Prezident müxalifətdən nə istəyir?

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi və Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə cəmiyyət üçün önəmli mesajlar verdi. Onun 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü hakimiyyətində təmsil olunan şəxslər haqqında fikirləri insanların yaddaşını təzələmək, o illərdəki başıpozuqluğu, hərcmərciliyi, anarxiya və xaosu xatırlatmaqla yanaşı, tənqid olunan və hələ də köhnə şakərindən əl çəkməyən şəxslərin məlum reaksiyaları ilə də müşayiət olundu. Əlbəttə, bu reaksiyalar, cavablar içərisində yenə diqqətəlayiq bir şey yox idi, bu adamlar hələ də nə üçün tənqid olunduqlarını anlamayıblar, yaxud anlamaq istəmirlər. Kor tutduğunu buraxmadığı kimi, bunlar da „üç badam bir qoz“ deyib durublar. Hətta utanmadan „İlham Əliyev müxalifətdən nə istəyir?“ sualını verirlər.
Əslində İlham Əliyevin nə dediyi bəllidir, bunu başa düşmək üçün o qədər də dərin ağıla malik olmaq lazım deyil. Ancaq kiminsə əlavə şərhə hökmən ehtiyacı varsa, bunu da etmək olar.
İlham Əliyev bu adamlara demək istəyir ki, bircə ilin ərzində o qədər dəhşətli problemlər yaratmısınız ki, iyirmi altı ildir həll edirik, ancaq qurtarmaq bilmir. Yox, bir il ərzində deyil. Çünki AXC və ona rəhbərlik edən adamlar, Prezidentin eyham vurduğu və vurmadığı şəxslər 1992-93-cü illərdə sadəcə rəsmi şəkildə hakimiyyətdə olublar, əslində isə 1988-ci ildən başlayaraq ölkədə baş verən bütün mənfi işlərdə, bütün araqarışdırmalarda, təxribatlarda onların dəsti-xətti, barmaq izləri var. Bəli, 20 Yanvarda da, Ayaz Mütəllibovun devrilməsində də, Şuşa və Laçının işğalında da, digər məsələlərdə də. Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov hakimiyyətləri AXC-nin əlində oyuncağa çevrilmişdi. Heç bir hərbi savadı, təhsili, səriştəsi olmayan Rəhim Qazıyevi Ayaz Mütəllibov məhz AXC-nin təzyiqləri altında müdafiə naziri təyin etmişdi və 10 gün ərzində işğal olunan Şuşa və Laçın məhz onun əl işidir. Rəhim Qazıyev nə qədər danışsa da, nələrisə əsaslandırmağa çalışsa da, o torpaqlar onun müdafiə naziri olduğu dövrdə işğal olunub. Əgər onda hərbçi ləyaqəti olsaydı, özünün dediyi kimi, gərək başına bir güllə vuraydı. Amma o hələ də utanmadan danışır.
Boris Yeltsinin elə bunlarınkına bənzəyən satqın hakimiyyətinin yaratdığı boşluqdan istifadə edərək, özlərini kimlərəsə göstərmək üçün tələm-tələsik rus qoşunlarının ölkədən çıxarılmasına qərar verdilər. Elə döşlərinə döyürdülər ki, həmin çıxardıqları qoşun Kəlbəcər boyda rayonu da əlimizdən aldı. Ondan sonra həmin rus generallar Surət Hüseynov adlı ba(ə)lanızın əliylə özünüzü də süpürüb atdılar və Heydər Əliyev gəlib vəziyyətə nəzarəti tam əlinə alana qədər beş rayon da getdi. Amma beş il ərzində vurduğunuz bu boyda ziyanın, bu boyda itkinin müqabilində birinizin burnu qanamadı. Hamınız öz dərinizi xilas etdiniz və bu gün də meydanlarda, ekranlarda hökküldəməyə davam edirsiniz.
İlham Əliyev sizi ən azı abır-həyalı olmağa, dilinizi dinc qoymağa dəvət edir. Amma siz anlamaq istəmirsiniz. Durmadan danışır, hakimiyyəti ittiham edir, yaratdığınız problemlərin həllinə, verdiyiniz torpaqların geri alınmasına hər vasitə ilə mane olursunuz, əl-ayağa dolaşır, düşmənlərin dəyirmanına su tökürsünüz.
