BDU-nun yataqxanası XXI əsrdə
Mədəniyyət23 noyabr 2019 10:35
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan vəfat edib.
1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qaynarinfo xəbər verir ki, "Yeni Müsavat”ın əməkdaşı da Bakı Dövlət Universitetinin yataqxanasında və universitet binasında olub, hadisə ilə bağlı bəzi məlumatlar əldə edib.
Əvvəlcə BDU-nun Tələbə şəhərciyində olduq. Bura "Tələbə şəhərciyi” kimi tanınsa da, söhbət etdiyimiz komendant Pərviz Əsgərovun sözlərinə görə yataqxana binasında cəmi 130 tələbə yaşayır. Eyni zamanda həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin 3 yataqxana korpusu ötən illərdə sökülüb. Yeni yataqxana binası tikilsə də, hələ tamamlanıb istifadəyə verilməyib. Pərviz Əsgərov bildirdi ki, istintaq aparıldığı üçün tələbələrin zəhərləndiyi otağa kimsənin daxil olmasına icazə verilmir:
"Burada əvvəllər məcburi köçkünlər yaşayıblar. 2014-cü ildə məcburi köçkünlərin bir qismi köçürüldükdən sonra boş qalan yerlərdə tələbələr yerləşdirilib. Hazırda binada tələbələr, məcburi köçkün ailələri və BDU-nun əməkdaşlarının ailələri yaşayırlar. Köhnə yataqxana olduğu üçün burada yeməkxana fəaliyyət göstərmir. Tələbələr qidaların hamısını kənardan gətirirlər. Ya alırlar, ya da onlara rayonlardan göndərilir. Əsasən də rayonlardan ailələri onlara qidalar göndərirlər. Hadisə gecə saatlarında baş verib. Gecə saat 2-yə qalmış gözətçi bizə məlumat verdi ki, təcili tibbi yardım xidmətinə zəng edilib və maşını qarşılamağa gedir. Təcili tibbi yardım xidmətinin əməkdaşları 1 saatdan çox həmin qızların yanında olublar. Qızlara təklif olunub ki, onlarla birlikdə xəstəxanaya getsinlər. Ancaq qızlar bildiriblər ki, özlərini yaxşı hiss edirlər və buna gərək duymurlar. Həkimlər gedəndən sonra bizim gözətçimiz də otağa qalxıb. Qızlar deyiblər ki, heç bir problem yoxdur. Zəhərlənən qızlar qonşu otaqda qalan tələbələrə deyiblər ki, səhər əgər yatıb qalarsaq, bizi də oyadarsız. Səhər oyadan zaman isə görüblər ki, qızların ağzından köpük gəlir. Daha sonra isə 3 təcili tibbi yardım maşını gəlib və onlar xəstəxanaya aparılıb. Tələbələrin hər üçü 4-cü kursda oxuyublar və bir otaqda qaldıqları üçün ehtimal olunur ki, onlar eyni qidanı yeyərək, zəhərləniblər”.

Pərviz Əsgərov digər suallara cavab verməkdən imtina edib, fotosunu çəkməyimizə icazə vermədi...
Daha sonra dünyasını dəyişən Xasmətova Şəkər Faiq qızının təhsil aldığı universitetin Fizika fakültəsinə yollandıq. Fizika fakültəsinin yerləşdiyi BDU-nun əsas binasının girişində Şəkər Xasmətovanın çiçəklərlə bəzədilmiş fotosu qoyulmuşdu. Fakültədə söhbət etdiyimiz tələbələr bildirdilər ki, Şəkər Xasmətovanı intizamlı tələbə kimi tanıyıblar və baş verən hadisədən çox kədərləniblər. Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova "Yeni Müsavat”a bildirdi ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan zəhərlənən digər tələbələr Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti getdikcə yaxşılaşır. Bildirdi ki, universitetin rəhbərliyi noyabrın 21-də və 22-də tələbələrin müalicə aldıqları xəstəxanada olub, onların səhhəti ilə maraqlanıblar:
"Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır. Bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq”.
