Qəndi kimyəvi maddə ilə ağardıblar... - Bu müəssisələrə cinayət işi başlandı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
AQTA və Baş Prokurorluqdan "Qafqazinfo"ya daxil olan birgə məlumatda bildirilir ki, bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edildiyi barədə daxil olmuş məlumatlar əsasında İran İslam Respublikasının vətəndaşı Tayef Davoud Müseyib oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 53 ünvanında yerləşən anbara baxış keçirilərkən tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kq toz halında ağardıcı kimyəvi maddə aşkar olunub.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin maddə D.Tayef tərəfindən uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır.
Həyata keçirilən monitorinqlər zamanı müəyyən edilib ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir. Qeyd olunan maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssiələrində ağardıcı kimi istifadə olunduğu müəyyən edilib.
Əldə olunmuş məlumatlar əsasında dərhal AQTA-nın Bakı və Sumqayıt regional bölmələrinin əməkdaşları tərəfindən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə müvafiq məhkəmə qərarları əsasında müxtəlif ünvanlarda baxışlar keçirilib.
Baxış zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 7, Badamdar küçəsi 21 saylı ünvanlarda yerləşən fiziki şəxs Nadirov Teyyub Yaqub oğluna məxsus qənd istehsalı müəssisəsində, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 11 saylı ünvanda yerləşən fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızına məxsus qənd istehsalı müəssisəsində, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimal hissəsində yerləşən “Aysu Qida Sənaye LTD” MMC-yə məxsus qənd istehsalı müəssisəsində və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən fiziki şəxs Əlizadə Maqsud Əli oğluna məxsus qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülüb.
Eyni zamanda həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit aşkar edilib və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub.
Yuxarıda qeyd olunanlarla bağlı Agentliyin müvafiq qərarı ilə fiziki şəxs Nadirov Teyyub Yaqub oğlu tərəfindən istehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş 18 ton 299 kq “Qədim dad” və “Bizim aşçı”, fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızı tərəfindən istehsal olunmuş 17 ton 116 kq “Qidam” əmtəə nişanlı, “Aysu Qida Sənaye LTD” MMC tərəfindən istehsal olunmuş 2 ton 215 kq “Kristal” və “Əmin” əmtəə nişanlı və fiziki şəxs Əlizadə Maqsud Əli oğlu tərəfindən istehsal edilmiş 3 ton 247 kq “İran”, “Sevimli” və “Mədinə” əmtəə nişanlı qənd partiyalarının satış üçün dövriyəyə çıxarılmasının qarşısı alınıb.
Qeyd olunan qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb.
Bundan başqa, Agentliyin əməkdaşları tərəfindən digər qənd istehsalı müəssisələrində də yoxlamalar aparılmaqla inzibati və məhdudlaşdırıcı tədbirlər görülüb, bu sahədə bir sıra sağlamlaşdırıcı işlər həyata keçirilərək müəssisələrin fəaliyyətləri ciddi nəzarətə götürülüb.
AQTA və Baş Prokurorluq bir daha bəyan edir ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər görüləcək.
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