Prezident açıq deməsə də, bu gün torpaqlarımızın geri qaytarılmasına ən çox mane olanlar o ərazilərin işğalında ən çox günahkar olan qüvvələrdir. Bəli, bu adamlar o ərazilərin əldən getməsində şimal qonşumuzun rolundan nə qədər çox danışsalar da, Rusiya ilə münasibətlərimizin pozulmasının məhz özlərinin xidməti olduğu barədə bircə kəlmə demirlər. Bunların işi-gücü Rusiyanı söymək, cəmiyyətdə rusofobiya yaymaqdır və bu yolla torpaqlarımızı azad edəcəyimizi, Ermənistana qalib gələcəyimizi düşünürlər. Ay-hay! İlham Əliyev çox doğru buyurur: əgər Heydər Əliyev gəlməsəydi, ruslar sizin kökünüzü kəsəcəkdi, ya da babalarınız kimi, hamınız arvad-uşağı atıb qaçıb aradan çıxacaqdınız, Azərbaycanın da hamısını alıb verəcəkdilər ermənilərə.
Amma siz bunu hələ də dərk etmirsiniz. Gənc, təcrübəsiz, siyasətdən zərrə qədər anlayışı olmayan insanları küçələrə çıxarıb, onların dilindən „istefa“ şüarı səsləndirirsiniz. Guya İlham Əliyev istefa verməlidir, yerinə bunlar gəlməlidir.
Kim gələcək İlham Əliyevin yerinə? Bu söhbətə ən aqressiv reaksiya verən, son zamanlar özünü müxalifətin lideri adlandıran Əli Kərimli? Kimdir axı Əli Kərimli? Hansı siyasi kapitala, nüfuza, əlaqələrə, təcrübəyə, səriştəyə, komandaya malikdir? O, İlham Əliyevi əvəz edə bilərmi? Əlbəttə, bilməz! Amma o dolayısı ilə guya daha yaxşı rəhbər ola biləcəyinə işarə edir.
Gəlin müqayisə edək. İlham Əliyev bütün dünyada tanınmış, eyni zamanda geniş əlaqələrə, hörmət-izzətə malik dahi siyasətçi Heydər Əliyevin oğlu və siyasi varisidir. Kimsə bioloji varisliyi əhəmiyyətsiz saya bilər, xüsusilə də, xarici ölkələrdən analogiya gətirmək həvəskarları. Ancaq bizim hələ ki Heydər Əliyev fenomenindən başqa fundomental özülümüz yoxdur. Yəni nə Türkiyə kimi Osmanlı imperiyamız olub, nə də Rusiya Federasiyası kimi Rus İmperiyamız. Bizim Heydər Əliyevdən güclü dayağımız yoxdur ki, ona söykənək. Olsaydı, indiyəcən ona alternativ yaranardı. Gördüyümüz kimi, hələ də yarana bilmir. Xalq Cümhuriyyətindən ilhamlandığı deyilən AXC-nin lideri Elçibəy də çıxışlarında Rəsulzadədən çox, Heydər Əliyevə istinad edirdi, birotaqlı mənzilindən onun portretini asmışdı, dar məqamda da kürsüsünü ona verdi.
Heydər Əliyev 1993-ci ildə hakimiyyətə gələn kimi, dərhal AXC-nin Rusiya ilə pozduğu münasibətləri sahmana salmağa başladı və işğalı dayandırdı. Sonra da itirilmiş mövqelərimizin bərpasına başladı, Azərbaycanı AXC-nın soxduğu dalandan çıxarmaq üçün gərgin fəaliyyətə başladı. Böyük işlər gördü, ancaq torpaqları almağa ömrü yetmədi.
Bu gün İlham Əliyev və bütövlükdə Əliyevlər ailəsi də onun yolunu davam etdirirlər. Onlar Rusiyanın dövlət başçısı, siyasi və mədəni elitası ilə düzgün və faydalı münasibətlərin inkişafı üçün böyük işlər görüblər və görməkdə davam edirlər. İlham Əliyevin apardığı siyasət nəticəsində Rusiya ilə münasibətlərimiz hər gün yaxşılaşır.
İndi gəlin görək, Əli Kərimlinin, yaxud elə Əli İnsanovun, digərlərinin bizim üçün son dərəcə önəmli ölkə olan Rusiya ilə bu cür səmərəli münasibətlər qurmaq üçün bazaları, potensialları varmı? Bu adamların rus dilində normal danışıb-danışmadığı belə sual altındadır. Hansısa rusdilli sayta, televiziyaya müsahibə verdiklərini görməmişik. Rusiya ilə dil tapmaq üçün ilk növbədə onun dilini bilməlisən. Putin onunla tərcüməçi vasitəsilə danışan azərbaycanlı rəhbəri qətiyyən həzm etməz, bunu rus cəmiyyəti də anlamaqda çətinlik çəkər. Bəli, biz artıq müstəqil dövlətik, özümüzün dövlət dilimiz var. Ancaq məhz müstəqilliyimizi, dilimizi qorumaq, güclənmək üçün güclülərlə dil tapmaq zorundayıq. Bax, İlham Əliyev sizə bunu demək istəyir və əl-ayağa dolaşmamağınıza eyham vurur.
