Bakının ən kriminal rayonu - Maraqlı statistika
Maraqlı11 noyabr 2019 09:49

"Bakının rayonlarında kriminal hadisələr əhali sayına görə dəyişir”.
Bu sözləri lent.az-a keçmiş polis rəisi Mahmud Hacıyev deyib. Paytaxt Bakının 12 rayonu var və bu rayonlar da əhali sayına, ərazisinə görə bir-birindən fərqlənir. Təbii ki, əhali sayının çox olması hərəkətliliyin və fəaliyyətin də aktiv olmasına gətirib çıxaran başlıca amildir. Bəs görək, paytaxtımızın hansı hissəsi kriminal hadisələrin daha çox olması ilə seçilir?
Mahmud Hacıyev deyir ki, bu mövzuda konkret hansısa bölgənin adını çəkmək çətindir:

"Əhali harada daha çox sıx yaşayırsa kriminal hadisələr orada çox baş verir. Bakının rayonları arasında bu müqayisəni aparmaq çətindir. Çünki rayonların birinin əhalisi azdır, birinin çox. Birində əhali sıxlığı çox olsa da, iş yerləri, obyektlər azdır. Rayonun birində 50 ədəd hündürmərtəbəli bina var, birində 9 ədəd. Bütün bunlar statistik göstəriciyə təsir edir. Bundan əlavə, Bakının elə bölgəsi var ki, yarımsəhradır, insan sıxlığı çox aşağıdır. Məsələn, Qaradağ rayonu ilə Nəsimi, Xətai rayonunu necə müqayisə etmək olar? Bu müqayisə düzgün olmazdı”.
Mövzu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev Lent.az -a danışarkən paytaxtda ictimai təhlükəsizliyin yüksək səviyyədə qorunmasından söz açıb:

"Paytaxtda bütövlükdə götürəndə ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün polis tərəfindən yüksək səviyyədə xidmət təşkil olunur. Kriminal durumun hansısa rayon ərazisində daha çox baş verdiyini demək düzgün deyil. Bakıda kriminal durum sabitdir. Bu sabitliyi qorumaq üçün Bakı polisi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir”.
Qeyd edək ki, Bakı MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz və sabit şəhərlərdən biri sayılır. Bakıda rəsmi qeydiyyatda olan 3 milyona yaxın adam yaşayır. Rayonlardan gəlib burada işləyənləri də əlavə etsək, bu rəqəm xeyli yüksəlir. Buna görə də ölkə ərazisində il ərzində baş verən kriminal hadisələrin təxminən yarıya qədəri paytaxt Bakının payına düşür. 2019-cu ilin iyul ayına qədər olan göstəricilərə əsasən, Binəqədi rayonunda 266,6 min, Xətai rayonunda - 287,4 min, Yasamal – 248,1 min, Sabunçu – 245,4 min, Nəsimi - 221, 6 min, Suraxanı - 220,3 min, Nizami - 200,6 min, Nərimanov - 178,8 min, Xəzər - 167,1 min, Qaradağ - 126,2 min, Səbail - 102,1 min və Pirallahı rayonunda – 20,5 min nəfər rəsmi qeydiyyata alınıb. Ancaq Xətai rayonunda əhali sayı daha çox olmasına baxmayaraq, şəhərin ən kriminal rayonu Binəqədi rayonu hesab olunur. Bunu da bəzi ekspertlər rayon ərazisində kirayə evlərin ucuz olması və bu səbəbdən də ora xeyli insanın toplaşması ilə əlaqələndirirlər.
Oxşar xəbərlər
- Gürcüstan Prezidentinin iqamətgahı satışa çıxarıldı
5 dekabr 2019 23:59
- "Deputatların oturduğu kreslo onlara bağışlanmayıb"
4 dekabr 2019 23:34
- Bakıda məktəblilərə süd verilir - Foto
4 dekabr 2019 18:02
- Bakcell Bakutel -2019 sərgisində
4 dekabr 2019 17:42
- Daha 4 tələbə zəhərləndi: ali məktəb, yoxsa “virus yataqxanası...”
4 dekabr 2019 09:51
- Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb
4 dekabr 2019 09:30
- Əli Həsənovun saytlarına qadağa qoyuldu – RƏSMİ
3 dekabr 2019 21:07
- Şagirdlərin təqaüd kartlarını yığan direktor tutuldu
3 dekabr 2019 18:36
- NKVD başçısının arvadıyla gəzən yazıçı – Stalinin sevimlisi
3 dekabr 2019 16:50
- Bakıda marşrutda gediş haqqı artdı
3 dekabr 2019 11:17
Xəbər lenti
- AMEA-da ixtisarlar olacaq - RƏSMİ
06 dekabr 00:17
- Gürcüstan Prezidentinin iqamətgahı satışa çıxarıldı
05 dekabr 23:59
- YAP-çı hazırkı deputatları seçkiyə qatılmamağa ÇAĞIRDI
05 dekabr 23:07
- Nazir polkovniki vəzifəsindən azad etdi
05 dekabr 22:48
- Polşa 100 ton qızıli İngiltərədən geri aldı
05 dekabr 21:58
- Nurlana Əliyeva yeni vəzifəyə təyin olundu
05 dekabr 21:34
- Ocaqda yandırılanların ən kiçiyi iki aylıq körpə olub – I YAZI
05 dekabr 21:25
- Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manata (FOTO)
05 dekabr 21:06
- Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olundu
05 dekabr 20:46
- İlham Əliyev Şamaxı sakininin evində - Fotolar
05 dekabr 20:33
- Nazir işdən çıxarıldı — Başı qırxıldı, üzr istədi (VİDEO)
05 dekabr 19:05
- Prezident Şamaxıda səfərdədir
05 dekabr 18:48
- Deputat oğlunun həbs müddəti uzadıldı
05 dekabr 18:37
- Növbədənkənar parlament seçkiləri bu tarixdə keçiriləcək - SƏRƏNCAM
05 dekabr 16:42
- Nəsiminin Hələbdəki məzarı təmir olundu (FOTOLAR)
05 dekabr 15:00
- “Vilayət Quliyevə böyük hörmətim var” - Nadir Əhmədov
05 dekabr 12:28
- Bakıda daha bir tələbə dəm qazından öldü
05 dekabr 12:21
- Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)
05 dekabr 12:14
- Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi
05 dekabr 12:07
- Mədət Quliyev generala vəzifə verdi
05 dekabr 10:50
- Niyə Fələstinə görə İsrail qınanır, uyğurlara görə Çinə dinən yoxdur?
05 dekabr 10:40
- Leyla Bədirbəylinin nəvəsi: “Nənəm özünə qapanmışdı
05 dekabr 09:30
- "Deputatların oturduğu kreslo onlara bağışlanmayıb"
04 dekabr 23:34
- Elmira Axundova hələ düşünür
04 dekabr 23:09
- İsi Məlikzadənin hərbçi nəvəsi vəfat etdi (RƏSMİ)
04 dekabr 22:03
- “Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı”
04 dekabr 21:44
- Nyutonun başına alma, bəs Nəriman Əliyevin başına nə düşüb?
04 dekabr 19:12
- Parlament buraxıldı, üç deputatın “kitabı bağlandı”?!
04 dekabr 18:42
- Bakıda məktəblilərə süd verilir - Foto
04 dekabr 18:02
- Prezident yeni icra başçıları ilə görüşdü - Video
04 dekabr 17:56
Video & Fotoqalereya
Video
Fotoqalereya