Azərbaycanlı məşhurun erməni qadınla görüntüsü yayıldı: Qucaqladı və...
"Əvəllər bizim İstanbulda seminarlarımız olurdu. Qarabağdan olan azərbaycanlı və erməni qadınları yığaraq seminarlar təşkil edir, sülhün əldə ediləcəyi təqdirdə onların birlikdə necə yaşaya biləcəyini müzakirə edirdik. Əslində bu beynəlxalq təşkilatların seminarı idi, sadəcə biz də qadınlarla orada iştirak edirdik. Bu qadın özü Bayılda yaşayıb, Bakı ermənisidir. Gəlib yanımda əyləşdi, başını mənə tərəf əyərək dedi ki, sizdən Bakının qoxusunu almaq istəyirəm. Həmin vaxt fotomuzu çəkdilər. Fotodan görürsünüz ki, mən əyləşmişəm, qollarım da öz yerindədir, ermənini də qucaqlamamışam. İndi bu fotonu yaymaqla nə demək istəyirlər? Məni ermənipərəstlikdə ittiham etmək istəyirlər?”.
Bu fikirləri Dilara Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Teleqraf.com-a sosial şəbəkələrdə erməni qadınla yayılan fotosu haqqında danışarkən deyib.
O əlavə edib ki, zaman-zaman tədbirlərdə ermənilərlə görüşürlər: “Söhbət əlahiddə olaraq məndən getmir. Azərbaycanın aktiv və fəal ictimai xadimləri seminarlara, tədbirlərə gedir. Seminarda ermənilər də olur, onlarla ortaq müzakirələr də. Buna da normal yanaşmaq lazımdır. Əgər biz Qarabağa sahib olmaq istəyiriksə, dialoq, görüşlər olmalıdır. Biz hamıya deyirik ki, Qarabağ bizimdir, Azərbaycanın bir hissəsidir, bir metrini də heç kimə verməyəcəyik. Görüşlərdə bu mövqeyimizi ifadə edirik. Biz ermənilərlə birlikdə Minsk qrupu ilə də görüşmüşük. Erməni qadını gəldi, dedi, əyləşim sizin yanınızda. Mən sülhdən danışıram, ona deyim ki, yox, yanımda əyləşmə? Bu nə dərəcə məntiqli olar? Mənim kimi yüzlərlə insan gedib tədbirlərdə ermənilərlə rastlaşır, müzakirə aparır. Burada qeyri-adi heç nə yoxdur. Bunu yaymaqda məqsəd nədir, anlamıram. Biz kefə getmirik, beynəlxalq platformalarda mövqeyimizi müdafiə edirik”.
Hüquq müdafiəçisi əlavə edib ki, torpaqların müharibə yolu ilə azad edilməsi haqda qərar verilsə, buna uyğun addımlar atılacaq: “Hələ fotonu yayandan sonra bəziləri də yazıb ki, “onu məmləkətdən qovmaq lazımdır”. Bu ölkəni siz yaratmısınız? Mənim atam Naxçıvanda yaşayan ermənilərin 75 faizini oradan çıxaranda siz harada idiniz? Heç olmasa, gedib arxivləri oxuyun, görün, kimə nə deyirsiniz? Məni ermənipərəstlikdə ittiham etmək gülüncdür. Mənim prezidentlərdən tutmuş hər kəslə fotom var. Qarabağlıların yanında məndən çox olan yoxdur. Müharibə vaxtı bizim cəmiyyətin gördüyü işləri bir nəfər ortaya çıxarmır. Amma mən bir qadın kimi arzu edirəm ki, müharibəsiz, ölümsüz torpaqlarımıza sahib olaq. Bu hər bir ananın haqqıdır. Baxın, görün, nə qədər cavanlarımız ölüb. İstərəm ki, sülhlə torpaqlarımız azad edilsin. Amma bu alınmayacaqsa, müharibə də edəcəyik. Ermənilərə də açıq deyirik ki, müharibəni biz deyil, siz başlamısınız”.
N.Cəfəroğlu əlavə edib ki, fotonu yayan şəxsi məhkəməyə verməyi düşünür: “Ermənipərəst, ruspərəst, iranpərəst sözü heç vaxt xoşuma gəlməyib və mənə yapışmaz. Mən millətçiyəm, amma bütün insanlara da rəhmim var. Düşmənlərə qarşı da düşmənəm. Mənə əlini uzadana da əlimi uzadaram. Mənə sataşmasın, torpağımı qaytarsın. Mənim millətimə əl uzadanın da əlini kəsərəm. Mən nə ermənipərəst, nə də ruspərəstəm. Mən millətçiyəm, türkəm, türkpərəstəm və Atatürkçüyəm”./publika.az

- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
