Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? (SİYAHI)
Maraqlı25 oktyabr 2019 11:03
2020-ci ilin noyabrında Azərbaycanda növbəti – VI çağırış Milli Məclisə seçkilər keçiriləcək.
Növbəti seçkilərdən sonra parlamentin daha da gəncləşməsi gözlənilir. Bunun səbəbi isə Prezident İlham Əliyevin ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab etməsidir. Növbəti parlament seçkilərində yaşca daha gənc olanların deputatlığa namizədliklərini irəli sürəcəyini söyləmək olar.
Prezident İlham Əliyev Hacıbala Abutalıbov və Əli Həsənovun Baş nazirin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamlar imzalayıb.
Ölkə başçısı daha sonra hər iki şəxsi vəzifədən azad olunması ilə bağlı verdiyi ərizələrlə əlaqədar qəbul edib.
Prezident görüşlərdə yaşı 70-i keçən, iqtidarda təmsil olunan məmurların da istefa ərizəsi təqdim edəcəyinə ümidli olduğunu bildirib.
Başlanan islahatların parlamentdən də yan keçməyəcəyi şübhəsizdir. Düzdür, Milli Məclis seçkili orqandır və hakimiyyətin qanunverici qanadını təmsil edir.
Yəni qanunverici orqanda deputat olmaq təyinatla deyil, seçki yolu ilə mümkündür.
Əslində, qanun çərçivəsində hər bir vətəndaşın deputatlığa namizədliyini vermək hüququ var, bununla bağlı yaş senzi yoxdur.
Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər.
Bu şərtlər çərçivəsində hamı deputatlığa iddia edə bilər. Amma...
Hazırda Milli Məclisdə 65-69 yaşlı deputatların sayı 16-dır. Onların siyahısını təqdim edirik.
Rasim Musabəyov (68 yaşı var, bitərəf deputatdır),
Eldar Quliyev (YAP üzvüdür, 68 yaşı var),
Şəmsəddin Hacıyev (YAP üzvüdür, 69 yaşı var)
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə (69 yaş),
Mirkazım Kazımov (YAP üzvüdür, 69 yaşı var),
Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli (68 yaş) ,
Elmira Axundova (bitərəfdir, 66 yaşı var),
Cavanşir Paşazadə (YAP üzvüdür, 66 yaşı var),
Tahir Rzayev (YAP üzvüdür, 69 yaşı var),
bitərəf Aqil Abbas (66 yaş),
Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (65 yaş),
bitərəf deputat Əli Məsimli (66 yaş),
YAP üzvü Aqiyə Naxçıvanlı (69 yaş),
YAP üzvü Bəxtiyar Sadıqov (68 yaş) ,
YAP üzvü Elman Məmmədov (69 yaş),
bitərəf Gövhər Baxşəliyeva (65 yaş).
Parlamentdə doğum tarixi daha da əvvələ gedən "yaşlı qvardiya”nın nümayəndələri də az deyil. Yaşı 70-80 yaş arasında olan deputatların sayı 20 nəfərdir.
İndi isə onların adlarını yazaq. YAP-da təmsil olunan Eldar İbrahimovun 74, bitərəf Madər Musayevin 72, YAP üzvü Mixail Zabelinin 73, bitərəf Ziyad Səmədzadənin 79, YAP üzvü Hüseynbala Mirələmovun 74, bitərəf Vahid Əhmədovun 72, YAP üzvü Yevda Abramovun 71, YAP üzvü Tahir Süleymanovun 71, bitərəf Əliağa Hüseynovun 72, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 72, YAP üzvü Arif Rəhimzadənin 78, YAP üzvü Əhliman Əmiraslanovun 72, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının 77, YAP üzvü Hadi Rəcəblinin 72, bitərəf Elxan Süleymanovun 79, bitərəf millət vəkili Mahir Aslanovun 70, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun 73, YAP üzvü Rafiq Məmmədhəsənovun 74, bitərəf deputat Flora Qasımovanın 72 yaşı var.
Siyahı bununla bitmir. Milli Məclisdə yaşı 80-i keçən deputatlar da var. Onların sayı dörddür.
Parlamentin ən yaşlı üzvləri bitərəf Zeynəb Xanlarova (83 yaş), YAP-çı Ağacan Abıyev (82 yaş) bitərəf Fəttah Heydərov (81 yaş) və YAP-çı Yaqub Mahmudovdur (80 yaş).
Prezident İlham Əliyevin mesajından sonra Yeni Azərbaycan Partiyasının yaşı 70-i keçən şəxsləri deyil, daha gənc olanlarını irəli çəkəcəyi gözləniləndir. Ancaq Prezidentin çağırışına digər partiya üzvü olan və ya bitərəf deputatların da əməl edəcəyini söyləmək mümkündür.
Çünki deputatların hamısı dəfələrlə Prezidentin siyasətini, apardığı kadr islahatlarını dəstəklədiklərini bildiriblər.
Mənbə: oxu.az
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
