Prezident Rəşad Nəbiyevlə təkbətək görüşdü
Prezident İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu qələbənin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev deyib:
-Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər.
Bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir. Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var. Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm.
İctimaiyyətin diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. O da odur ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdir. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir.
Növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini “Azərkosmos” öz üzərinə götürəcəkdir. Beləliklə, biz növbəti böyük uğura imza atdıq. İndi Konqres zamanı aparılan müzakirələr və gedən proseslər haqqında məlumat verin.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev:
- Cənab Prezident, verdiyiniz yüksək dəyərə və qiymətə görə çox sağ olun. Əvvəlcə bir məqamı qeyd etmək istərdim ki, Konqresin Bakıda keçirilməsi ilə bağlı verilmiş qərar təbii ki, ölkəmizdə mövcud olan siyasi və iqtisadi sabitliklə bağlıdır. Nəyə görə? Çünki ölkələrin götürdüyü öhdəliklərin 3 ildən sonra yerinə yetirilməsi əsas şərtlərdən biri idi. Digər tərəfdən, ölkəmizdə yaradılmış infrastrukturun xüsusi rolu, önəmi olmuşdur. Bizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər yaxşı infrastruktur vardır. Digər bir məqam isə, cənab Prezident, ölkəmizdə bu səpkidə tədbirlərin keçirilməsi ənənəsinin mövcudluğudur. Bunların hamısından da ən vacibi, cənab Prezident, Sizin şəxsən Azərbaycan insanına və onun inkişafına verdiyiniz önəmdir. Çünki kosmik sənayenin özünü uğurlu edən əsas meyarlardan biri insan amilidir. Son illərdə Azərbaycanda təhsilə göstərilən diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə kifayət qədər bacarıqlı, texniki bilikləri və vərdişləri olan yeni bir nəsil formalaşmaqdadır. Ən önəmli məsələ isə odur ki, onlar öz Vətənini, xalqını sevən bir nəsildir.
Cənab Prezident, seçki prosesinə gəldikdə isə bir məqamı vurğulamaq istərdim ki, Sizin tapşırığınızla “Azərkosmos”la yanaşı, ölkəmizdə aidiyyəti qurumların hər biri koordinasiyalı şəkildə öz səylərini bir araya qoyaraq bu nəticəni əldə edə bilmişlər.
Altmış səkkiz ölkədən 398 üzvü birləşdirən bu Federasiya dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Bu tədbir istər iştirakçıların say baxımına, istərsə də burada müzakirə olunan məsələlərin vacibliyinə görə ən mötəbər tədbirlərdən biridir.
Rəqiblərimiz Siz vurğuladığınız kimi, Sinqapur, Rio-de-Janeyro və Dehli idi. Əgər biz Hindistana baxmış olsaq, onlar dünyanın ən aparıcı kosmik ölkələrindəın biridir. Braziliyanın timsalında astronavtikaya baxmış olsaq, onlar dünyada sərnişin təyyarələri istehsal edən üç ən öndə gedən ölkədən biridir. Sinqapur isə istər coğrafi mövqeyinə, istərsə də bu səpkidə tədbirlərin keçirilməsinə görə dünyanın ən lider ölkələrindən biridir.
Cənab Prezident, bu tədbirə maraq oyadan digər məqamlardan biri də ondan ibarətdir ki, son illərdə bu sahəyə özəl sektorun marağı durmadan artmaqdadır. “Amazon” şirkətinin rəhbəri Ceff Bezos da məlum olduğu kimi, burada əsas çıxışçılardan biri idi. Ötən illərdə əsas çıxışçılardan biri “SpaceX” şirkətinin yaradıcısı Elon Mask olub. Yəni, bu, onu göstərir ki, kosmik sənaye yalnız dövlətlərin marağında deyil, artıq özünün cəzbediciliyi baxımından özəl sektorun da marağını cəlb edir.
Uğur qazanmağımızın ən əsas səbəblərindən biri ondan ibarət olmuşdur ki, 1973-cü ildə Sovet İttifaqında ilk və yeganə Konqres Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda Bakı şəhərində keçirilmişdir. Bu tədbirdən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdur. “Kaspi” Tədqiqat Mərkəzi yaradılmaqla Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan “Salyut” və “Soyuz” kimi peyklərdə istifadə olunmuşdur.
Prezident İlham Əliyev: Bəli, bu, çox böyük hadisədir. Bir daha demək istəyirəm ki, biz bu hüququ çox gərgin mübarizədə əldə etmişik. Bu, bizim ölkəmizin növbəti böyük qələbəsidir. Əminəm ki, Konqres Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək, minlərlə xarici qonaq ölkəmizə səfər edəcək, o qonaqlar ki, onlar bu gün dünyanın texnoloji gündəliyini müəyyən edir. Əlbəttə ki, bu, həm bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir və bununla bərabər böyük fürsətdir. Yəni, biz bu Konqresin Azərbaycanda keçirilməsindən çox böyük dividendlər əldə etməliyik. O mənada ki, beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır.
Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Əlbəttə ki, müasir texnologiyaların inkişafı bizim gündəliyimizin əsas məsələlərindən biridir. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Məhz buna görə Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biridir. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq. Siz də qeyd etdiyiniz kimi, hazırda artıq böyük biznes də bu sahəyə çox böyük maraq göstərir. Əslində inkişaf etmiş ölkələrdə müasir texnologiyalar, o cümlədən astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Biz elə etməliyik ki, dünyanın aparıcı biznes strukturlarından hansıların rəhbərləri Azərbaycanda keçiriləcək Konqresdə iştirak edəcək, onlar bu tədbirə qədər ölkəmiz haqqında geniş məlumata malik olsunlar. Ona görə növbəti 2-3 il ərzində sizin və digər aidiyyəti qurumların rəhbərləri gərək bu şirkətlərlə sıx təmaslar qursunlar. Konqresə hazırlıq dövrü elə olmalıdır ki, buraya gələcək qonaqlar artıq bizimlə müəyyən müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olsunlar. Ona görə Konqresin keçirilməsi çox önəmli hadisədir. Ancaq Konqresdən sonrakı dövr də az əhəmiyyət daşımır. Çünki Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır. Əlbəttə ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verəcək ki, Konqres ən yüksək səviyyədə keçirilsin.
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
