Tofiq Yaqublunun yalanı - Nadir Qocabəyli yazır

Ailəyə kiçik dövlət deyirlər. Bu səbəbdən də hətta ailənin aşınması prosesinin sürətləndiyi bir sıra Qərb ölkələrində belə, dövlət başçısı olmağa, yüksək vəzifələr tutmağa iddia edənlərin ailələri diqqət mərkəzində olur. Məsələn, ABŞ xalqı 1981-ci ilədək heç bir boşanmış namizədi prezident seçməyib. İlk belə dövlət başçısı 40-cı prezident Ronald Reyqan (1981-1989) olub.
Sovet liderlərinin ailələri haqqında geniş məlumatlar olmasa da, hər hansı xoşagəlməz informasiyalar yox dərəcəsində idi.
Son 50 ildə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin, Kamran Bağırovun, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin sağlam, nümunəvi ailələri olub. İndiki Prezident cənab İlham Əliyevin ailəsi də hər bir azərbaycanlı və qeyri-azərbaycanlı üçün örnək sayıla bilər.
Bəzi istisnalar xaric, digər vəzifəli şəxslərin, müxalifət liderlərinin ailələri haqqında xoşagəlməz, qalmaqallı informasiyaların yoxluğu da təqdirəlayiqdir. Zənnimcə, ailələrimiz nə qədər əxlaqlı, möhkəm, milli ənənələrimimizə sadiq olarlarsa, xalqımız bir o qədər yenilməz, dövlətimiz qüdrətli olar.
Ölkəmizdə cərəyan edən siyasi proseslərdə siyasətçilərin ailə üzvlərinin adlarının xoşagəlməz, etikadan kənar şəkildə hallanması ənənəsinin olmaması da müsbət haldır. Əlbəttə, tənqidsiz keçinmək mümkün deyil və hansısa siyasətçinin, dövlət məmurunun həyat yoldaşı, oğlu, qızı, qardaşı, bacısı, atası, anası qanunları pozursa, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz ilə bir araya sığmayan əməllərə yol verirsə, bunları etika çərçivəsində, necə deyərlər, “qırmızı xətti” keçmədən söyləməkdə və yazmaqda heç bir qəbahət yoxdur. Ancaq ailəni, onun üzvlərini siyasi oyunlara alət etmək, xalqımızın həssas yanaşdığı dəyərlərdən sui-istifadəyə yol vermək olmaz. Məncə, siyasətin qapısını bəri başdan belə şeylər üçün bağlamaq lazımdır.
Bu mənada Tofiq Yaqublunun həbsdən çıxan kimi, “məni oğlumu öldürməklə hədələdilər”,- bəyanatını verməsi heç də xoş olmadı. Tofiq Yaqublu radikal müxalifət düşərgəsindəki “təmiz” adamlardan sayılır. Yəni adı Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı, Mehman Əliyev, Cəmil Həsənli, Əli İnsanov və digərləri kimi müxtəlif fırıldaqlarda hallanmayıb. Ən azından mən eşitməmişəm. Mən bu adamı radikal müxalifətin öz məqsədləri üçün qurbanlıq qismində istifadə etdiyi, türklər demişkən, “kullandığı” kateqoriyaya aid edirəm. Bəlkə də, yanılıram, amma ona baxanda nədənsə ağlıma ilk gələn bu olur.
Amma onun son zamanlar “Milli Şura” üzvü olaraq fəallaşması, Əli Kərimli ilə yaxınlaşması, faktiki olaraq onun “sağ əlinə” çevrilməsi, Müsavat başqanı olmaq iddiası adamı düşündürür. Atalar demişkən, atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar. Bu mənada Tofiq Yaqublu da son altı-yeddi ildə baş cəbhəçi Əli Kərimlinin yanında olub və böyük ehtimal ki, ondan bəzi şeylər əxz edib.
Onlardan biri də gözünü qırpmadan yalan danışmaq, şər-böhtan atmaq, yaxud qarışqadan fil düzəltmək ola bilər.
Tofiq Yaqubluya niyə belə bir söz desinlər? Yaxud bu sözü ona kim deyib? O adamın adı, soyadı, atasının adı nədir?
Deyir ki, qolumu burmuşdular, az qala qırılırdı və dedilər ki, “mubarzədən əl çək”. Dedim ki, çəkməyəcəyəm və qayıtdılar ki, oğlunu öldürərik...
Əvvəla, polisin leksikonunda “mubarizədən əl çək”,- ifadəsi ola bilməz. Çünki polis sizin məşğul olduğunuz bu mənasız işi “mubarzə” (oxu: “mübarizə” – N. Q.) hesab eləmir ki, belə bir ritorikadan da istifadə eləsin.