Hansı müxalifət lideri Rusiyada İlham Əliyev qədər qəbul olunur, onun özü, ailəsi qədər geniş əlaqələrə, nüfuza malikdir? Mən hələ ABŞ-ı, Avropanı, İsraili, dünyada sözü keçən digər dövlətləri demirəm. İranın özündə belə İlham Əliyevə münasibət daha yaxşıdır. Bütün bunlar hazırkı məqamda bizə çox lazımdır. İlham Əliyev AXC liderlərinin kimliyini cəmiyyətə ona görə xatırladır ki, görülən işlərə, aparılan danışıqlara mane olmasınlar, xarici təşkilatlara donoslar yazıb, xalqı çaşdırmasınlar. Ancaq AXC şinelindən çıxmış müxalifət pozduğu münasibətin bərpasına hər vəchlə mane olur, hər gün təkərə çomaq soxur. Ona görə də, vaxtaşırı xəbərdar edilməli, iynəsi vurulmalıdır.
Prezidentin BDU-da keçirilən tədbirdə ənənəvi dəyərlər, ağsaqqala, ağbirçəyə hörmət, dinimizə sayğı, böhran keçirən Avropaya inteqrasiyanın mənasızlığı haqqında dediyi sözlər də qərbpərəst və radikal müxalifətin, onların ədəbi uzantılarının cəmiyyətimizdə apardıqları pozuculuğa, yaydıqları yalana, əxlaqsızlığa, ədəbsizliyə verilən düzgün qiymətdir. Özünü müxalifətin liderlərindən sayan biri bu çıxışa dərhal reaksiya verərək, Prezidenti ədəbsizcəsinə "çayxana söhbəti" etməkdə ittiham edib. Amma bir şeyi unudur ki, ənənəvi dəyərlərin qorunmasını ifadə etmək „çayxana söhbəti“dirsə, qeyri-ənənəvi dəyərləri təbliğ etmək də „geyxana söhbəti“dir. Bu adamlar iki kişinin şəhərin mərkəzində qolboyun gəzməsini fərəhlə "azadlıq", "demokratiya" adlandıranlar, gənclərin başını Avropa xülyası ilə aldadanlar, Avropadakı həyat haqqında saxta reportajlar paylaşıb, fotomontajlar düzəldib onu idealizə edənlər, addımbaşı gözə soxanlardır. Avropa hələ bir azərbaycanlını xoşbəxt etməyib, etsəydi, bütün günü oradan Azərbaycana söyüş yağdırmazdılar, çünki xoşbəxt adam öz həyatını yaşayar, gözəlliklərdən zövq alar, bütün gününü sosial şəbəkələrdə keçirərək, üfunət püskürməz…
Mən başa düşürəm, radikallar və qərbpərəstlər arasında marginal kütləni cəlb etmək, xarici donorlardan daha çox qrant almaq uğrunda gərgin mübarizə gedir. Odur ki, onlardan hər biri hakimiyyət, dövlət başçısı haqqında daha sərt ifadələr işlətməyə, adlarının hallanmasına nail olmağa çalışırlar. Yəni Natiq Cəfərli məhz Əli Kərimlidən irəli çıxmaq üçün Prezident haqqında ağzına gələni danışır, yazır. Ancaq bütün bunlar sosial şəbəkədə bir ovuc kasad, marginal kütlənin başını qatmaqdan başqa heç nəyə yaramır. Bir də azacıq ürək bulandırır…
Nadir Qocabəyli
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 2025 01:55
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 2025 00:58
- Prezident Yaqub Eyyubova -İstiqlal- ordenini təqdim etdi (YENİLƏNİB)
22 oktyabr 2025 22:18
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 2025 10:54
- Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
22 oktyabr 2025 10:46
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 2025 01:27
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 2025 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 2025 14:07
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 2025 13:45
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 2025 01:54
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 01:25
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 00:58
- Mehriban Əliyevanın Roma Papası ilə görüşündə bu sənət əsəri təqdim olunub - Foto
22 oktyabr 23:45
- Prezident Yaqub Eyyubova -İstiqlal- ordenini təqdim etdi (YENİLƏNİB)
22 oktyabr 22:18
- Bakı metrosunda sərnişin öldü
22 oktyabr 21:55
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 12:11
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 10:54
- Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
22 oktyabr 10:46
- AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
22 oktyabr 10:06
- On ilimi onunla keçirmişəm, silmək mümkün deyil
22 oktyabr 01:41
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 01:27
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 14:05
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 13:45
- Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb - İsa Həbibbəyli
21 oktyabr 13:00
- Feyxoanın 10 faydası
21 oktyabr 12:42
- Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
21 oktyabr 11:19
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- İş adamı İlham Qədimbəylinin həbsdə olan Adnan Əhmədzadə ilə işbirliyi...
20 oktyabr 12:01
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36