2020-ci il seçkisinə Ramiz Mehdiyev qarışa bilməyəcək

"Prezidentin öz otağından ayrı-ayrı məmurlarla görüşü və açıqlamaları televiziyalarda yayınlanır. Prezident bunu ona görə edir ki, cəmiyyətə narahat edən məsələlərdən xəbərdar olduğunu göstərsin”.
Bu sözləri "Yeni Müsavat”a politoloq Elxan Şahinoğlu son zamanlar ölkədə baş verən dəyişikliklərlə bağlı danışarkən deyib.
O bildirib ki, müşahidə olunan proses artıq geri dönüşü mümkün olmayan siyasətdir. Bundan başqa, kadr islahatının əsas mənası həm də odur ki, bəziləri vəzifənin müvəqqəti olduğunu anlasınlar. Azərbaycanda rüşvətin və korrupsiyanın kökünü kəsmək lazımdır. Bunun alternativinin olmadığını prezident də bilir və kadr islahatlarının əsas qayələrindən biri də budur. Prezidentin siyasətində başqa bir yenilik də var:
"Prezident İlham Əliyev məmurların qəbulunu ictimaiyyət üçün açıq keçirir. Problemləri sadalayır, hər dəfə ictimai nəzarətin vacibliyini vurğulayır, medianın rolunu qeyd edir. Qəbullarında və müşavirədə büdcə layihəsindəki şişirdilmiş rəqəmlərdən danışır, bunu ifşa etməyə çağırır. Televiziya yayınları zamanı prezident elə vacib tənqidləri səsləndirdi ki, ən kiçik detalardan belə məlumatlı olduğunu büruzə verdi. Prezident konkret icra başçısının və hansısa məmurun doğru və ya yalan danışdığından da xəbərdardır. Çünki prezident alternativ məlumatlar əldə etdiyini də həmin məmurlara anlatmağa çalışır.
Buna baxmayaraq, bəzi məmurlar öz istəkləri ilə istefa vermək istəmirlər. Məmurlar arasında yaşı 70-i keçənlər az deyil. Digər tərəfdən, parlamentdə 70 yaşdan yuxarı olan deputatlar da var. Prezidentin çağırışı bir neçəsi istisna olmaqla, onların da əksəriyyətinə aiddir. Ancaq deputatların bir hissəsi 2020-ci ildə də parlament seçkisində iştirak etmək istəyir. Bunu hətta meydan oxumaq kimi açıq bəyan da edirlər. Həmin deputatlar bununla öz mövqelərini qorumaq istəyirlər. Yaşlı deputatların bir hissəsi bu yolla topladıqları bizneslərini qorumağa çalışırlar. Məncə, onlar müqavimət göstərmədən siyasətdən uzaqlaşsalar, dövlətə və millətə xeyir vermiş olarlar".
Politoloq hesab edir ki, prezident parlamentin də tərkibinin dəyişməsini istəyir. Çünki mövcud tərkibin əksəriyyəti yeni tələblərə cavab vermir:
"Deputatların bir çoxu passivdir, çıxış etmirlər, çox az hissəsi istisna olmaqla, beynəlxalq səviyyədə ölkəmizi yaxşı təmsil edə bilmirlər, dövlət başçısının siyasətini xalqa izah edə bilmirlər. Buna görə də həmin deputatların daha fəal şəxslərlə əvəz olunmasına ehtiyac yaranıb”.
E.Şahinoğlu onu da deyib ki, keçmiş illərdə parlamentin tərkibinin müəyyənləşdirilməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ciddi rol oynayırdı və onun seçimdə üstünlük verdiyi meyarlar fərqli idi:
"Ramiz Mehdiyev vəzifədən getdi. Deməli, 2020-ci ildəki parlament seçkisinə Ramiz Mehdiyev qarışa bilməyəcək, seçkinin keçirilməsinə və nəticələrinə də bu faktor təsir edəcək. Onun parlamentdəki tərəfdarlarının yerinə başqaları mandat əldə edəcək”.
- Ərdoğan bu oyunları Bakıda izləyəcək
16 dekabr 2019 09:25
- Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə - Reaksiyalar
13 dekabr 2019 09:45
- Ramiz Rövşənə həsr olunan konsertin məşqi (VİDEO/FOTO)
11 dekabr 2019 22:16
- Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı - Video
11 dekabr 2019 08:53
- Vasif Talıbov da parlamenti buraxdı
9 dekabr 2019 16:53
- Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
9 dekabr 2019 16:23
- Azay Quliyev namizəd olmaq üçün dairə tapa bilmir?
8 dekabr 2019 15:21
- Daha iki partiya seçkilərə qatılır
7 dekabr 2019 21:54
- Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
7 dekabr 2019 15:07
- Etibar Məmmədov seçkiyə qatılmaq niyyətində deyil
7 dekabr 2019 13:08
- Yanan bazarın sahibkarları yenidən toplaşdı (FOTOLAR)
16 dekabr 12:01
- Zelenski bu gün Bakıya gəlir
16 dekabr 11:48
- Xanımını və iki övladını bağa göndərib, sonra intihar edib
16 dekabr 11:41
- Nazirlikdən pensiyaçılara xəbərdarlıq!
16 dekabr 11:34
- Bakıda icra Hakimiyyətinin şöbə müdiri intihar etdi
16 dekabr 11:24
- Bakıda qəbir yeri satan dövlət məmuru öldü
16 dekabr 11:18
- Səxavət Məmmədovun Amerikadakı yadigarı (FOTOLAR)
16 dekabr 09:40
- Ərdoğan bu oyunları Bakıda izləyəcək
16 dekabr 09:25
- İradə Cavadova namizədliyini irəli sürdü - Foto
16 dekabr 09:17
- Elvin İsayev Azərbaycana deportasiya edildi
16 dekabr 09:09
- Baş redaktor prezidentə müraciət edib vətəndaşlıqdan imtina edəcək - ŞOK
13 dekabr 10:36
- AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
13 dekabr 10:25
- Azərbaycanlı deputatların polis və prokuror övladları (SİYAHI)
13 dekabr 10:18
- Deputatlar silahlarını təhvil verib? - “Bir güllə belə atmadim
13 dekabr 10:04
- İranda şeytana sitayiş edən 135 nəfər saxlanıldı
13 dekabr 09:53
- Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə - Reaksiyalar
13 dekabr 09:45
- Dia.az-ın baş redaktoru deputatlığa namizəd oldu
12 dekabr 16:30
- “Guya, Milli Şura iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq”
12 dekabr 16:25
- “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
12 dekabr 16:18
- Qulu Məhərrəmli Suriyaya apara bilmədiyi “Nəsimi barelyefi”ni muzeyə verdi (FOTOLAR)
12 dekabr 13:14
- Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:52
- Keçmiş icra başçısı deputatlığa namzidəliyini irəli sürdü (FOTO)
12 dekabr 11:39
- Heydər Əliyevin vəfatından 16 il keçir
12 dekabr 08:53
- Niyaməddin Musayevin ölüm xəbəri
12 dekabr 08:38
- Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım
12 dekabr 08:30
- Bakı metrosunda qorxulu anlar - Video
11 dekabr 22:39
- Ramiz Rövşənə həsr olunan konsertin məşqi (VİDEO/FOTO)
11 dekabr 22:16
- Bu un məmulatları sexi bağlandı - Foto
11 dekabr 21:41
- Bakıda övladlarına işgəncə verən valideyn həbs edildi
11 dekabr 17:21
- Zeynəb Xanlarova ABŞ-a köçüb
11 dekabr 15:17