İkincisi, əgər polis sənə doğrudan da işgəncə veribsə və hansısa təhdidlər edibsə, sən bütün bu hərəkətləri, sözləri, onları edən adamların sifətini, paltarını, rütbəsini və digər əlamətlərini olduğu kimi yadında saxlamalısan. Remarkın “Zəfər Tağı” romanında işgəncə edilən insanın psixoloji durumu haqqında maraqlı məlumatlar var. Oxumağı tövsiyə edirəm. Yoxsa Tofiq Yaqublu ancaq öz lideri Əli Kərimlinin hansısa Hollivud filmindəki səhnədən əzbərlədiyi sözlərini təkrarladı, mənə “tipik işgəncə verdilər”,- dedi. “Tipik işgəncə” nədir axı?..
Üçüncüsü, hansısa ağılsız polisin iqtidara “ayı xidməti” göstəmək üçün belə sözlər söyləməsini bütövlükdə hakimiyyətin mövqeyi kimi qiymətləndirmək doğru deyil. Hakimiyyətdə də, polisdə də qanunları, prosedurları pozmağa meyilli adamlar, təxribatçılar ola bilər. Bu hər yerdə var – xaricdə də, müxalifət daxilində də. Əlində faktlar varsa, məhkəməyə şikayət edərək, onun cəzalanmasına ən azı cəhd edə bilərsən ki, başqalarına da dərs olsun, təxribat varsa, aşkara çıxsın. Amma Tofiq Yaqublu maksimum dərəcədə ümumi danışır, yəni adətən belə olur də... Bu isə yüksək ehtimalla yalan sayılır.
Hər bir ağıllı adam bilir ki, kiməsə terror etmək istəyəndə bunu ona qabaqcadan və açıq şəkildə demirlər ki, o da gedib aləmə car çəksin. Belə xəbərdarlıqları adətən gizli, təkbətək şəraitdə, nömrəsi bilinməyən telefonla, məktubla, mesajla, işarələrlə edirlər və elə formada edirlər ki, təhdid olunan adam xəbərdarlığın ciddiliyini anlayaraq, bu barədə bir kəlmə də danışmır. Çünki ona danışmamaq barədə də ciddi xəbərdarlıq olunur. Məsələ ciddi olanda bunu hədələyən də bilir, təhdid olunan da və məsələ ciddi olduğu üçün tərəflərin ağlından şübhələnməyə də əsas ola bilməz. Yox, əgər qeyri-ciddidirsə, onda elə Tofiq Yaqublunun təsvir etdiyi kimi olur. Kimsə boşboğazlıq edərək hamının yanında ağzından məsuliyyətsiz bir söz qaçırır, başqa biri də imkan düşən kimi, bunu bütün dünyaya car çəkərək, həmin sözdən öz siyasi məqsədi üçün istifadə edir. Yəni burada əslində Tofiq Yaqublunun imicinə işləyən incə bir detal var.
O bu bəyanatı ona görə verir ki, “oyundan çıxmaq” bəhanəsi üçün “silahdahdaşları” qarşısında əlində əsas olsun. Yəni görürsünüz də, bəylər, məni gözümün ağı-qarası olan bircəcik oğlumla hədələyirlər, icazə verin gedim. Bir övladımı itirmişəm, ikincisini itirməyimə razı olmazsınız. Yoldaşları da onu getməməsi üçün razı salmağa, qiymətini artırmağa çalışırlar, minnətçi düşürlər. Yəni Tofiq bəy, hara gedirsən, sən artıq lidersən, gələcəyin qabaqdadır, qorxma, heç nə edə bilməzlər, biz sənin arxandayıq, biz qalib gələcəyik, sən böyük şəxsiyyətsən, biz səni Milli Şuranın sədri kimi görürük-filan...
Bəli. Və dərhal da okeanın o tayındakı Cəmil Həsənli, öz bossu Əli Kərimlinin sifarişini əlüstü yerinə yetirir: “Tofiq Yaqublu Milli Şuranın sədri olsun! Mən öz yerimi ona verirəm.” Ona görə yox ki, qocalmışam, artıq gücüm tükənib, hörmətdən də düşmüşəm, həvəsdi-bəsdi... Yox, bunlar belə şeylər deməzlər, ağızları əyilər. Ona görə ki, Tofiq Yaqublu artıq daha nüfuzlu bir lider olub. Nəyə görə? İcazəsiz aksiyada iştirak etdiyinə, bir ay həbsdə olduğuna, işgəncəyə məruz qaldığına, oğlu ölümlə hədələndiyinə görə... Artıq o, qəhrəmandır! Ura!