Dilrubə Quliyevanın təhsil aldığı universitetin Kitabxanaçılıq və İnformasiya fakültəsinə də yollanıb, fakültənin sosial məsələlər, tələbələrlə iş üzrə dekan müavini Ələmdar Cabbarlı ilə söhbət etdik. Ə. Cabbarlı bildirdi ki, Dilrubə Quliyeva onun dərs dediyi qrupun tələbəsidir: "Dilrubəyə 4 ildir dərs deyirəm. Həm dərslərini çox yaxşı oxuyur, həm də ictimai işlərdə kifayət qədər aktivdir. Bizdən universitet rəhbərliyi beynəlxalq tədbirlərlə bağlı nümunəvi tələbə istədikləri zaman onun adını vermişik. Təəssüf ki, bu cür hadisə baş verib. Hadisə baş verən kimi dərhal rektorumuz Elçin müəllim xəstəxanada olub. Mən də noyabrın 21-də saat 20-də xəstəxanaya yollandım. Saat 21-də Elçin müəllim içəridən çıxdı. Yəni səhər saaatlarından axşam saat 9-a qədər Elçin müəllim tələbələrin müalicə aldıqları xəstəxanada olub, həkimlərlə, valideynləri ilə görüşüb. Dünən eyni zamanda tələbələrin qrup yoldaşları da xəstəxanada idilər. Elçin müəllim həkimlərdən xahiş etdi ki, qrup yoldaşlarına, yaxınlarına zəhərlənən tələbələrin səhhətləri ilə bağlı məlumat versinlər. Dünən tələbəmizin valideynləri də xəstəxanada idi. Tələbəmizin valideynləri Göyçayda yaşayırlar. Onlar oradan gələnə qədər artıq bizim rəhbərliyimiz xəstəxanada idi. İlkin rəy budur ki, zəhərlənmə qidadan baş verib. Lakin hansı qidadan olması məlum deyil”.
Qida ilə bağlı məlumatlar belədir ki, tələbələr ayın 18-də suşi sifariş ediblər. Versiyalardan biri budur ki, həmin suşini saxlayıb, sonradan yedikləri üçün zəhərlənə bilərlər. Eyni zamanda tələbələrin zəhərlənmədən öncə yaşıl noxud, dovğa yedikləri və arıqlamaq üçün istifadə edilən çaylardan içdikləri bildirilir.

Biz Ələmdar Cabbarlı ilə görüşdüyümüz zaman Dilrubə Quliyevaya baş çəkmək üçün xəstəxanaya gedən qrup yoldaşları da gəldilər. Onlar bizə tələbənin yeni çəkdikləri fotosunu göstərdilər. Fotoda tələbə oturaq vəziyyətdə kameraya əl sallayırdı. Bildirdilər ki, zəhərlənən qrup yoldaşlarının və digər tələbə Həmidə İbadovanın vəziyyəti normaldır. Onlar özləri gəzə, yanına gələnlərlə normal qaydada söhbət edə bilirlər...
Məsələ ilə bağlı Baş prokurorluğun mətbuat xidməti aşağıdakı məlumatı yayıb:
Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dilrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb, stasionar şəraitdə müalicələri davam etdirilir.
Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Professor Adil Qeybulla isə axar.az saytına açıqlamasında hadisənin qəsd ola biləcəyini istisna etməyib:
"Ümumiyyətlə qeyd edim ki, zəhərlənmə və ölüm hadisəsinə göstərilən səbəblər müəmmalıdır. Məhkəmə tibbi ekspertizası olmasa, ölümə səbəb müəyyən edilməyəcək. Burada qəsd də ola bilər. 3 cavan tələbənin zəhərlənməsinin araşdırılması buna görə mütləqdir. Burada müəmmalı məsələ qızların hər üçündə də bir gün əvvəl qızdırmanın olmasıdır. Həmçinin onlar evdə huşsuz halda tapılarkən ağızlarından qan gəlməsi də müəmmalı məsələdir. Qida zəhərlənməsi üçün bu cür hallar xarakterik deyil. Ola bilər ki, boğulma olub. Bilirsiniz, tələbələrdə müşahidə edilən hallarla zəhərlənməyə səbəb kimi göstərilən hallar bir-birinə uyğun gəlmir”,-deyə A. Qeybulla bildirib.
Oxşar xəbərlər
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 2026 21:18
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
4 yanvar 2026 11:45
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
5 dekabr 2025 11:08
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 2025 22:51
- Ramiz Mehdiyevin Memarlıq İttifaqını ələ keçirməsinin tarixçəsi - Məşhur memar sirləri açdı
11 noyabr 2025 09:26
Xəbər lenti
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
Video & Fotoqalereya
Video
Fotoqalereya
