Firuz Haşımov: “20 ay dərman pulumu əlimdən aldılar”
Deputat Elmira Axundova qocaman jurnalist Firuz Haşımovdan 2 min manat cərimə pulu alıb.
Deputatın iddiasına səbəb Firuz Haşımovun onun oğlu Həbib Axundovun adı keçən məqalədə harın sözünü işlətməsidir. Həbib Axundovun həyat tərzi, onun adının böyük bir dələduzluq cinayətində əsas fiqurant kimi hallanması kontekstində yazılan məqalədə ümumilikdə harın ifadəsi işlədilib. Məhkəmə isə araşdırma aparmadan qocaman jurnalistin barəsində 2 min manat cərimələnməsi qərarı verib. Həmin qərarın icrası qocaman jurnalist üçün çox ağrılı olub. Onun 195 manatlıq təqaüdündən hər ay 100 manat tutulmaqla deputat Elmira Axundovanın oğluna ödənilib.
Maraqlıdır ki, Elmira Axundovanın, onun oğlu Həbib Axundovun barəsində mətbuatda xeyli materiallar dərc olunub. Həmin materiallarda Elmira Axundovanın ilginc səs yazıları da yer alır. B yazıularda göstərilir ki, onun əmlaklarının siyahısı isə o qədər genişdir ki, sadalamaqla bitmir. Oğlu Həbib Axundovun həyat tərzi ilə bağlı sosial şəbəkələrdə yayılan videolar, fotomaterialarda onun həyatının eyş-işrət içində keçməsi də diqqət çəkir. Çoxsaylı bahalı maşınlar, model xanım, yaxtalar, kef məclisləri Həbib Axundovun həyatının fironsayağı keçdiyinə dələlət edir. Qocaman jurnalistin yazdığı da budur. Belə bir halda onun məhkəməyə çəkilməsi, məhkəmədə araşdırma aparmadan 195 manatlıq təqaüdünün 100 manatının əlindən alınması qərarının çıxarılması çox ciddi suallar doğurur. Firuz Haşımov bu haqda danışmaq belə istəmir. Deyir ki, məmurlar prezidentin dediklərinə əməl etmirlər, məhkəmələr də həmin məmurların istədikləri qərarları verirlər: “Sovet dövrünün ən tirajlı qəzetlərində məqalələrim çap olunub. Hələ o dövrdə ən kəskin yazılar yazmışam. Buna görə sovet dövründə mənə söz deyən olmadı. Heç kəsi təhqir etməmişəm. Prezident deyir ki, vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Burda yalan var? Burada böhtan var? Məndən hər ay o pulu alanda çox ağır günlər yaşamışam. İşıq, qaz pulunu verməyə çətinlik çəkmişəm. 20 ay hər ay 100 manat təqaüdümdən tutdular. 3 dəfə infakt keçirmişəm, ayaqlarım tutulmaq üzrədir. Yoldaşımın maaşı olmasaydı, heç bilmirəm nə olardı. 20 ay dərman pulumu əlimdən aldılar. Bu işdən xəbəri olanlar gətirib qapıma konvertdə 15-20 manat qoyub gedirdilər. Çox ağır günlər keçirmişəm”.
Firuz Haşımov bundan artıq nəsə demək istəmir.
Prezident İlham Əliyev 6 il əvvəl çıxışında ölkədə qudurğanlıq edən övladlarına görə vəzifə sahiblərinə xitabən dediklərini KONKRET.az təqdim edir:
“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək”.
Prezident İlham Əliyevin 6 il əvvəl söylədiyi bu fikirləri bəziləri sanki heç eşitməyib. Sanki adamlar prezidentin 2019-cu ilin aprelində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından da xəbərsizdirlər.
Həmin Fərmanın 1 bəndini də xatırladırıq:
– Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.
Maraqlıdır ki, deputatın iddiası ilə qocaman jurnalisti harın sözünə görə 2 min manat cərimələyən hakim prezidentin məlum fərmanından xəbərdardırmı?
Cəmil MƏMMƏDLİ
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
6 dekabr 2025 23:47
- Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak etdi (FOTO)
22 noyabr 2025 12:54
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
