruşovun dediklərini təsdiqləyib:
- Əsirlikdən 126 min zabitimiz geri qayıdanda sən onları hərbi rütbələrdən məhrum etdin və hər birini inzabati qaydada 6 il müddətinə düşərgələrə göndərdin. 22 oktyabr 1945-ci ildə bununla bağlı imzaladığın sənəd məndədir.
Mərkəzi Komitənin ümumi şöbəsinin müdiri, vaxtilə bir müddət Stalinin köməkçisi olan Vladimir Malin də Molotov haqqında fikirlərini bildirib:
- Mən sizə yüz minlərlə insanın repressiya olunması haqqında arxiv sənədləri təqdim edə bilərəm. Bu sənədlərin bir çoxunun üstündə Molotovun öz xətti ilə dərkənarı var: "Vurmaq və yenə də vurmaq...”
Vladimir Malinin çıxışından sonra zaldan Molotovun ünvanına sərt ifadələr səslənib: "Eyib olsun”; "Tribunanı tərk et”; "Xəyanətkar!” və s.

İclasda Molotovun yetirməsi olan, bir neçə ay əvvəl xarici işlər naziri təyin olunmuş Andrey Qromıko da münasibət bildirməyi özünə borc sayıb:
- Molotovun çıxışından sonra adamın ona yazığı gəlir. Başdan-ayağa çirkab içində olan bir kəsin başqasına ləkə yaxmaq istəyi həqiqətən də yazıqlıq əlamətidir.
Digər çıxış edənlərdən sonra iclasa Moskva vilayət Partiya Komitəsinin birinci katibi İvan Kapitonov son qoyub:
- Əgər Vyaçeslav Molotov həqiqətən də bizim aramızda olsaydı, kolxozlara, zavodlara, müəssisələrə getsəydi, kabinetindən heş olmasa bir dəfə də olsun cəmiyyətimizə boylansaydı, yəqin ki, fikirlərində yanlış olduğunu dərk edərdi. Amma təəssüf ki, o, bunu dərk edə bilmir. Mən belə hesab edirəm ki, Molotovun bu gündən sonra Mərkəzi Komitənin Rəyasət Heyətində (Siyasi Büroda), Mərkəzi Komitə üzvlüyündə, partiya sıralarında qalması məqsədəuyğun deyil.
Zal Kapitonovun təklifini alqışlayıb.
Beləliklə, plenum müvafiq qərar çıxarıb. "Antipartiya qrupu”nun üzvləri vəzifələrindən uzaqlaşdırılıb.

Sonralar, 1964-cü ildə Xruşovu devirmək cəhdi baş tutanda Leonid İliç Brejnev 1957-ci il plenumunu qeyri-rəsmi "Molotovla Xruşovun hamam davası” adlandırıb.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi: sırada kimlərdir?
6 dekabr 2025 12:50
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Bakıda ADI gecə klubu, hamam, ÖZÜ POZĞUNXANA - VİDEO
11 noyabr 2025 21:05
- Ramiz Mehdiyevin gizli -prinsi- hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə QUDASI Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
30 oktyabr 2025 13:37
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
