Stalinin qəbuluna 3 gün gec gələn əyyaş general – Faşistlərin qəniminin iflası
Reportaj21 oktyabr 2019 15:56
"İnsanın başını dəyişmək mümkün deyil, amma o başın içində olan beyni tərbiyə etmək mümkündür...”
Bu İosif Stalinin uğurlu Stalinqrad döyüşündən sonra yanına dəvət etdiyi general-leytenant Markian Popova dediyi sözlərdir.
O, SSRİ Silahlı Qüvvələrində yeganə general olub ki, Ali Baş Komandan, Dövlət Müdafiə Komitəsinin sədri Stalinin çağırışını, şəxsi dəvətini çox da ciddiyə almayıb. Amma buna görə Popov cəzalandırılmayıb, əksinə, general ulduzlarının biri də artıb, daha yüksək vəzifəyə təyinat alıb.
Adətən Stalinin qəbul məsələsində ciddi dəqiqliyə riayət olunub. Onun yanına çağrılanlar bir neçə saat əvvəlcədən qəbul otağında gözləyiblər. Qəbuldan əvvəl onlar ciddi təlimatlandırılıblar, qəbul zamanı onlara qısa və konkret məruzə etmələri, artıq mülahizə və suallara yol verməmələri tövsiyə olunub. Hətta bununla bağlı sonralar lətifəyə çevrilən bir hadisə də baş verib. Stalin taxıl tədarükü ilə bağlı Ukraynanın torpaq və kənd təsərrüfatı komissarı (naziri) Qriqori Butenkonu yanına dəvət edib. Naziri əvvəlcədən təlimatlandırıblar ki, taxıl tədarükü ilə bağlı Stalinə çox qısa şəkildə konkret rəqəmlərlə məruzə etməlidir. Kabinetə daxil olan Butenko özünü təqdim etdikdən sonra Stalindən soruşub:
- Yoldaş Stalin, tədarüklə bağlı qısa məruzə edim, yoxsa ətraflı?
Stalin gülümsəyərək cavab verib:
- İstənilən seçimi edə bilərsiniz, mən bunu sizin ixtiyarınıza verirəm. Amma nəzərə alın ki, sizin cəmisi 3 dəqiqə vaxtınız var.
General Markian Popov isə nəinki artıq danışıqlara yol verib, o təyin olunmuş qəbula üç gündən sonra gedib.

1942-ci ilin iyul ayından 1943-cü ilin fevral ayına qədər davam edən Stalinqrad döyüşlərində xüsusi fərqlənən, hərbi əməliyyatların uğurla başa çatmasında müstəsna xidmətləri olan Stalinqrad cəbhəsi komandanının müavini general-leytenant Markian Popovun yüksək peşəkarlığı Stalinin diqqətində olub. Ali Baş Komandan onu daha yüksək hərbi posta təyin etmək haqqında düşünüb və yanına dəvət edib.
Dəvəti alan generala elə həmin gün cəbhə qərargahında 3 günlük ezamiyyə vərəqəsi yazılıb. Bu gediş-gəliş üçün artıqlaması ilə bəs edib. Amma Popov yalnız üç gündən sonra Kremlə yetişib. Hərbçinin Ali Baş Komandanın çağırışına üç gün geçikməsi mövcud rejimə və qanunlara görə müharibə şəraitində əmrin vaxtında icra olunmaması kimi qiymətləndirilərək güllələnmə ilə də nəticələnə bilərdi. Amma hər şey əksinə olub.

Stalin generalı qəbul edib və əsas mətləbə keçməzdən əvvəl ona bir hadisəni xatırladıb:
- Vətəndaş müharibəsi illərində Lenin məni yanına çağırıb tapşırmışdı ki, içkiyə qurşanan bir komandirlə məşğul olum. Mən məsələni araşdırdım. Onu cəzalandırmaq istəyirdim, amma yoldaşları buna imkan vermədilər, onun yaxşı komandir olduğunu söylədilər və onu da dedilər ki, həmin komandir yalnız boş vaxtlarında, işsiz olanda içir. Mən bunu nəzərə aldım və Leninlə məsləhətləşdikdən sonra onun səlahiyyətlərini bir az da artırdıq, işini çoxaltdıq. Bundan sonra həmin komandir qədəh qaldırmağa vaxt tapmadı. Belə düşünürəm ki, bu təcrübəni sizin də üstünüzdə tətbiq etmək lazım gələcək.
Popovun içkiyə meylli olduğunu Stalin də bilib. Üç gün gecikməyinin səbəbinin məhz içki ilə bağlı olduğunu da anlayıb və qərarını verib. Markian Popova general-polkovnik rütbəsi verilib, əvvəlki komandan müavini vəzifəsindən bir ranq yuxarı, Bryansk cəbhəsinin komandanı vəzifəsinə təyin edilib.