Tofiq Yaqublunun oğlunun həyatına təhlükə olması ilə bağlı səsləndirdiyi bəyanat birmənalı olaraq dünyasını dəyişmiş qızı ilə əlaqədardır. Necə olur ki, indiyə qədər heç kəs bu şəkildə təhdid olunmur, məhz övladının birini itirmiş Tofiq Yaqublu hədələnir? Doğrudur, Yaqublunun bir qızı xəstəlikdən rəhmətə gedib, ancaq vaxtilə icazəsiz aksiyalarda iştirak etdiyinə, güc tətbiq olunaraq həbs olunduğuna görə, ictimai rəyə dolayısı ilə belə bir mesaj ötürməyə çalışırlar ki, guya onun da ölümündə siyasi motiv, konkret olaraq hakimiyyətin suçu var. Yəni qızını öldürmüşük, oğlunu da öldürərik. Yaqublu ilk açıqlamasında bu barədə heç nə deməmişdi, ancaq BBC-yə mərhum qızının portreti fonunda verdiyi açıqlamada bildirdi ki, ona “oğlunu da qızının yanına göndərərik”, - deyilib. Mən polisin, bir azərbaycanlının digərinə, gənc övladını itirmiş bir ataya belə mənəviyyatdan, əxlaqdan kənar söz dediyinə inanmıram. Bir müxalifətçinin siyasi xal qazanmaq üçün qızının ruhunu narahat etməsinə də inanmıram, bu sətirləri yazmaq da istəmirəm. Amma neyləmək olar, belə bir fakt varsa, gərək düşünək, yazaq.
Məntiqlə Tofiq Yaqublu kimi bir adam hakimiyyət üçün zərrə qədər də təhlükəli deyil. Ona bu cür sözlər deyib, sonra da ictimailəşməsini kənardan seyr etmək hökumətin nəyinə gərək? Tofiqə reytinq qazandırırlar? İnandırıcı deyil. Tofiqi Əli Kərimliyə qarşı alternativ qoyurlar? Əbəsdir, düzgün seçim deyil. Bu adam kənardan kolxozçu təsiri bağışlayır, ondan lider olmaz, normal diksiyası, məntiqi belə yoxdur. Onun işi ancaq mitinqlərdə çığır-bağır salıb tutulmaq, inzibati həbs almaq, bununla fəxr etməkdir. Görünür, dolanışığı da bundan çıxır...
Tofiq Yaqublunun ikinci qızı da məhz həbsdə olan bir cəbhəçiyə ərə getməklə öz nikahına siyasi məzmun və çalar verməyə çalışdı. Mən onların izdivacının sevgidən, digər romantik duyğulardan kənar olmasını qətiyyən iddia etmirəm. Əstəğfürullah! Amma toyun belə, həbsxanada baş tutması, bu gün də gənc ailə başçısının həbsdən çıxandan sonra ailəsi ilə məşğul olmaqdansa, daim həbsə meyilli fəaliyyətə üstünlük verməsi, boynunu bilərəkdən kəndirə keçirməsi, xanımının da onu nümayişkaranə şəkildə təqib etməsi, ardınca getməsi, həbsxana qapılarında açıqlamalar verməsi, bütün bu prosesin videoya çəkilərək reklam olunması ortada siyasi PR-ın olduğunu açıq-aydın göstərir.
Tofiq Yaqublunun ailə üzvlərindən, konkret olaraq övladlarından siyasi məqsədlər üçün istifadə etməsi artıq siyasətdən az-çox baş çıxaran kimsəyə sirr deyil. Onun bu şakərindən mənsub olduğu siyasi düşərgənin bossu Əli Kərimli də maksimum fayda götürməyə çalışır. Bunlar daim “ailə hakimiyyətinə” qarşı mübarizə apardıqlarını bəyan etsələr də, özləri siyasi məqsədlər üçün ailələrindən istifadə edirlər. Anlamırlar ki, azərbaycanlı mentalitetində ailənin qayğısına qalmaq müsbət dividend gətirir, arvad-uşağını yaxşı saxlayan kişi öyülür, onları sərgərdan edib, qapılarda gözlədən, həyatlarını təhlükəyə atan yox.
Tofiq Yaqublu oğlunu alman feldmarşalı ilə dəyişməyə razılaşmayan Stalin deyil. Çünki Stalin nəhəng bir dövlətin rəhbəri idi, bütün dünyanı öz əsarəti altına almaq, məhv etmək istəyən qorxunc faşizmə qarşı amansız mübarizəyə başçılıq edirdi. O miqyasda bir insan, rəhbər o dövrdə başqa cür hərəkət edə bilməzdi. Milyonların faşizmə qarşı ölüm-dirim mübarizəsində “Stalin uğrunda” ölümə getdiyi bir şəraitdə “millətin atası” olan şəxs bir övladına müstəsna hüquq tanıya bilməzdi. Amma sadəcə, kimlərinsə əlində alət olan Tofiq Yaqublunun övladlarını da bu işə qoşması qətiyyən doğru deyil. Əgər həqiqətən oğlunun həyatına hər hansı təhlükə varsa, özü demişkən, “mubarzədən əl çəksin”. Sənin kimi özünü miitinqlərdə döydürməkdən, inzibati həbsə düşməkdən başqa heç nə bacarmayan o qədər ştatlı radikal var ki...
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 2025 20:39
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 2025 15:18
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 2025 22:09
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 2025 09:47
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 2025 13:11
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 2025 11:07
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 2025 18:24
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08