"Sonra da deyəcəklər ki, ”Neftçi" ilə “Ararat” oynasın ..."
Gündəmin əsas polemikalarından biri də azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləridir. Bu səfər ictimaiyyətdə birmənalı qarşılanmadı. Ardınca erməni qəzetləri yazıb ki, deputatların da eyni formatda səfəri gözlənilir. Qarabağ ətrafında müzakirələrdən digəri isə ictimai fəal Bəxtiyar Hacıyev və bloger kimi tanınan Ata Abdullayevin Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşaraq sual vermələridir.
Hacıyevin təşəbbüsü bir çoxları tərəfindən müsbət qarşılansa da, Abdullayevin davranışını hər kəs rüsvayçılıq sayır. Bütün bu məsələlərə yazıçı-deputat Aqil Abbasın münasibətini öyrənmişik. Müsahibəni təqdim edirik:
- Aqil müəllim, jurnalistlərin qarşılıqlı səfərlərindən əvvəl demişdiniz ki, ora gedən də, gələn də qələt edir. Bu fikrinizdə hələ də qalırsınızmı?
- Son bir neçə gündə məndən bu məsələni dəfələrlə soruşublar və fikrimi bildirmişəm. Demişəm və yenə deyirəm ki, bu cür səfərlər mənasızdır, lazımsızdır. Bunun bizə heç bir xeyri yoxdur. Əksinə, bizimlə məzələnməkdir. Adama sual verərlər ki, ora niyə getmişdiniz və ermənilər burada nə sülənirdilər? Axı gedib nə iş gördünüz? İndi də oxuyuram ki, deputatların qarşılıqlı səfərləri təşkil olunacaq. Sonra deyəcəklər ki, "Neftçi” ilə "Ararat” komandaları bir-biri ilə futbol oynasınlar, sonra bizi seçmə mərhələlərdə bir qrupa salacaqlar, bax, belə-belə...
- Sizcə, xalqları barışdırmaq prosesinin tərkib hissəsidir?
- Azərbaycanın torpaqları işğal altındadırsa, ora getməzlər. Hələ deyirlər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşsünlər. Barışdırsınlar da... Göyçə, Zəngəzur unuduldu, sabah da bacı-qardaş kimi olacağıq, gələcək nəsillərin də yadından bu hadisələr çıxacaq. Bu cür hisslərimizlə oynamasınlar.
O gün Dağlıq Qarabağın Azərbaycanlı icmasının bəyanatına baxıram, gülməli açıqlamalar verirlər. Bəyanatda deyirlər ki, jurnalistlərin qarışılıqlı səfərini yüksək qiymətləndirirlər. Bu səfərdə yüksək nə olub ki, qiymət verirsən? Bizimkilər qayıdandan sonra indiyə qədər bir sətir yazmayıblar. Bəs ora niyə getmişdilər? Amma erməni nə yazdı? Yazdı ki, Qarabağ məsələsi qurtarıb.
- Yəni "xalq diplomatiyası”nın bir xeyri yoxdur?
- Bu şəraitdə münaqişənin həllinə heç bir təsiri yoxdur ki, ziyanı var. Bundan əvvəl də Qarabağa gediblər, görüşüblər, nə əhəmiyyəti olub?
"Xalq diplomatiyası” müharibədən, torpaqlarımızı azad edəndən sonra faydalı ola bilər. Jurnalistlər, ziyalılar, yazıçılar görüşərlər, xalqlar arasında barışığa çağırış edərlər.
Bizim torpaqlarımız işğaldadır, doğmalarımızın qəbirləri düşmən əsarətindədir, qarşılıqlı səfərlərin xeyrindən danışırlar.
Əlbəttə ki, müharibə qurtarsa, "xalq diplomatiyası” işə düşə bilər. Necə ki, alman rus müharibə edib, almanla fransız düşmən olub, yəhudilər qırılıb. Amma indi düşmən deyillər ki?!
Əgər Qarabağ münaqişəsi ədalətli şəkildə həllini tapırsa, onda "xalq diplomatiyası”ndan danışmaq olar.
- Sizcə, bundan sonra azərbaycanlılarla ermənilər barışa bilər ki?
- Nə vaxtsa barışa bilər. Elə arada barışmışdılar. Sovet vaxtı hərəsinə bir şillə-şapalaq qoydular, barışdırdılar. Sadəcə, bizim yaddaşımız yoxdur.
Bəlkə də böyük millətlərdə unutqanlıq olur, ondandır. Amma barışarıq, sonra onların elədikləri yaddan çıxar, gələcək nəsillər xatırlamaz.
- Yəni sizə heç deputat yox, bir yazıçı, jurnalist kimi Qarabağa, Ermənistana səfər təklif olunsa getməzsiniz?
- Mən nəslimlə, əcdadımla qələt edərəm ora səfər edərəm. Heç vaxt getmərəm! Ona görə də utansınlar, ayıbdır...
Orada nəsli qırılmış, anasının, atasının qəbri dağılmış insanlar var, sinif yoldaşlarım vətən uğrunda döyüşlərdə şəhid olublar. Mən bu vəziyyətdə Ermənistana, Qarabağa necə gedə bilərəm?
Bu günə qədər Qarabağ mövzusunda onlarla əsər yazmışam, əgər getsəydim, qayıdıb yenə o cür yazardım. Amma mən Ağdama, Qarabağa qalib getmək istəyirəm.
- Azərbaycanlı fəalların Paşinyana yaxınlaşmasını, ümumən erməni rəsmiləri tədbirlərdə "yaxalanmaları”nı bəs necə qarşılayırsınız?
- Bəxtiyar Hacıyevi gördüm və çox xoşuma gəldi. Belə təşəbbüslər olmalıdır, bəyənirəm. Amma ağıllı suallar verilməlidir, daha gedib "umalyayu” deyilməli deyil.
Azərbaycanlı dünyaya öz intellektini, savadını göstərməlidir, sualına konkret cavab tələb etməlidir.
Ona görə də bu cür dialoqlara baxır ki, kim və necə gedir. Məsələn, Fuad Abbasov kimi jurnalisti göndərmək olardı. Amma Fuadı sıradan çıxardılar.
Söz yox ki, hər bir azərbaycanlı Almaniyada, yaxud Hollandiyada hansısa tədbirə daxil olub Ermənistan rəhbərliyinə fikrini söyləyə, etirazını bildirə bilər, səfirlik qarşısında bayraq qaldırar. Burada qəbahət yoxdur.
Həmin azərbaycanlının savadı olmaya da bilər. Amma sən dialoqa gedirsənsə, onda savadın, ağlın, intellektin olmalıdır. Çünki özünü yox, ölkəni, millətini orada təmsil edirsən.
- Sizə elə gəlmir ki, Bəxtiyar Hacıyev diaspor təşkilatlarının etmədiyini bir gündə elədi?
- Yox, bu cür fərdi şəxsi təşəbbüslər də olmalıdır. Amma sizə deyim ki, son dövrlərdə diasporumuz güclənib, xeyli işlər görürlər. Mən Hollandiyada bunun şəxsən şahidi olmuşam. Sadəcə, diaspor təşkilatları yaradıb bir-birinin müxalifi olmağı qəbul etmirəm. Diaspora bəzən elə iş görməlidir ki, heç millət bilməsin.
Emil SALAMOĞLU,
"Yeni Müsavat”
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
