İsmayıllının 4 kəndinə qaz verildi
İdman12 oktyabr 2019 15:22
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı tədbirləri davam etdirir.
"Azəriqaz”dan "Report”a verilən məlumata görə, bu ilin dövlət proqramına uyğun olaraq İsmayıllı rayonunun 4 kəndinə təbii qazın verilməsi münasibətilə rayonun Qalagah kəndində tədbir təşkil olunub.
Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, İsmayıllı rayonunun İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən SOCAR prezidenti R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İsmayıllı rayonunun Qalagah kəndində 208, Zeyvə kəndində 109, Soltankənd kəndində 106 və Uştal kəndində 91 ev qazlaşdırılıb, hər bir ev fərdi tənzimləyici və sayğacla təmin olunub. Kəndlərdə qaz çəkilişinə bu ilin aprel-may aylarında başlanılıb və müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün ümumilikdə 14 182,1 m polietilen, 32 372,51 m polad borulardan istifadə olunub.
Oxşar xəbərlər
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 2026 10:59
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
4 fevral 2026 15:32
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
Xəbər lenti
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
Video & Fotoqalereya
Video
Fotoqalereya
