Bəxtiyar Vahabzadənin "Gülüstan"ı KQB-dən belə gizlədilib...
Cəmiyyət19 noyabr 2019 13:33
Hörmətli Azər Turan!
Sizə yollayacağım yazı xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Gülüstan" poemasının ilk dəfə necə çap olunması haqqındadır. Hadisənin canlı şahidi olan jurnalistin bu xatirə yazısı ilk dəfə 60 il sonra işıq üzü görür. Ədəbi cameə üçün böyük maraq doğuracaq yazını "Ədəbiyyat qəzeti" üçün xüsusi olaraq yollayıram.
Hörmətlə:
Tural ADIŞİRİN
AMEA-nın əməkdaşı

Xalq şairi Bəxtiyar Vahabzadənin məhşur "Gülüstan" poemasını paytaxt mətbuatı çap etməkdən imtina etmişdi. Bəxtiyar müəllim üzünü doğulub boya-başa çatdığı Şəki torpağına tutdu. 1960-cı ilin payız ayları idi. O vaxt rayonda çıxan "Nuxa fəhləsi" qəzetinə İkinci Dünya müharibəsindən bir qolunu itirərək qayıtmış əsl vətənpərvər, həqiqi ziyalı Məhyəddin Abbasov rəhbərlik edirdi. Məhyəddin Abbasov 1945-ci ildən ömrünün sonuna - 1974-cü ilə kimi qəzetin baş redaktoru olmuşdur. Müharibədən sonra yetişən Şəki jurnalistlərinin hamısı, obrazlı desək, məhz onun şinelindən çıxmışdır. O vaxt mən - Telman Həmidli isə qəzetin ən gənc əməkdaşı idim.
Redaksiyada Teymur Xəlilov, Məmməd Çələbiyev, Əbdülhəmid Həmidov, İbrahim Paşayev, Abuzər və Ənvər Qasımov kimi təcrübəli jurnalistlər çalışırdı. Sonradan bu siyahıya Saat Əzizov, Nizami Nəbiyev, Ənvər Mikayılzadə, Suğra xanım da əlavə olundu. Daha sonralar redaksiyaya işə gəlmiş Rəhim Maqsudov, Vaqif Salmanov, Bəşarət Süleymanov, Çingiz Nağıyev, Bayram Mahmudov, Akif Salamovun ayağı o qədər "yüngül" oldu ki, həm SSRİ, həm də redaksiya dağıldı.
Oktyabrın 22-si Bəxtiyar Vahabzadə redaksiyaya gələrək redaktor Məhyəddin Abbasovla görüşdü. Söhbət əsnasında məlum oldu ki, Bəxtiyar müəllim yeni yazdığı və mübahisəli olan "Gülüstan" poemasını çap etdirmək istəyir. Bəxtiyar Vahabzadənin yanında "İpəkçi" qəzetinin redaktoru Salis Məmmədov da vardı, o vaxt Salis müəllim hələ tələbə idi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Salis müəllim çox cəsarətli jurnalist idi. (Haşiyə - Heydər Əliyev ordenini təsis etmək haqqında ilk təşəbbüsü respublika mətbuatı arasında "İpəkçi" qəzetində o qaldırmışdır.)
Məhyəddin Abbasov "Gülüstan"ı çap etməyə razılaşdı. İndi əsas məsələ qəzeti çap edib səssiz-küysüz oxuculara çatdırmaq idi. Adətən, qəzet mətbəədə gecələr çap olunurdu. Bu dəfə isə Bəxtiyar Vahabzadənin təklifi ilə gündüz çap etmək qərara alındı ki, çap səhifələrini Bəxtiyar müəllim özü tapıb düzəltsin və mətnin orijinallığına tam arxayın olsun. "Gülüstan" qəzetin 23 və 26 oktyabr tarixlərində ilk dəfə belə nəşr edildi. İndi əsas iş qəzeti pis gözlərdən kənar saxlayıb şəhər oxucularına çatdırmaq idi.
Məhyəddin Abbasovun ürəyinə elə bil nəsə dammışdı. Məni yanına çağırıb dedi: -"Gülüstan" çap olunan qəzetin şriftlərini mətbəədə dağıtdır, qəzeti isə səhərə qədər etibarlı yerdə saxlamaq lazımdır ki, hələlik kənar şəxslərin əlinə keçməsin. Bunun üçün ən etibarlı yer fotolaboratoriyam olduğunu bildirdim. Razılaşdı.
Qəzetləri fotolaboratoriyadakı stolun gözlərinə yerləşdirdik. Onsuz da qaranlıq olan laboratoriyanın elektrik xəttini kəsdik. Döşəməyə isə köhnə aşkarlayıcı (proyavitel) məhlulu tökdük. Bu məhlul lax yumurta iyi verir - nəfəs almaq olmur.
Məhyəddin müəllimin ürəyinə daman düz çıxdı. İş gününün sonuna yaxın Dövlət Təhlükəsizlik Komitəsinin 3 əməkdaşı redaksiyaya gəldi. Onlar "Gülüstan" poeması çap olunmuş "Nuxa fəhləsi" qəzetinin nüsxələrini müsadirə etməyə gəlmişdilər. Görünür, kimsə "Gülüstan" poemasının çap olunacaq xəbərini ağzından qaçırmışdı. Onlar mətbəə və redaksiyanın bütün otaqlarını ələk-vələk etdilər. Heç nə tapılmadı. Növbə foto-laboratoriyaya çatanda rütbəcə digərlərindən böyük olan polkovnik əmr etdi:
- Açarı gətirin, fotolaboratoriyanın qapısını açın.
Mən qabağa durub dedim:
- Biz laboratoriyanın qapısını bağlamırıq. O, qapını açıb tez də örtdü və dedi: - Bu nə iydir belə? Burda adam boğular ki!
Onlar əliboş çıxıb getdilər.
Beləliklə, "Gülüstan" həbsdən xilas edildi. Ertəsi gün poçt işçiləri gəlib "Gülüstan" poeması çap olunmuş qəzeti oxuculara payladılar.
Telman Həmidli
şair-jurnalist
Oxşar xəbərlər
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 2025 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
9 dekabr 2025 21:06
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Paşinyan özünə yeni müşavir təyin etdi
8 dekabr 2025 22:47
- Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır
8 dekabr 2025 22:02
Xəbər lenti
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
Video & Fotoqalereya
Video
Fotoqalereya