Markian Popov 1904-cü ildə Volqoqrad vilayətinin Serafimoviç şəhərində anadan olub. Əvvəlcə orta ixtisas hərbi məktəbini, daha sonra Frunze adına Hərbi Akademiyanı bitirib. Moskva, Uzaq Şərq, Leninqrad hərbi dairələrində hərbi hissələrin qərargah rəisi, hərbi hissə komandiri vəzifələrində xidmət edib.
Popov müharibənin ən ağır dövrlərində, 1942-ci ilin avqust ayında Stalinqrad cəbhəsinə komandan müavini göndərilib. Daha sonra general-polkovnik rütbəsində olan Popov Bryansk cəbhəsinin komandanı kimi xidmətini davam etdirib. Bryanskın alman faşizmindən azad olunması üçün onun hazırladığı əməliyyat Moskvada, Baş Qərargahda mübahisəli olub. Əməliyyatın uğurlu alınacağı şübhə altında olsa da, Popov keçirdiyi hərbi əməliyyatla bütün şübhələrə son qoyub, Bryansk azad olunub və o, ordu generalı rütbəsini alıb.
1944-cü ildə Baltikyanı cəbhədə cəbhələrarası koordinasiyanın düzgün qurulmaması nəticəsində Popovun keçirdiyi hərbi əməliyyat uğursuzluqla nəticələnib. Bu uğursuzluğa görə onun rütbəsini bir pillə aşağı, general-polkovnik rütbəsinə salıblar.
Markian Popovun ordu generalı rütbəsi 1953-cü ilin avqust ayında bərpa olunub.
Müharibədən sonrakı illərdə Popov xidmətini Müdafiə Nazirliyində davam etdirib.
Müasirləri Popov haqqında ən yüksək fikirləri söyləyiblər, onlar həm də generalın nüfuzuna xələl gətirən cəhətlərindən də danışıblar.

Marşal Aleksandr Vasilevski: "Popovun peşəkarlığı, hərbi talantı Allah vergisi idi. O, ən mürəkkəb hərbi şəraitdə düzgün qərar verməyi bacaran hərbçi idi. Müharibədəki xidmətləri danılmaz faktdır. Popov həmişə rəhbərliyin diqqətində olub. O, daha yüksəkləri fəth edə bilərdi. Amma içkiyə qurşanması buna imkan vermədi. Dəfələrlə Mərkəzi Komitədə, Müdafiə Nazirliyində onunla söhbət aparıldı, amma bunlar da heç bir nəticə vermədi...”
Aviasiya marşalı Aleksandr Qolovanov: "Elə insanlar var ki, onlar anadan hərbçi doğulurlar. Popov da elələrindən idi. Əsgərdən tutmuş Ali Baş Komandana qədər hamı onun xətrini istəyirdi. Xanımların yanında isə daha hörmətli və sevimli idi. Popov həmişə yaşından cavan görünüb. Bunun səbəbi onu xarakteri ilə bağlı idi. Heç vaxt ruhdan düşməzdi, ən çətin məqamlarda belə nikbinliyini itirməzdi. Alkoqoldan və gözəl xanımlardan isə heç vaxt imtina etməzdi...”
Marşal İvan Konev: "Stalin 1937-ci ildən sonra hərbi kadr islahatı aparanda Popovu da öz siyahısına salmışdı və bu seçimdə yanılmamışdı. Popov Stalinin bütün etimadlarını doğrultdu. Amma öz içki məclisləri ilə öz gələcəyinə özü zərbə vurdu...”
Ən ağır döyüşlərdən sağ-salamat çıxan Popovun həyatına ən adi bir ehtiyatsızlıq son qoyub. 1969-cu ilin aprelin 22-də Moskvadakı bağ evində həyat yoldaşı ilə birgə qaz sızması nəticəsində zəhərlənərək hər ikisi vəfat edib.

Ordu generalı Markian Popov Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
