Məhkəmə deputatın prokuror oğlunun xitam qərarını ləğv etdi
Bakıda qızıl alverçilərinin pul mübahisəsi sonda cinayət işi ilə nəticələnib və tərəflərdən biri bu işə nəzarət edən deputatın oğlu prokurordan narazı qalıb.
“Qafqazinfo”ya müraciət edən Mətanət Əyyubova bildirib ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin kitabxanasında işləyərkən həmkarı Xanım adlı qadınla qızıl alveri edib: “Mən qohumumdan qızıl götürüb Xanıma verirdim, o da satırdı. Xanım qızılları Mərkəzi Poçtda işləyən Gözəl Abasquluyevaya verirdi. Bir neçə dəfə satışdan sonra mən Gözəllə tanış oldum, dedi ki, Xanımı vasitəçilikdən çıxaraq özümüz birbaşa işləyək. Belə də razılaşdıq, Gözəl ilk vaxtlarda götürdüyü qızılların pulunu verirdi. Bir neçə ay sonra ödəniş dayandı. Gözəlin mənə olan borcuna görə notariusda 66 600 dollarlıq borc müqaviləsi imzaladıq. Amma bir müddət sonra Gözəl müqavilənin ləğvi iddiası ilə məni məhkəməyə verdi. Mən də pulun ödənilməsi üçün qarşılıqlı iddia qaldırdım. Məhkəmədə Gözəl etiraf etdi ki, qızılları məndən 45 manat alıb başqa yerdə 30 manata satırmış. Hakim də dedi ki, deməli, əvvəldən sənin pulu qaytarmaq niyyətin olmayıb. Buna görə məhkəmə cinayət işinin başlanması haqda xüsusi qərardad çıxartdı. Baş Prokurorluq bu işi Bakı prokurorluğuna göndərdi. Orada külli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi başlandı və istintaq aparılması Binəqədiyə tapşırıldı. Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov cinayət işini aparırdı, istintaqa nəzarəti isə millət vəkili Çingiz Qənizadənin oğlu, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə həyata keçirirdi”.
M.Əyyubova deyib ki, bu işlə bağlı istintaq süründürməçiliklə 2 il davam edib:
“Elgiz Qənizadənin qəbulunda oldum, dedi ki, “boşuna gedib gəlirsiz, Gözəldən heç nə ala bilməyəcəksiz, onu mənə vəzifəli bir qadın məmur tapşırıb”.
Gözəl ifadəsində demişdi ki, qızılları qohumu Ülviyyə Əliyevaya verib. O da Almaniyada idi. Səbail polisi onu axtarışa verdi. Ülviyyə Azərbaycana gələndə aeroportda tutuldu və bir neçə ay davam edən məhkəmə prosesindən sonra onun günahsız olduğuna qərar verildi. Bu dəfə Mehman Ələsgərov Ülviyyəni də, Gözəli də bizim iş üzrə təqsirləndirilən şəxs kimi cəlb etdi. 2018-ci ilin aprelin 23-də cinayət işi tamamlandı, vəkillərimiz işlə tanış oldular, aprelin 29-da ittiham aktı məhkəmə verilməsi üçün Binəqədi prokurorluğuna göndərildi. Amma iş məhkəmə göndərilmədi, sonradan məlum oldu ki, Elgiz Qənizadə aprelin 5-də cinayət işinə xitam veribmiş. Bunun necə olduğunu heç kim bizə izah edə bilmədi”.
M.Əyyubova qeyd edib ki, E.Qənizadənin bu qərarından məhkəməyə şikayət ediblər:
“Məhkəmə 2019-cu ilin sentyabr ayında Elgiz Qənizadənin xitam qərarını ləğv etdi və istintaqın düzgün aparılmadığına qərar verdi. İndi isə bir neçə ay keçsə də, heç bir iş aparılmır. Bizə deyirlər ki, ümumiyyətlə, cinayət işi itib, arxivdə də yoxdur”.
M.Əyyubova əlavə edib ki, notarial müqavilədən başqa, Gözəl Abasquluyevanın qızılları ucuz qiymətə satıb xərclədiyini etiraf etdiyi səs yazılarını da istintaqa təqdim edib və onlar sübut kimi cinayət işinə əlavə olunub.
Mətanət Əyyubova eyni zamanda polis mayoru Mehman Ələsgərovdan da narazılığını bildirib:
“Cinayət işi materiallarında qeyd olunmuşdu ki, Gözəl Abasquluyeva istintaq dövründə dəyən ziyandan 5 min manat ödəyib. Amma bu pul bizə verilməyib. Cinayət işində bu barədə protokol, qəbz yoxdu. Pul depozit hesaba da qoyulmayıb. Həmin 5 min manatın ödənilib-ödənilmədiyi yaxud hara getdiyini də bilmirik. Bu işlə bağlı hüquq-mühafizə orqanlarının rəhbərliyinə də müraciət etmişik”.
Ülviyyə Əliyeva istintaqa ifadəsində qohumu Gözəl Abasquluyevanın qızılları satıb özü üçün xərclədiyini deyib: “Gözəldən niyə qızılları ucuz qiymətə satıb yeyib-içməyə, kef məclislərinə, münasibətdə olduğu şəxslərə xərclədiyini soruşdum. Gözəl dedi ki, “əşşi gedib 3 il yatıb gələcəm, deyəcəm Antalyada idim”.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41